Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Zeynəddin Xasmətov | |
---|---|
26 noyabr 1985 – 12 noyabr 2000 | |
Seçki dairəsi | 1995 — 65 saylı Qusar |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Gülmət Pirmətov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 iyul 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir.
Zeynəddin Xasmətovun 2 övladı var.
1995-ci il noyabrın 26-da baş tutan parlament təkrar seçkilərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.[1][2]
Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[3] Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.[4]