Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eynəddin
Eynəddin(fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır. Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Yuxarı Zeynəddin
Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Zeynəddin (dəqiqləşdirmə)
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır". 1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Zeynəddin Xasmətov
Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir. Zeynəddin Xasmətovun 2 övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu. Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani — mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. == Mənbələr == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
Aşağı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zeynəddin Əli Kiçik
Zeynəddin Əli Kiçik (?-1168) — Ərbil bəyliyinin əmiri. == Həyatı == Əmir Bəytəkinin oğlu. Müzəfərəddin Kökbörinin atasıdır.H.563 (M. 1168)-cü ildə Ərbildən başqa bütün mal-mülkünü oğlu Qütbəddin Mövduda buraxdı. Bu şəhərlər Sincar, Harran, Əl-Hamidiyə, Akır qalasə, Həkkari qalaları, Tikrit və Şəhrizoriydu. Ərəbcə kitablarda ondan xeyli bəhs edilməkdədir. Əsədəddin Şeıko bin Sadi ilə H.555 (M.1160) ildə Həccə getdi. Yüz yaşına gəldiyində gözlərini kor olmasıdan Əmir Əli, H.563 (M. 1168)-cü il Zilqədə ayının 11-ci günü Ərbildə vəfat etdi.
Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər — Zülqədəroğulları bəyliyinin banisi, hökmdar. == Həyatı == Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında Hələb və Antəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335). Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu.
Seyfəddin
Seyfəddin — Kişi adı.
Elməddin Abdullayev
Elməddin Telman oğlu Abdullayev (13 fevral 2001; Qam-qam, Quba rayonu, Azərbaycan — 30 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elməddin Abdullayev 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Alxasov
Elməddin Rəsul oğlu Alxasov (24 may 1994; Qaradağ Buduq, Xaçmaz, Azərbaycan — 7 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Alxasov 1994-cü ildə Xaçmazın Qaradağ-Buduq kəndində anadan olub. == Hərbi xidmətləri == Elməddin Alxasov 2014-cü ildə MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. Elməddin Alxasov snayperçi vəzifəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Pənahov
Elməddin Məqsəd oğlu Pənahov (7 sentyabr 1983; Qazax rayonu, Azərbaycan SSR — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elməddin Pənahov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Pənahov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Elməddin Qasımov
Elməddin Aqil oğlu Qasımov (9 avqust 1999; Qarabağlı, Salyan rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Qasımov 9 avqust 1999-cu ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Qasımov 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Qəhrəmanov
Elməddin Niyaməddin oğlu Qəhrəmanov (26 yanvar 1997; Kəngərli rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Qəhrəmanov 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2003–2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011–2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elməddin Qəhrəmanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Talıbov
Elməddin Talıbov (tam adı: Elməddin Məmməd oğlu Talıbov; 26 sentyabr 1998, Şıxlar, Yardımlı rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Talıbov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Vəkilov
Elməddin Nizami oğlu Vəkilov (21 avqust 1988; Yuxarı Axtala, Qərbi Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Vəkilov 1988-cu il avqustun 21-də Yuxarı Axtaladə anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Hal-hazırda onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Elməddin Vəkilovun nəşi 7 may 2021-ci ildə tapılıb və 8 may tarixində Daşkəsəndə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəkilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin Vəlişov
Elməddin Fuad oğlu Vəlişov (21 mart 1996; Üçtəpə, Cəlilabad rayonu, Azərbaycan — 11 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi., ruhani, şeyx. == Həyatı == Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışmış, ruhani alim və dini şeyx olmuşdur. == Hərbi xidməti == Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü snayper olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Xasayev
Elməddin Qoçu oğlu Xasayev (12 fevral 1980; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi sanitarı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzulinin azad edilməsi zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Yusibov
Elməddin Mahir oğlu Yusibov (28 aprel 1995, Mirzalıbəyli, Bərdə rayonu – 30 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Yusibov 1995-ci il aprelin 28-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. 2002-2013-cü illərdə Mirzalıbəyli kənd orta məktəbində oxumuşdur. 2013–2015-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra kənddə təsərrüfat texnikasında çalışıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə qatılıb. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Yusibov Suqovuşan və Murovdağ döyüslərində savaşıb. O, oktyabrın 30-da Murov yüksəkliyi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. 2 noyabr 2020-ci ildə Bərdə rayonunun Mirzalibəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin İbrahimli
Elməddin Zeynəddin oğlu İbrahimli (19 noyabr 1999; Cəlilabad rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin İbrahimli 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Elməddin İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin İbrahimli oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Hacıcavadlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Şindiyev
Elməddin Həmid oğlu Şindiyev (6 mart 1995; Talalar, Balakən rayonu — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Şindiyev 1995-ci il martın 6-da Balakən rayonunun Talalar kəndində anadan olub. 2001—2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elməddin Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013—2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Elməddin Əhmədli
Elməddin Gülverən oğlu Əhmədli (28 yanvar 1996, Təzəkənd, Biləsuvar rayonu – 19 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Əhmədov
Elməddin Uğur oğlu Əhmədzadə (1 oktyabr 1996, İmişli rayonu – 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Əhmədov 1996-cı il oktyabrın 1-də İmişli rayonunda yerləşən Fin qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindən idi. 2014-cü ildə İmişli rayonunda yerləşən 36 nömrəli tam orta məktəbi bitirmişdir. Subay idiElməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elməddin Əhmədov sentyabrın 27-də Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. İmişli rayonunda dəfn olunub.
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir. Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.