Vecihi Hürquş

Vecihi Hürquş (6 yanvar 1896 - 16 iyul 1969) — türk pilot və mühəndis. Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biridir.

Vecihi Hürquş
türk. Vecihi Hürkuş
Doğum tarixi
Doğum yeri İstanbul Osmanlı bayrağı Osmanlı İmperiyası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Ankara Türkiyə bayrağı Türkiyə
Dəfn yeri
Təhsili
Fəaliyyəti pilot, mühəndis
Fəaliyyət illəri 1912-ci ildən
Mükafatları İstiqlal medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vecihi Hürquş 6 yanvar 1896-cı ildə İstanbulda anadan olub. O, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Yaralandıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə məktəbinə daxil olaraq pilot kimi məzun olmuşdur. Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardman uçuşları keçirmiş və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurmuşdur. Vecihi Hürquş təyyarə vuran ilk türk təyyərəçisidir.[1] Daha sonra ruslara əsir düşən Vecihi bəy Xəzər dənizində yerləşən Nargin adasından (Böyük Zirə) üzərək İran vasitəsi ilə qaçmağı bacarmış və Türkiyəyə dönərək 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlamışdır.

Bu bölükdə vəzifəli ikən bir qırıcı təyyarə layihəsini çəkən Vecihi bəyin bu proyekti Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır. Qurtuluş Savaşına qatılan Vecihi bəy, xüsusilə İnönü və Sakarya savaşı müddətində çox bacarıqlı kəşfiyyat və dəstək uçuşları keçirməkdən əlavə bir yunan təyyarəsini də vurmuşdur. Qurtuluş Savaşının ilk və son uçuşunu edən pilotdur. İzmirin (Qaziəmir - Seydiköy) hava məkanına ilk girən və nəzarətə alan şəxs olmuşdur.

Vecihi bəyə qırmızı lentli İstiqlal medalı verilmişdir. Həmçinin TBMM tərəfindən üç dəfə təqdirnamə almışdır. Üç təqdirnamə verilən tək şəxsdir.

Vecihi Hürquş savaşdan sonra İzmirdə yeni təyyarəçilərə dərs deməyə başladı. Ədirnəyə səhvən enən bir sərnişin təyyarəsini almaqla vəzifələndirilmişdi. Xidməti qarşılığında təyyarəyə "Vecihi" adı verildikdə, onda təyyarə istehsal etmək düşüncələri canlandı. İzmir Seydiköy Hava məktəbində - bugünkü Qaziəmir Hava məktəbi komandanlığı təyyarə istehsal etmək layihəsinə davam etmişdir. 1923-cü ildə qənimət olaraq yunanlardan ələ keçirilən mühərriklərdən yararlanaraq ilk türk təyyarəsini istehsal etdi. 28 yanvar 1925-ci ildə "Vecihi K-VI" adını verdiyi təyyarəsi ilə ilk uçuşunu həyata keçirmişdi. Ancaq təltif əvəzinə onu cəzalandırdılar. Vecihi Hürquşun təltif gözləyərkən cəza almasının səbəbi, aviasiyadan anlayan heç kimin olmamasında idi. Ona icazə verəcək qanun olmadığı üçün icazəsiz uçmuş, bu səbəbdən də cəzalandırılmışdır.

Vecihi Hürquş təyyarəsinin yanında

Daha sonra hərbi aviasiyadan ayrılaraq təyyarə istehsalı və çalışmalarına davam etmişdir. Vecihi Hürquş təkcə türk aviasiya tarixinin deyil, həm də bütün Türkiyə tarixinin ən qeyri-adi simalarından biridir.

1930-cu ildə Kadıköydə bir dülgər dükanını icarəyə götürərək 3 ay müddətində orada ilk türk mülki təyyarəsini, əslində isə ikinci təyyarəsi olan Vecihi XIV-ü inşa etdi. İlk uçuşunu 27 sentyabr 1930-cu ildə Kadıköy Fikirtəpədə böyük bir kütlə və mətbuat qarşısında keçirmişdir. Bu uçuşdan sonra Vecihi XIV ilə əvvəlcə Yaşılköyə, sonra Ankaraya uçmuşdur. Uçuş sertifikatı üçün İqtisad Nazirliyinə müraciət etmiş, 14 oktyabr 1930-cu ildə “Təyyarənin texniki vasitələrini təyin edəcək kimsə olmadığından lazımi vəsiqə verilməmişdir” cavabını almışdı. Hürquş bundan sonra nazirliyin tələb etdiyi texniki baxış haqqında vəsiqəni almaq üçün təyyarəni sökərək icarəyə götürdüyü vaqonla Çexoslovakiyaya göndərilməsi üçün icazə almışdır. Hürquş 6 dekabr 1930-cu ildə Praqaya çatdığı zaman hələki təyyarəsi gəlməmişdi. Təyyarəyə aid texniki hesabat kimi rəsmi sənədi öncə çex dilinə tərcümə etmişdir. Təyyarə gəldikdən sonra təyyarəni təkrar yığaraq detallarını və hər cür texniki yoxlamaları keçirildikdən sonra uçuşu üçün icazəsi istənilmişdir. Hər cür uçuş üçün təyyarənin yoxlamaları tamamlanmışdır.

Vecihi Hürquş 1931-ci ildə TTaC (türk. Türk Təyyarə Cəmiyyəti) yarananda Türkiyə turu keçirmişdir.

Birinci tur (2 sentyabr 1931): Ankara, Qızılcahamam, Gerede, Bolu, Ereqli, Zonquldak, Cide, Sinop, Samsun, Trabzon, Rizə, Gümüşxana, Bayburt, Suşəhri, Zara, Hafik, Sivas, Şarqışla, Ağdağmədəni, Sorqun, Yozqat, Sunqurlu, Qalacıq, Ankara.

İkinci tur (9 noyabr 1931): Ankara, Gölbaşı, Bağla, Şərəfliqoçhisar, Ağsaray, Konya, Bəyşəhər, Seydişəhər, Alanya, Manavqat, Antalya, Fəthiyə, Köycəğiz, Muğla, Göytəpə, Qala, Tavas, Qaracasu, Babadağ, Dənizli, Çal, Çivril, Qarahallı, Ulubəy, Uşak, Kütahya, Əskişəhər, Çuxurhisar, İnönü, Bozüyük, Qaraköy, Söyüd, Geyvə, Adabazarı, İzmit, İstanbul.

1932-ci ildə Vecihi Mülki Təyyarə məktəbi adlı ilk Türk Mülki Aviasiya məktəbini açmışdır. Məktəbdə ilk türk qadın pilot Bədriyə Göymən ilə birlikdə 12 pilot hazırlamışdır. Vecihi Hürquş Qalamış-Kadıköydə ilk mülki təyyarə Vecihi XIV, ilk təlim və idman təyyarəsi Vecihi XV, 160 at güclü Mersedes təyyarə mühərrikli və dəniz xizəyi olan Vecihi SK-X-i hazırlamışdır. Nuru Dəmirağ bir təyyarə istehsalı üçün 5000 TL vermiş, beləliklə 1933-cü ildə Vecihi Hürquş tərəfindən Nuru bəy adı verilən Vecihi XVI təyyarəsi hazırlanmışdır. Vecihi bəy çətin şəraitdə dərs keçərkən bəzi qurumların, misalçün TEKEL idarəsinin və İş bankının reklamlarını təşkil etmiş, bəzi vətənsevər quruluşların da köməklərini almışdır.

1954-cü ildə ilk mülkü hava yolu şirkəti olan Hürquş Hava yollarını qurmuşdur.

Türk aviasiya tarixinin ən böyük şəxsiyyəti olan Vecihi Hürquş, Ankarada 16 iyul 1969-cu ildə Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir.

Vecihi Hürquşun xatirəsi

[redaktə | mənbəni redaktə et]
  • Rejissorluğunu Ərtəm Əyilməzin etdiyi 1977-ci ildə çəkilən komediya filmindəki pilot Vecihi obrazının Vecihi Hürquşdan təsirləndiyi iddia olunur.
  • TUSAŞ-ın istehsalı olan və ilk uçuşunu 29 iyun 2013-cü ildə həyata keçirən təlim təyyarəsinə Vecihi Hürquşun şərəfinə Hürquş adı verilmişdir.
  • Vecihi Hürquş, Havalarda, 1915-1925, İstanbul, Qənaət Kitab evi, 1942.
  • Vecihi Hürquş, Bir təyyarəçinin xatirələri: həyatı, İstanbul, YKY, 2000, ISBN 978-9-75-080219-5.
  • Mehmed Gürbüz Gürər, Vecihi Hürquş "Göylərin qorxusuz adamı", İstanbul, 2001.
  • M.Bahəddin Adıgözəl, Türk aviasiyasında iz buraxanlar, Ankara, 2001.
  • Sunay Axın, Ay oğrusu (Vecihi Hürquş).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2009-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.