Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun Bığır kənd inzibati ərazi dairəsində kənd.[1] Göyçay şəhərindən cənub–şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır.
Cırqurd | |
---|---|
40°34′ şm. e. 47°53′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisinin sayı 121 (2009) nəfərdir.
Əsli Cir-Kürt olmuşdur.[2] Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.[3]
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |