Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birgus
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Cırqurd
Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır. == Əhalisi == Əhalisinin sayı 121 (2009) nəfərdir. == Toponomikası == Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hinqar Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Simgur
Simgur — Göyçay rayonu ərazisində dağ; Simgur — Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 676 m.
Irgun
İrqun ( ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası “İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat”) 1931-1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: “Müdafiə 'B'” və ya “İkinci Müdafiə”, ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
İrqun
İrqun ( ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası “İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat”) 1931-1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: “Müdafiə 'B'” və ya “İkinci Müdafiə”, ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Bromus hirtus
Yapon tonqalotu (lat. Bromus japonicus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü.
Bulbophyllum hirtum
Bulbophyllum hirtum (lat. Bulbophyllum hirtum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Capra hircus
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ferents Hirzer
Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt – 28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub. == Karyera == Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb. 1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı. Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir.
Fred Kilqur
Fred Kilqur (ing.
Geum hirtum
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Gingur (Puldəşt)
Gingur (fars. گينگور‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 498 nəfər yaşayır (87 ailə).
Senecio hirtus
Senecio hirtus (lat. Senecio hirtus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Trifolium hirtum
Trifolium hirtum (lat. Trifolium hirtum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Vecihi Hürquş
Vecihi Hürquş (6 yanvar 1896 - 16 iyul 1969) — türk pilot və mühəndis. Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biridir. == Həyatı == Vecihi Hürquş 6 yanvar 1896-cı ildə İstanbulda anadan olub. O, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Yaralandıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə məktəbinə daxil olaraq pilot kimi məzun olmuşdur. Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardman uçuşları keçirmiş və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurmuşdur. Vecihi Hürquş təyyarə vuran ilk türk təyyərəçisidir. Daha sonra ruslara əsir düşən Vecihi bəy Xəzər dənizində yerləşən Nargin adasından (Böyük Zirə) üzərək İran vasitəsi ilə qaçmağı bacarmış və Türkiyəyə dönərək 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlamışdır. Bu bölükdə vəzifəli ikən bir qırıcı təyyarə layihəsini çəkən Vecihi bəyin bu proyekti Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır. Qurtuluş Savaşına qatılan Vecihi bəy, xüsusilə İnönü və Sakarya savaşı müddətində çox bacarıqlı kəşfiyyat və dəstək uçuşları keçirməkdən əlavə bir yunan təyyarəsini də vurmuşdur.
Yaxalıqlı qurqur
Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü. == Görünüşü == Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.
Rubus hirtus
Kələkötür böyürtkən (lat. Rubus hirtus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Fransada, Almaniyada, Avstriyada, Macarıstanda və Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Birillik budaqları seyrək tüklü, silindrvarı, üzəri qısa sarımtıl tikanlı və vəzili, yerə yatıq koldur. Üçər, az halda beşər tünd yaşıl, nazik. kənarı tam olmayan ikiqat dişli, hər iki tərəfdən tüklü, ucu şişləşmiş yarpaqcıqlıdır. Yarpaqaltlığı xətvarıdır. Çiçəkləri 1,5-2 sm diametrində, kasayarpaqları sıx vəzili çox zaman xırda tikancıqlı çiçək açanda kənara qatlanmış olur. Ləçəkləri ağdır. Meyvəverən budaqları tüklü, sıx, yatıq, vəzilidir.
Birgül Oğuz
Birgül Oğuz (1981, İstanbul) — türk yazıçısıdır. O, İstanbulda anadan olub və İstanbul Bilgi Universitetində Müqayisəli Ədəbiyyat və Mədəniyyət Araşdırmaları fakültəsində təhsil alıb. Yazıçı, 2006-cı ildə Edinburq Universitetində də oxuyub. Hal-hazırda Boğaziçi Universitetində İngilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün çalışır, eyni zamanda İstanbulda Moda Sahnesi və Nazım Hikmət Akademiyasında ədəbiyyatdan dərs deyir. Bu günə qədər iki bədii əsər nəşr etdirmişdir: Fasulyenin Bildiyi (2007) və Hah (2012). Sonuncu dəfə 2014-cü ildə Avropa İttifaqının Ədəbiyyat üzrə Mükafatını qazanmışdır. 2015-ci ildə Ayova ştatının eyniadlı şəhərindəki Ayova Universitetində Beynəlxalq Yazı Proqramının Payız Rezidenturasında iştirak etmişdir.
Kşumantsyan Pirquz
Kşumantsyan Pirquz (erz. Кшуманцянь Пиргуж, Kšumancäń Pirguž; əsl adı — Qriqori Dmirieviç Musalyov) — Erziyan milli hərəkatının fəalı, hüquq müdafiəçisi. Erzyalıların inyazoru (1999-2019). == Bioqrafiya == === Erkən illər === Üç qardaşın ən kiçiyidir. Atası İkinci Dünya müharibəsi iştirakçısı olmuş, Stalinqrad yaxınlığında vuruşmuş, 1943-cü ildə Xarkov yaxınlığında vəfat etmişdir. Anası kolxozçu olmuşdur. 1958-ci ildə Bolşeiqnatovskaya orta məktəbini bitirmiş, sonra orada laborant işləmişdir. 1959-1962-ci illərdə SSRİ ordusunda xidmət edib. Mordoviya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, sonra orada riyaziyyatçı-proqramçı kimi çalışmışdır. === Sosial fəaliyyət === 1980-ci illərin sonundan etibarən Erzyan milli hərəkatında iştirak edir.
Alan Higer
Alan Xiqer (22 yanvar 1936[…], Su-Siti[d], Ayova) — 2000-ci ildə kimya üzrə Nobel mükafatçısı 1957-ci ildə Nebraski universitetini bitirərək bakalavr dərəcəsi almışdır. Berklidə kaliforniya universitetində 1961-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1962–1982-ci illərdə Pensilvaniya universitetində işləmişdir. 1982-ci ildən Santa-Barbarada Kaliforniya universitetinin fizika professoru olmuşdur. 1982–1999-cu illərdə polimerlər və üzvi materiallar institutunun direktoru olmuşdur. 1999-cu ildən eyni zamanda müxtəlif kommersiya şirkətlərində də işləmişdi. Alan Makdiarmid və Xideki Sirkava ilə birlikdə üzvi polimer materiallar almışdır ki, onların elektrik keçiricikləri metalların elektrik keçiriliciyi ilə müqayisə olunandır. Alan Xiqer 2000-ci ildə "Polimerlərdə keçiriliciyin kəşfinə və tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Fredriç Hiqar
Fredriç Hiqar (11 oktyabr 1841[…], Bazel – 2 iyun 1927[…], Sürix) — İsveçrəli bəstəkar, dirijor və "Sürix Tonholl Orkestri" -nin qurucu dirijoru. == Həyatı == == Biblioqrafiya == Hindley, Geoffrey. Music in the Modern World: Music in Switzerland // The Larousse Encyclopedia of Music (2nd). New York City: Excalibur. 1982. ISBN 0-89673-101-4.
Sigur Rós
Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb. == "Von" və "Von brigði" == Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi. == Ágætis byrjun == 1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı. == Rímur == 2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı.