Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Gəzin dehestanı
Gəzin dehestanı (fars. دهستان گزین‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanının Rüğeyvə bəxşində inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 372 ailədə 670 nəfəri kişilər və 685 nəfəri qadınlar olmaqla cəmi 1.355 nəfərdir. İnzibati cəhətdən 14 kəndi əhatə edir.
Aydın Əzim
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Elşən Əzim
Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; 28 avqust 1975, Zülfüqarlı, Kəlbəcər rayonu) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur. == Yaradıcılığı == 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir. Şeirləri rus, belarus, bolqar, türk, qırğız, qazax, özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır. 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.
Orxan Əzim
Orxan Etibar oğlu Əzimov və ya Orxan Əzim (28 oktyabr 1986, Bakı) — azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2021). Onun Binəqədi rayonu ərazisində yaşayış binasında baş verən yanğından, Çernobıldan, İraqdan, Hələbdən və Şuşa həbsxanasından lentə aldığı fotolar, keçirdiyi fotosərgilər həm ölkə, həm də dünya mətbuatının diqqət mərkəzində olub. == Həyatı == Orxan Əzim 1986-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə A. Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, "Televiziya rejissoru" ixtisası üzrə alıb. == Fəaliyyəti == 2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor assistenti olaraq işə başlayıb. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgidə iştirak edib.
Əl-Əzim
Əl-Əzim (ər. العظيم) — Allahın adlarından biri. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4) Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək. Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı… Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir. Bir də dünyanın bir az xaricinə çıxıb düşünək.
Əzim Həsənov
Əzim Fikrət oğlu Həsənov (13 iyun 1998, Balakən rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənov Əzim Fikrət oğlu 13 iyun 1998-ci il tarixində Balakən rayonun Kortala kəndində anadan olub. O, 2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 52 saylı köçkün tam orta məktəbin birinci sinfinə daxil olub, 3-cü sinifə qədər Ağdam rayonu 52 saylı məktəbdə təhsil alıb, sonra isə Mingəçevir şəhər 19 nömrəli məktəbdə təhsilini davam etdirib. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib.
Əzim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. == Həyatı == Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Əzim Qeyçisaz
Əzim Qeyçisaz (fars. عظیم قیچی‌ساز‎) İran alpinisti. O, 8000 metrdən hündür bütün zirvələri fəth edən yeganə iranlı alpinistdir. == Həyatı == Əzim Qeyçisaz 1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 2002-ci ildən aktiv peşəkar alpinizmlə məşğuldur. 2016-cı ildə oksigen və Hi-porterlər olmadan ikinci dəfə Everest zirvəsinə qalxmağı bacarmışdır. 2017-ci ilin may ayının 19-da yerli vaxtla 12:12-də Lhotze zirvəsinə qalxmışdır. Bununla da o, dünyadakı 8000 metrdən hündür 14 zirvənin hamısına dırmana ilk iranlı alpinist olmuşdur.
Əzim xan
Əzim xan (puşt. عظیم خان, hind. अज़ीम ख़ान) — puştun əsilli Kəşmir hakimi. == Həyatı == Əzim xan Abdulla xan Alukzaydan (1796–1808) sonra, 1810–1816-cı illərdə Kəşmirin hakimi olmuşdu. Amansızlığı və qəddarlığı ilə tanınırdı.
Əzim Şahmalıyev
Əzim Namiq oğlu Şahmalıyev (20 dekabr 1990; Əlirzalı, Goranboy — 15 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əzim Şahmalıyev 20 dekabr 1990-cı ildə Goranboyda anadan olub. Məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əzim Şahmalıyev Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Goranboyda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əzim Əzimzadə
Əzim Aslan oğlu Əzimzadə (25 aprel (7 may) 1880, Novxanı, Bakı qəzası – 15 iyun 1943, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti (1927), Əmək Qəhrəmanı (1927). == Həyatı == Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Aydın Əzim Kərimoğlu
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Dizac Əzim (Sərab)
Dizac Əzim (fars. ديزج عظيم‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (10 ailə).
Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Seyid Əzim Şirvani
Seyid Əzim Şirvani (9 iyul 1835, Şamaxı – 20 may 1888, Şamaxı) — XIX əsr Azərbaycan şairi və maarifçisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim Şirvani haqqında ilk məlumat A.Zaxarov tərəfindən verilmişdir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə qədər Seyid Əzimin müfəssəl tərcümeyi-halı yazılmışdır. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. A.Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.
Taksim Gəzi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. == Tarix == Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. == 2013-cü ildə Taksim Gəzi parkı etirazları == 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
Şah Əbdül Əzim
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. == Türbədə olan tarixi əsərlər == Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Əzim kəndi (Şot)
Əzimkəndi (fars. عظيم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əzim Əzimzadə (1967)
Şah Əbdül Əzim məscidi
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Əzim Əzimzadə (film, 1967)
Əzim Əzimzadənin ev-muzeyi
Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir. == Muzeyin eksponatları == Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir: 1. Karikaturalar 2.
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. == Məzmun == Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
2013 Taksim Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Aba (geyim)
Aba yundan toxunmuş qalın parça və həmin parçadan tikilmiş yaxasız, uzun üst geyimi . Geyim köçəri ərəblərin milli geyimidir. Yaxın və Orta Şərqdə geniş yayılıb. Əsasən ruhanilərə məxsusdur. Yun, ipək və s. parçalardan tikilir, yaxası açıq və qısaqollu olur. Bəzən çiyin, ətək və qol hissələri qızılı və gümüşü saplarla bəzədilir. Abanın Ərəbistandan İrana, oradan da Orta Asiya və Qafqaza yayıldığı güman edilir. Azərbaycanda əvvəllər əsasən dəvə yunundan toxunmuş parçadan tikilirdi.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Aksessuar (geyim)
Aksesuar — geyimə məxsus olan və onu tamamlayan əşya. Buna şərf, əlcək, qalstuk və s. nümunə göstərmək olar. Aksessuarlar çox vaxt geyimi və görünüşü tamamlamaq üçün seçilir. Onlar insanın fərdiliyini əlavə olaraq ifadə etmək qabiliyyətinə malikdirlər. Termin XX əsrdə istifadəyə verilmişdir.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri çılpaq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. == Tarixi == === XI əsr === XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. == Tarixi == Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Kesa (geyim)
Kesa — qəhvəyi və ya zəfəranı rəngin şərəfinə adlandırılmış buddist rahib və rahibələrinin paltarıdır.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kəmər (geyim)
Kəmər ya da Toqqa — geyim elementi. Qədimdən mövcuddur. Yoxsulların kəmərləri sadə, hakim sinfin nümayəndələrinin kəmərləri isə, adətən, daş-qaşla bəzədilmiş qiymətli metaldan olurdu. Kəmərin qayışına bəzən qızıl və ya gümüş pullar da düzülürdü. Hələ 6-7 min il bundan əvvəl kəmər geniş yayılmışdı. Qazıntılar zamanı Azərbaycanın Gədəbəy rayonunda e.ə. I minilliyə aid müxtəlif təsvirlərdə bəzədilmiş tunc kəmər tapılmışdır. Azərbaycan tətbiqi sənətində geniş yayılmış kəmərin bir sıra nümunəsi Azərbaycanın, eləcə də xarici ölkə muzeylərində saxlanılır. Məsələn, İstanbuldakı Topqapı muzeyində saxlanılan 1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri sənətkarlıq nümunələrindəndir. Kəmər qadın bəzəyi kimi Azərbaycanda geniş yayılmışdı.
Makintoş (geyim)
Makintoş (ing. mackintosh) — Kəmərsiz və toqqasız su keçirməyən təkdüyməli plaş. == Ümumi məlumat == Makintoş adı 1823-cü ildə təsadüfən sukeçirməyən parça ixtira edən şotland kimyaçı Çarlz Makintoşun soyadınan götürülüb: o, kauçuk qarışığı ərintisi ilə paltarının qolunu ləkələdi və bir müddət sonra görür ki, qolu su keçirmir. Bir il sonra Makintoş su keçirməyən plaşların istehsalı üzrə firma açır. 30 il sonra plaşlar daha nazik, yüngül olur və daha rezin iyi vermir.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim Qala
Qədimqala (Şəmkir)
Qədim Qəbələ
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Qədim Rauma
Qədim Rauma (fin Vanha Rauma, isv. Gamla Raumo) Rauma, Finlandiyanın taxta şəhər mərkəzidir. 1991-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mirası olaraq siyahıya alındı. Keçmiş Rauma təxminən 0.3 km² bir ərazini əhatə edirdi. Demək olar ki, təxminən 600 bina və 800 əhalisi var idi. Köhnə Rauma xaricində Rauma şəhəri yalnız 19-cu əsrin əvvəllərində genişlənmişdir. Ən qədim binalar 18-ci əsrə aid olsa da, 1640 və 1682-ci illərdə iki yanğın qəsəbələri məhv etdi. Əksər binalar yalnız yaşayış məqsədləri üçün istifadə olunsa da, şəhərin mərkəzindəki əsas küçə boyunca düzülmüş binaların əksəriyyəti iş mərkəzləri kimi istifadə olunur. Şəhərin diqqətəlayiq yerləri arasında Kirsti evi, 18-19-cu əsrlərdən bir dənizçinin evi və 18-ci əsrə aid olan, lakin 19-cu əsrə aid fasadı olan muzeyə məxsus gəmi sahibi olan Marela evi də var. Digər turistik yerlərə köhnə Rauma nadir daş binaları daxildir: 15-ci əsrdən köhnə bir Françiskan monastırı, Müqəddəs Xaç Kilsəsi və 1776-cı ildən köhnə bələdiyyə binası.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Qədim Roma
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə.
Qədim uyğurlar
Qədim uyğurlar (veyhu, xoyxu, Oyxor) — Mərkəzi Asiya türk xalqlarının etnopolitik tarixində əhəmiyyətli rol oynayan ən böyük orta əsr türk etnik qruplarından biridir. == Tarixi == Yazılı mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq qədim uyğurların tarixi təxminən min il müddətinə: IV əsrdə "qaoçe"-"telelər" tayfalar birliyinin beynəlxalq arenaya çıxdığı andan başlayaraq, XIII-XV əsrlərə qədər, qədim uyğurların nəhayət Novouygur və ya Şərqi Türkistannın müasir Uyğur etnosu və Qansu əyalətinin Sarı uyğurları izlənilmişdir. Bu dövrdən əvvəlki dövrdə, yəni IV əsrdən əvvəlki tarixlərdə proto-uyğur tayfalarının tarixi həyatının qurulmasına rəvac vermir, lakin onun Hunların qəbilə birliyi ilə birbaşa əlaqəli olduğu məlumdur. Qədim Çin tarixi yazılı mınbılərində qədim uyğurların hun və dinlin türk xalqları köklərindən gəldikləri barədə məlumatlar var. Oyxorların mənşəyi e.ə.III əsrdə Baykal gölü ətrafında məskunlaşmış köçəri dinlin xalqına gedib çıxır. V əsrdə dinlinlər tarixi arenada yenidən ortaya çıxdı, o vaxtdan etibarən cəsədlər adlandırıldılar. Erkən Tan sülaləsi salnamələrində qədim uyğurlara xueyxelər deyilirdi. IV əsrə qədər qədim uyğur tayfaları "xueyqu" adlanmağa başladı. 840-cı ildə Syaclar (Yenisey qırğızları) Xueyqu ölkəsini fəth etdilər və Uyğur xaqanlığının əhalisinin bir hissəsi tədricən köçəri həyat tərzindən oturaq həyat tərzinə keçərək Tarım hövzəsinin yerli əhalisi ilə birləşərək Şərqi Türkistana köçdülər - Xan sülaləsindən bəri qərb ərazilərinə köçərən çinlilər, Xotan, Şule və Kuça sakinləri ilə birgə yaşadılar. Qədim Uyğur tayfalarının tarixində üç əsas dövr vardır: Monqolustanda və Cunqariyada dövlət quruluşları dövrü (IV-VI əsrlərdəki köçəri tayfaların birlikləri).
Qədim Çenqçou
Çjençjou (çin. ənən. 鄭州, sadə. 郑州, pinyin: Zhèngzhōu) — Çin Xalq Respublikasının Xenan vilayətində şəhər dairəsi, vilayətin inzibati mərkəzi == Tarixi == Çinin şərq-mərkəzi hissəsindəki Henan əyalətindəki Müasir Çençou, Şan sülaləsinin qurucusu Bo King Tang'ın krallıq paytaxtıdır. 605-ci ildə ilk dəfə Çençou adlandı.. Erkən Şan sülaləsi dövründə, həmçinin Erligan mədəniyyəti olaraq da bilinən, 61.77 hektar ərazini əhatə edən ən böyük divarlı şəhər idi. Ətrafı təxminən 4 mil olan nəhəng şəhər divarı 741 hektardan çox ərazini əhatə edirdi. şəhərin çox hissəsini təşkil edən kral saraylarını əhatə edirdi. Arxeoloqlar şəhərin şimal-şərqində 15 dönümdən çox ərazini əhatə edən bir sarayın təməllərini kəşf etdilər. Şəhərdə ayrıca yaşayış məhəllələri, əkinçilik qəsəbələri, qəbiristanlıqlar və bir çox emalatxanalar var idi.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Qədim şəhər
Qədim şəhər (Bakı)
Kərim Məmmədov (gizir)
Kərim Namil oğlu Məmmədov (5 aprel 1989; Gəncə, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Məmmədov 1989-cü il aprelin 5-də Gəncə şəhərində anadan olub. 1995-2007-ci illərdə Gəncə şəhərində İ. Məmmədov adına liseydə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Kərim Məmmədov 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Kərim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kərim Məmmədov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nazim Abdullayev (həkim)
Abdullayev Nazim Abdulla oğlu — (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984—2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır. == Həyatı == Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində jurnalist Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir.
Nazim Əfəndiyev (həkim)
Nazim Mirqasım oğlu Əfəndiyev (7 iyun 1926, Qazax – 5 yanvar 1998, Bakı) — Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun direktoru (1957–1998), əməkdar həkim, tibb elmləri dоktоru, professor, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları və medallar ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub. Mirqasım Əfəndiyevin oğlu, Mir-Həmzə Əfəndiyevin atası, Fikrət Əmirovun qudası, Nəzrin Əfəndiyevanın babasıdır. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub. == Həyatı == N.M.Əfəndiyev 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950–1952-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun aspiranturasında hazırlıq keçmişdir. 1952-ci ildə bu institutun elmi işçisi olmuş, 1954-cü ildə isə institutun müalicə işləri üzrə direktor müavini təyin edilmişdir. 1957-ci ildən həmin institutun direktoru vəzifəsində çalışmağa başlamışdır. 1966-cı ildə N.M.Əfəndiyev "Göz almasının mühitlərinə kontuzion qansızmalar və autoqanın eksperimental daxil edilməsindən sonra şüşəvari cismin bəzi biokimyəvi göstəricilərinin dəyişiklikləri" mövzusunda namizədlik, 1993-cü ildə isə "Eksperimental gözdaxili qansızma zamanı şüşəvari cismin struktur-funksional pozuntularında lipidlərin peroksidləşməsinin rolu" adlı doktorluq dissertasiyasiyalarını müdafiə etmişdir.
Kərim Əliyev (kiçik gizir)
Kərim Əliyev (31 avqust 1998, Alpout, Ucar rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2004–2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əliyev 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Nazim Abdullayev (əməkdar həkim)
Abdullayev Nazim Abdulla oğlu — (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984—2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır. == Həyatı == Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində jurnalist Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. == Məzmun == Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.