Stiven Sakur (ing. Stephen Sackur; 9 yanvar 1964, Spilsbi[d], Linkolnşir qraflığı[d]) — HARDtalk proqramında aparıcı, BBC World News və BBC News telekanallarında xarici işlər üzrə müxbir. Həmçinin, BBC World News telekanalında GMT proqramının da əsas aparıcısıdır. On beş il fəaliyyəti dövründə Stiven, BBC-nin xarici işlər üzrə müxbiri, HARDtalk proqramında aparıcı, bir sıra qəzet və jurnallarla müntəzəm əməkdaşlıq aparan jurnalist olmuşdur.
Stiven Sakur | |
---|---|
ing. Stephen Sackur | |
| |
Doğum tarixi | 9 yanvar 1964 (60 yaş) |
Doğum yeri | Linkolnşir, İngiltərə, Birləşmiş Krallıq |
Milliyyəti | İngilis |
Dini | Xristianlıq |
İxtisası | Jurnalist |
Təhsili |
VI Kral Eduard Akademiyası Kembric Universiteti Harvard Universiteti |
Fəaliyyəti |
BBC, xarici işlər üzrə müxbir (1986–2003) HARDTalk, aparıcı (2004–h.h) |
Vikianbarda əlaqəli mediafayllar |
Sakur İngiltərənin Linkolnşir əyalətinin Şpilsbi şəhərində anadan olmuş və Kral VI Eduard adına Akademiyada tam orta təhsilini başa vurduqdan sonra Kembric və Harvard Universitetində ali təhsil almaq şansı qazanmışdır.[1][2]
Sakur 1986-cı ildə BBC-də təcrübəçi olaraq işə başlamış və 1990-cı ildə xarici işlər üzrə müxbir təyin edilmişdir.[2][3] BBC Radio müxbiri olaraq, Sackur 1989-cu ildə Çexoslovakiyanın Məxməri inqilabı və 1990-cı ildə Almaniyanın yenidən birləşməsi haqqında məlumatları canlı yayında otürmüşdür. Körfəz müharibəsi əsnasında, qarşıdurmanı işıqlandıran bir BBC komandasının bir hissəsi olmuş və səkkiz həftəni ingilis ordusu ilə birlikdə bir jurnalist olaraq keçirmişdir.[4] Müharibənin sonunda, Küveytdən çıxan yolda geri çəkilən İraq ordusunun qırğını barədə məlumatları KİV-ə yansıdan ilk jurnalist olmuşdur.[5]
Sakur, 1992–1995-ci illər arasında Misirin Qahirə şəhərində yaşamış və BBC-nin Yaxın Şərqdəki müxbiri olaraq çalışmışdır.[2] Daha sonra 1995-ci ildə Qüdsə köçmüş və 2 il burada yaşamışdır. O, həm İsrail Baş naziri İshaq Rabinin ölümünü, həm də Yasir Ərəfatın rəhbərliyi altında Fələstin Muxtariyyətinin böyüməsi haqqında reportajlar hazırlamışdır.[6]
1997–2002 illəri arasında BBC-nin Vaşinqtondakı müxbiri təyin edilmiş və Klinton skandalını geniş işıqlandırmışdır. Daha sonra 2000-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Corc Buş ilə görüşmüş və onunla reportaj hazırlamışdır.[7] Sackur 2003-cü ildə Səddam Hüseynin süqutundan sonra İraqa qaytımış və İraqda rejim qurbanlarının kütləvi məhv edilməsi barədə ilk məlumatları vermişdir. O, həmçinin BBC-nin Cənubi Afrika, Maldiv adaları, İsveç, Avstraliya və Meksikadan olan beş dünya liderlərindən ibarət bir heyəti ilə iqlim dəyişikliyi mövzusunda müzakirələrin dünya miqyasında yayımının əsas aparıcısı olmuşdur.[8]
1991-ci ildə Bəsrə Yolunda: Körfəz Müharibəsindən mənzərələr adlı kitabı çap edilmişdir.[9]
2005-ci ildə Sakur veteran jurnalist Tim Sebastianı BBC-nin HARDtalk xəbər proqramının daimi aparıcısı kimi əvəz etdi. O vaxtdan bəri Venesuelanın prezidenti Uqo Çaves, Braziliya prezidenti Lula da Silva, Banqladeş baş naziri Şeyx Həsinə, Meksika prezidenti Filip Kalderon, İsrail prezidenti Şimon Peres, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, Malayziyanın baş naziri Mahadir Məhəmməd də daxil olmaqla bir çox beynəlxalq şəxsiyyətlərlə görüşmüşdür və onlarla reportaj hazırlamışdır.[10]
Sakur, 2010-cu ilin noyabrında Beynəlxalq Yayım Dərnəyi tərəfindən "İlin Beynəlxalq Televiziya Şəxsiyyəti" adına layiq görülmüşdür.[11] 2013-cü ildə isə Sony Radio Awards tərəfindən "İlin Müxbiri" mükafatına namizəd seçilmişdir.[12]
14 avqust 2020-ci ildə Ermənistan lideri Nikol Paşinyan ilə müsahibə aparmışdır.[13] Müsahibədə Sakur, Ermənistan qüvvələrinin Dağlıq Qarabağda ciddi insan haqları pozuntularına yol verməsi, müharibə cinayətləri törədməsi və bunlara görə həm Avropa İnsan Haqları Məhkəməsi, həm də Azərbaycan hökumətindən üzr istəməli olduğunu bildirib.[14][15][16]