Stiven Soderberq (ing. Steven Andrew Soderbergh; 14 yanvar 1963[1][2][…], Atlanta, Corciya, ABŞ[3]) — ABŞ rejissoru.
Stiven Soderberq | |
---|---|
ing. Steven Soderbergh | |
Doğum adı | Steven Andrew Soderbergh |
Doğum tarixi | 14 yanvar 1963[1][2][…] (61 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, kinematoqraf, film prodüseri, ssenarist, montajçı[d], telerejissor, televiziya prodüseri[d], aktyor, kinooperator[d], icraçı prodüser[d], rejissor |
Fəaliyyət illəri | 1981-ci ildən |
Mükafatları | |
IMDb | ID0001752 |
extension765.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Stiven Soderberq 14 yanvar 1963-cü ildə Corciya ştatının Atlanta şəhərində anadan olub.
Rejissor bundan əvvəl "Kleopatra" rok-operasını çəkmək niyyətini açıqlayıb. Filmdə Misir kraliçasını Ketrin Zeta-Cons oynamağa razılıq verib. Bundan əlavə, Soderberqin planında 1987-ci ildə QİÇS-dən ölən pianoçu və şoumen Liberaçe barəsində film çəkmək də var.
Stiven Soderberq "Traffik", "Erin Brokoviç", "Solyaris" və "Ouşenin 11 dostu" kimi filmləri ilə məşhurdur.
Amerikalı Steven Soderberq həm müəllif, həm də kommersiya filmlərinin müəllifidir. Onun "Seks, yalan və video" dramı 1989-cu ildə Kannda "Qızıl palma budağı" mükafatını alıb.
Eksperimental filmlər də ekranlaşdıran Soderberqin rejissurasına qeyri-xətti nəql və rənglərlə oyun xasdır. O, 1939-cu ildən bəri eyni zamanda iki filmi ("Traffik" kriminal və "Erin Brokoviç" sosial dramı) "ən yaxşı rejissor" kateqoriyasında Oskara nominant olan ilk rejissordur. Amma 2001-ci ildə Akademiya mükafatı "Traffik"ə layiq gördü.
Soderberq dahi italyan rejissoru Antonioni ilə bərabər "Eros" layihəsində də çalışıb.
Rejissor Ernesto Çe Gevara haqqında "Çe" filmini ekranlaşdırıb.
Onun axırıncı ekran işlərindən biri "Yoluxma"nın premyerası sonuncu Venesiya festivalında baş tutub və tənqidçilər tərəfindən müsbət qiymətləndirilib.
Onun çəkdiyi "Nokaut" döyüş filmi isə bu il Berlin kinofestivalında müsabiqədən kənar proqramda göstərilib.