Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Har Ray
Har Ray-ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ Siqhlərin yeddinci qurusudur. 1630-1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Şivə (Salmas)
Şivə (fars. شيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər. yaşayır (30 ailə).
Şivə (dəqiqləşdirmə)
Şivə — dialekt, ləhcə. Şivə (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. ‎Şivə (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şivə (İcrud)
Şivə (fars. شيوه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,388 nəfər yaşayır (324 ailə).
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik.
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. == İstinadlar == == Ədəbiyyat == Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Han
Han — kişi adı.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Hayk
Ermənilər Nuhun nəvəsi olan Haykdan gəldiklərinə inanırlar. Nuhun gəmisinin Ağrı Dağına oturması Ermənilərin öz ana yurdlarının Şərqi Anadolu olmasını hesab etməklərinə gətirib çıxarmışdır. Üstəlik Hayk 400 il yaşamış və yurdunu Babilə qədər genişləndirmişdir. Bu bir əfsanə olan və elmlə heç bir əlaqəsi tapılmayan fikiridir. Tarixçi Auguste Carriére də bunu xüsusu vurğulamaqla "köhnə Erməni tarixçilərin verdikləri məlumatlara güvənmənin böyük bir qəflət olacağını, çünki verdikləri məlumatların çoxunun uydurma olduğunu" qeyd edir.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
Lay
Lay (təbəqə)
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Qay
Qay (Orenburq vilayəti)
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Yay
Yay — ilin dörd fəslindən biri. == Məzmun == Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Gay
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Hisar Şivan (Xudabəndə)
Hisar Şivan (fars. حصارشيوان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (17 ailə).
Sivan
Sivan (Xoy)
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
Seven (albom)
Seven – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 7-ci albomudur. == Mahnı haqqında == "Seven" albomu "Universal Music Germany" leyblı tərəfindən istehsal edilmişdir. Albom 2004-cü ildə "Seven New Version" adı ilə istehsal edilmişdir. Albomda əvvəlki illərdə Mustafa Sandal tərəfindən ifa edilmiş bir sıra mahnıların yeni variantları vardır. Bir çox mahnılar ingiliscə ifa edilmişdir. Bu mahnılar Türkiyə də daxil olmaqla, bir çox Avropa ölkələrinin hit-paradlarında böyük uğur qazanmışdır.
Seven Churches
Seven Churches — "Possessed" qrupunun 16 oktyabr 1985-ci ildə yayımlanan debut albomları. Albom death metal subjanrının ən önəmli albomlarından biri sayılır. Bununla yanaşı, qrupun ən çox satılan albomudur. == Mahnı siyahısı == == Üzvlər == Cef Beserra (ing. Jeff Becerra) − vokal, bas-gitara Larri Lalonde (ing. Larry LaLonde) − elektrogitara Mayk Torrao (ing. Mike Torrao) − elektro gitara Mayk Sas(ing. Mike Sus) − zərb alətləri Rendi Börns (ing.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Simen Burhol
Sivan (Vərziqan)
Sivan (fars. سيوان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (17 ailə).
Sivan (Xoy)
Sivan (fars. سيوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sivənd dili
Sivənd dili —Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki fars ostanında xüsusilə Sivənddə danışılır.
Stiven Peddok
Stiven Kreyq Peddok (ing. Stephen Craig Paddock, 9 aprel 1953, Klinton[d], Ayova – 1 oktyabr 2017, Mandalay-Bey[d], Nevada) — 1 oktyabr 2017 tarixində ABŞ-nin Nevada ştatında, 59 insanın ölümü və 489 insanın yaralanmansıyla nəticələnən Las-Veqas Stripdə baş vermiş hadisəni törədən amerikalı kütləvi qatil. == Həyatı == Stiven Kreyq Peddok 9 aprel 1953 tarixində ABŞ-nin Ayova ştatında anadan olmuşdur. 1969-cu ildə 15 yaşındaykən həbsxanadan qaçan bir bank soyğuncusu olan Bencamin Hoskins Peddokun oğlu olaraq, Kaliforniyanın San Velley qonşuluğunda böyümüşdür. 1971-ci ildə Con H. Fransis adına Politeknik Liseyini bitirmiş və 1977-ci ildə Kaliforniya Dövlət Universitetini biznes administrasiyasında dərəcə ilə bitirmişdir. Məhkəmə qeydlərinə görə Peddok iki dəfə evlənmiş və boşanmışdır. İlk evliliyi 1977–1979-cu illərdə, ikinci evliyi isə 1985–1990-cı illərdə olmuşdur. 1985–1988-ci illərdə Lakiid Martin şirkətinin sələfi üçün "daxili auditor" işləmişdir. 2013–2015-ci illərdə Peddok, Florida ştatının Melburn şəhərində, təqaüdçü cəmiyyətində yaşamışdır. 2016-cı ildə Las-Veqasın təxminən 80 kilometr şimal-şərqindəki Nevada ştatının Meskit şəhərindəki yeni bir təqaüdçü evinə qardaşı Erikin köməyi ilə köçmüşdür.
Stiven Qoldblat
Stiven Qoldblat (rus. Stephen Goldblatt; 24 aprel 1945, Yohannesburq, CAR) — Cənubi Afrika mənşəli Britaniya kinooperatoru, "Yüksəliş şahzadəsi" və "Betmen həmişə" filmlərində ən yaxşı operator işinə görə 2 dəfə Oskar mükafatı nominasiyasına layiq görülmüşdür. == Həyatı == 24 aprel 1945-ci ildə Yohannesburq şəhərində anadan olmuşdur. 18 yaşından London qəzeti olan "The Sunday Times" ("Bazar günü xəbərləri") qəzetində fotojurnalist işləmişdir. Londonda Kraliça incəsənət kollecində oxumuş, oranı bitirdikdən sonra 1969-cu ildən operator işləmişdir. Aclıq (1983), Kotton klubu (1984), Öldürücü silah (1987), Öldürücü silah 2 (1989), Ev qulluqçusu (2011) filmləri ilə məşhurdur. 1990-cı illərdə Goldblatt rejissor Joel Schumacher ilə Batman seriyasına qoşulub Batman Forever (1995) və Batman və Robin (1997) çəkdirdi. 1990-cı illərin sonlarında, bir "film sabbatalı" və yalnız bir neçə ildən sonra anlar çəkərkən, Goldblatt bir qaranlıq otaq tikdi və yenidən həyatını və ətrafını fotoşəkil çəkməyə başladı. [7] Sabbatalı Goldblatt Mike Nichols'un Amerikada Angels (2003), Closer (2004) və Charlie Wilson's War (2007), Chris Columbus Rent (2005) və Percy Jackson və Olympians: The Lightning Thief (2010) ), Nora Ephron, Julie & Julia (2009) və ən yaxın zamanda Tate Taylor haqqında (2011) və Get Up (2014). Stephen Goldblatt indi Meksikanın San Miguel de Allende şəhərində yaşayır və üç böyüyüdür.
Stiven Ri
Stefan Qraham Ri (31 oktyabr 1946, Belfast) — İrlandiyalı aktyor. The Crying Game filmindəki roluna görə Oscara namizəd seçildi. O Neil Jordanın işləməyi ən sevdiyi aktyorlardandır; Jordanın dünyaca tanınmış bir çox filmində rol almıştır. == Həyatı == Ri Şimali İrlandiyanın Belfast şəhərində anadan olub. Atası avtobus sürücüsü, anası isə evdar qadın idi. O, Belfast Universitetində və Dublindəki Abbey Teatr Məktəbində oxuyub. == Karyerası == Uzun illər İrlandiyada və İngiltərədə səhnədə göründükdən sonra Ri "Aclıq oyunları" filmi üçün ən yaxşı aktyor adına Akademiya mükafatına namizəd olanda beynəlxalq diqqət mərkəzinə düşdü. O, İrlandiyalı rejissor Neil Jordan ilə tez-tez işləyir. Ri uzun müddət İrlandiyanın ən vacib yazıçıları əlaqədə olub. Məsələn, dramaturq Stüart Parkerlə tanışlığı Belfastda birlikdə oxuduqları zaman başladı.
Stiven Ross
Stiven Alan Ross (ing. Stephen Alan Ross; 3 fevral 1944, Boston – 3 mart 2017) — amerikalı iqtisadçı, MIT Sloan İdarəetmə Məktəbinin Franco Modigliani şöbəsinin maliyyə iqtisadiyyatı professoru, Koks-Ross-Rubinşteyn modelinin və Koks-İnqersoll-Ross modelinin həmmüəllifi. == Bioqrafiyası == Stiven Ross Rusiyadan gələn yəhudi mühacir ailəsindəndir: ata tərəfdən babası 1897-ci ildə Kurlanddan, nənəsi 1885-ci ildə, ana tərəfdən əcdadları 1905-ci ildə ABŞ-yə mühacirət edib. Atası Artur İsidore Ross (1905-1992) mühəndis, anası isə Yunanlı Bessie (1910-2002) evdar qadın idi. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunu fizika üzrə bakalavr dərəcəsi ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Harvard Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1975-1977-ci illərdə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində iqtisadiyyat və maliyyə professoru olub. 1977-1979-cu illərdə Yel Universitetində təşkilat, idarəetmə və iqtisadiyyat professoru, 1979-1983-cü illərdə Edwin J.Beinecke kafedrasında iqtisadiyyat və maliyyə professoru, 1984-1985-ci illərdə kafedranın professoru olub. Adriana E. İsrail kafedrasında beynəlxalq ticarət və maliyyə, 1985-1998-ci illərdə Yale Universitetində İqtisadiyyat və Maliyyə Sterlinq Professoru. 1997-1998-ci illərdə o, MIT Sloan İdarəetmə Məktəbində Fisher Black tərəfindən qonaq olan Maliyyə Professoru, 1998-ci ildən isə MIT Sloan İdarəetmə Məktəbində Franko Modilliani Maliyyə İqtisadiyyatı professoru olub.
Stiven Sakur
Stiven Sakur (ing. Stephen Sackur; 9 yanvar 1964, Spilsbi[d], Linkolnşir qraflığı[d]) — HARDtalk proqramında aparıcı, BBC World News və BBC News telekanallarında xarici işlər üzrə müxbir. Həmçinin, BBC World News telekanalında GMT proqramının da əsas aparıcısıdır. On beş il fəaliyyəti dövründə Stiven, BBC-nin xarici işlər üzrə müxbiri, HARDtalk proqramında aparıcı, bir sıra qəzet və jurnallarla müntəzəm əməkdaşlıq aparan jurnalist olmuşdur. == Həyatı == Sakur İngiltərənin Linkolnşir əyalətinin Şpilsbi şəhərində anadan olmuş və Kral VI Eduard adına Akademiyada tam orta təhsilini başa vurduqdan sonra Kembric və Harvard Universitetində ali təhsil almaq şansı qazanmışdır. == Karyera == Sakur 1986-cı ildə BBC-də təcrübəçi olaraq işə başlamış və 1990-cı ildə xarici işlər üzrə müxbir təyin edilmişdir. BBC Radio müxbiri olaraq, Sackur 1989-cu ildə Çexoslovakiyanın Məxməri inqilabı və 1990-cı ildə Almaniyanın yenidən birləşməsi haqqında məlumatları canlı yayında otürmüşdür. Körfəz müharibəsi əsnasında, qarşıdurmanı işıqlandıran bir BBC komandasının bir hissəsi olmuş və səkkiz həftəni ingilis ordusu ilə birlikdə bir jurnalist olaraq keçirmişdir. Müharibənin sonunda, Küveytdən çıxan yolda geri çəkilən İraq ordusunun qırğını barədə məlumatları KİV-ə yansıdan ilk jurnalist olmuşdur. Sakur, 1992–1995-ci illər arasında Misirin Qahirə şəhərində yaşamış və BBC-nin Yaxın Şərqdəki müxbiri olaraq çalışmışdır.
Stiven Siqal
Stiven Siqal (ing. Steven Frederic Seagal, yap. Sigemiti Take, 10 aprel 1952) – ABŞ aktyoru, rejissoru, prodüseri, bəstəkarı, şerifi, ssenaristi və döyüş ustasıdır. == Həyatı == Stiven Frederik Siqal 10 aprel 1952-ci ildə Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928–1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930–2003) ailəsində doğulmuşdur. Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Siqalın sözlərinə görə, uşaqlıq illərində ona babasının monqol olması haqda deyirdilər. Babası (Nathan Siegelman, 1892–1973) və nənəsi (Dora Goldstein, 1894–1989) Amerikaya Sankt-Peterburqdan köçmüş yəhudilərdən idi və onların soyadları "Siegelman" ifadəsindən "Seagal" ifadəsinə kimi dəyişilmişdir. Ailədə Siqal 4 uşaqdan ikincisi idi. Onun yaşca böyük bacısı və ondan yaşca kiçik olan iki bacısı vardır. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los-Anceles şəhərinə yaxın "Orinc ətrafı" ərazisinə daxil olan Fullerton şəhərinə köçmüşdür.
Stiven Soderberq
Stiven Soderberq (ing. Steven Andrew Soderbergh; 14 yanvar 1963[…], Atlanta, Corciya, ABŞ) — ABŞ rejissoru. == Həyatı == Stiven Soderberq 14 yanvar 1963-cü ildə Corciya ştatının Atlanta şəhərində anadan olub. Rejissor bundan əvvəl "Kleopatra" rok-operasını çəkmək niyyətini açıqlayıb. Filmdə Misir kraliçasını Ketrin Zeta-Cons oynamağa razılıq verib. Bundan əlavə, Soderberqin planında 1987-ci ildə QİÇS-dən ölən pianoçu və şoumen Liberaçe barəsində film çəkmək də var. Stiven Soderberq "Traffik", "Erin Brokoviç", "Solyaris" və "Ouşenin 11 dostu" kimi filmləri ilə məşhurdur. Amerikalı Steven Soderberq həm müəllif, həm də kommersiya filmlərinin müəllifidir. Onun "Seks, yalan və video" dramı 1989-cu ildə Kannda "Qızıl palma budağı" mükafatını alıb. Eksperimental filmlər də ekranlaşdıran Soderberqin rejissurasına qeyri-xətti nəql və rənglərlə oyun xasdır.
Stiven Spilberq
Stiven Spilberq (18 dekabr 1946[…], Sinsinnati, Ohayo) — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Mənşəcə yəhudidir. "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etmək" filmlərinə görə üç Oskar mükafatı, iki Qızıl Qlobus almışdır. Həmçinin səkkiz Emmi mükafatı və altı Saturn mükafatı qazanmışdır, bir çox başqa mükafata layiq görülmüşdür, o cümlədən Fəxri Legion Ordeni, Britaniya İmperiyası Ordeni və Akira Kurosava mükafatı. Bir vaxt ərzində Pekin Yay Olimpiya Oyunlarının bədii müşaviri olmuşdur. == Həyatı == İlk süjetini 12 yaşında çəkib. 13 yaşında müharibə mövzusunda çəkdiyi "Boşluğa qaçış" filminə görə ilk mükafatını alıb. Yeniyetməlik dövründə Spilberq rəngsaz işləsə də, yorulmadan qısametrajlı filmlər çəkib. 20 dəqiqəlik "Emblin" filmindən sonra "Universal" kinokompaniyası ona müqavilə bağlamağı təklif edib. Sonralar o, bir neçə il televiziyada işləyərək, teleseriallar çəkib.
Stiven Streyt
Stiven Streyt (ing. Steven Strait; 23 mart 1986, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktyor, və müğənni. == Həyatı == Əslən alman, ilalyan və ingilis köklü olan Stiven 23 mart 1986-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. O akrtisa və müəllim Stella Adlerin dərslərinə girə bilmək məqsədilə Village Community School, Xavier High School məktəbinə qatıldı. Yeniyetmə illərində o, modelliklə məşğul olmağa başladı və L'uomo Vogue, Spoon jurnalı, Details, Surface, Hollister Co. və Pop magazine kimi jurnallarda göründü. Bununla belə Brus Ueber, Herb Ritts, və Ellen von Anverth kimi fotoqrafçılarla işlədi. Ueber 2001-ci ildə çıxan öz All-American: Short Stories kitabında Stivendən də bəhs edib. == Karyerası == Stiven 11 yaşındaykən aktyorluq dərslərinə başladı. 6-cı sinifdə ikən o, Village Community Schoolda dərslərə başladı.
Stiven Volfram
Stiven Volfram (ing. Stephen Wolfram; d. 29 avqust 1959, London, İngiltərə, Böyük Britaniya) — proqramçı, riyaziyyatçı, fizik və yazıçı; O, Mathematica kompüter cəbri sistemi və WolframAlpha bilik bazası və hesablama alqoritmləri (ing. computational knowledge engine) dəstini hazırlayıb. == Həyatı == Stiven Volfram 1933-cü ildə Almaniyanın Vestfali regionundan İngiltərəyə mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. Onun atası, Hüqo Volfram yazıçı olub və anası Sibill Volfram, Oksford Universitetində fəlsəfə üzrə professor kimi fəaliyyət göstərib. Təhsildə inanılmaz uğurlarına görə uşaqlıqda vunderkind Stiveni "kiçik Eynşteyn" adlandırıblar. O, İton kollecində təhsil alıb. Volfram 15 yaşında olarkən elementar zərrəciklər fizikası haqqında məqaləni dərc etdirir, 17 yaşında Oksford Universitetinə daxil olur. Bir il sonra ağır kvarkların istehsalı üzrə böyük marağa səbəb olan işini nəşr etdirir.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. == Həyatı == Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.