Orxan Etibar oğlu Əzimov və ya Orxan Əzim (28 oktyabr 1986, Bakı) — azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2021). Onun Binəqədi rayonu ərazisində yaşayış binasında baş verən yanğından, Çernobıldan, İraqdan, Hələbdən və Şuşa həbsxanasından lentə aldığı fotolar, keçirdiyi fotosərgilər həm ölkə, həm də dünya mətbuatının diqqət mərkəzində olub.
Orxan Əzim | |
---|---|
Orxan Etibar oğlu Əzimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | televiziya rejissoru[1] |
Təhsili | ADMİU[1] |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 2012 – h.h. |
Tanınır | fotoqraf |
Üzvlüyü |
Orxan Əzim 1986-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə A. Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, "Televiziya rejissoru" ixtisası üzrə alıb.
2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor assistenti olaraq işə başlayıb.[1] 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgidə iştirak edib. 2021-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
2016-cı ildə Çernobıl faciəsinin otuz illiyi ərəfəsində Pripyat şəhərinə ezam olunub. Burada lentə aldığı fotolar ictimaiyyətin marağına səbəb olub.[2][3][4]
2017-ci ildə İraqa ezam olunub. Nəcəf, Kərbəla və Kufə şəhərlərində çəkiliş edib. Ərbəin yürüşündə azərbaycanlı zəvvarların ziyarətini lentə alıb.[5][6]
2019-cu ildə "Nəsimi ili" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Suriyanın Hələb şəhərinə ezam olunub. Burada müharibədən sonrakı həyatı və İmadəddin Nəsiminin məzarını lentə alıb. Nəsiminin məzarından olan fotoreportajı mediada maraqla qarşılanıb.[7][8][9][10][11]
2021-ci ildə işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olarkən Yusifcanlı kəndində iki bacının aralarında səngər qazılmış məzarlarını lentə alıb. Bu kadrlar xarici media orqanlarında əks-səda yaradıb.[12][13][14]
2021-ci ildə işğaldan azad olunmuş Şuşa həbsxanasından fotosessiya edib.[15][16]
2022-ci ildə Astara rayonunun Diqo kəndindən "Təhsilin Diqo səviyyəsi" başlığı altında hazırladığı fotoreportajla ucqar kəndlərin təhsil probleminə işıq tutub və geniş müzakirələrə səbəb olub.[17] Fotoreportajdan sonra Təhsil Nazirliyi məsələylə bağlı açıqlama yayıb və 2022-ci ildə tikintisi planlaşdırılan məktəblər arasına Diqo kənd məktəbinin də adının əlavə olunduğunu qeyd edib.[18][19]
2014-cü ildə "Köç" adlı fərdi fotosərgisi keçirilib.[20][21]
2016-cı ildə müəllifi olduğu Çernobıl qəzasının nəticələrini əks etdirən fotoşəkillərindən ibarət qəzanın otuz illiyinə həsr edilmiş sərgisi baş tutub.[22][23][24] Sərgi 2019-cu ildə yenidən keçirilib.[25][26][27][28]
2019-cu ildə "İtirilmiş şəhər və Nəsiminin məzarı" adlı fotosərgisi təşkil olunub.[29][30][31][32][33]
2021-ci ildə Türkiyənin Bursa şəhərində 11-ci Beynəlxalq Fotofestivalda fotoları sərgilənib.[34]
2015-ci ildə Binəqədi rayonunda baş verən yanğın zamanı çəkdiyi fotoda polisin uşağı yanğından xilas etdiyi anı lentə alıb.[35] Bu foto bir çox xarici kütləvi informasiya vasitəsində "Qəhrəman polis" başlığı ilə yayımlanıb.[36][37][38][39][40]
Həmin dövrdə Azərbaycan Respublikasının Daxili İşlər naziri olan Ramil Usubov yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə Orxan Əzimi Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı" ilə təltif edib.[41][42][43]
2016-cı ildə müəllifi olduğu Çernobıl qəzasının nəticələrini əks etdirən fotoşəkillərdən ibarət – qəzanın otuz illiyinə həsr edilmiş sərgi "İlin sərgisi" mükafatına layiq görülüb.[44][45]
2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının keçirdiyi "Mədəniyyətlər arası dialoq gənclərin gözü ilə" adlı beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.[46]
2019-cu ildə Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin fotoqrafı" müsabiqəsində "Müharibə fotoqrafı" nominasiyasında birinci yerin sahibi olub.[47][48]
Orxan Əzim 2019–2020 ci illər ərzində beynəlxalq müsabiqələrdə üç qızıl, üç gümüş medal, iki diplom və iki xüsusi lentlə təltif olunub.
• Orxan Əzim – "Nənəmin rəsmi Luvr muzeyindədir - MÜSAHİBƏ"[49]
• Orxan Əzim – "Hər bir fotoqraf şəkil çəkməzdən əvvəl özünə sual verməlidir ki, çəkdiyi şəkil ona, ondan da tamaşaçıya hansı hissləri ötürürmü"[50]
• Orxan Əzim – "Faciə və kədər üzərində şou qurmaq mənim həyat devizimə aid deyil"[51]
• Orxan Əzim – "Eləsinə 100 min manatlıq aparat da versən, yarıdan deyil"[52]