Stiven Siqal

Stiven Siqal (ing. Steven Frederic Seagal, yap. Sigemiti Take, 10 aprel 1952) – ABŞ aktyoru, rejissoru, prodüseri, bəstəkarı, şerifi, ssenaristi və döyüş ustasıdır.

Stiven Siqal
ing. Steven Frederic Seagal
Doğum adı Steven Frederic Seagal
Doğum tarixi (72 yaş)
Doğum yeri ABŞ ABŞ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları "Dostluq" ordeni
IMDb ID0000219
stevenseagal.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiven Frederik Siqal 10 aprel 1952-ci ildə Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928–1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930–2003) ailəsində doğulmuşdur.[1] Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Siqalın sözlərinə görə, uşaqlıq illərində ona babasının monqol olması haqda deyirdilər. Babası (Nathan Siegelman, 1892–1973) və nənəsi (Dora Goldstein, 1894–1989) Amerikaya Sankt-Peterburqdan köçmüş yəhudilərdən idi və onların soyadları "Siegelman" ifadəsindən "Seagal" ifadəsinə kimi dəyişilmişdir.[2][3][4] Ailədə Siqal 4 uşaqdan ikincisi idi. Onun yaşca böyük bacısı və ondan yaşca kiçik olan iki bacısı vardır. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los-Anceles şəhərinə yaxın "Orinc ətrafı" ərazisinə daxil olan Fullerton şəhərinə köçmüşdür. Siqal 7 yaşından başlayaraq karate, 15 yaşından isə aykido ilə məşğul olmağa başlayır. Siqalın ilk müəllimi "Orinc ətrafı" ərazisində aykido məktəbi açan və "Şixan" vəzifəsində müəllimlik edən Kösi İsisakinin rəhbərliyi altında aykidonu öyrənməyə başlayır. Həmin müddətdə isə aykido sənəti ABŞ-də az tanınan döyüş sənətlərindən biri olur. 1971-ci ildə Siqal Fullerton kollecini bitirdikən sonra bu döyüş sənətinin sirlərinə yiyələnmək üçün Yaponiyaya köçür və Koiçi Toxeyanın rəhbərliyi altında məşğul olmağa başlayır. 1974-cü ilin yay ayında Koiçidən aykido üzrə 1-ci dan dərəcəli qara kəmərə layiq görülür və "Şodan" vəzifəsinə sahib olur. Stiven Siqal 1975-ci ildə Yaponiyanın Cüso rayonunda yerləşən Osaka şəhərində "Tenşin" (yap. 天心) adlı aykido məktəbi açır. Bununla Siqal Yaponiyada şəxsi aykido məktəbinə rəhbərlik edən ilk ABŞ-lı olur. Məktəbinin və ya dodzesinin adı olan "Tenşin Buqey Qakuen" ifadəsi yaponcadan "Milli döyüş sənətlərinin məktəbi "Səmavi ruh"" mənasını verir. Ardınca Siqal aykido üzrə bir çox müəllimlərin rəhbərliyi altında məşq etmişdir. Onun müəllimlərindən biri aykido döyüş növünün əsasını yaradan Morihey Ueşibanın tələbələrindən biri olan və 10-dan dərəcəli qara kəmərə sahib olan Seyseki Abe olmuşdu. Siqal ilk məktəbinin açılışdan bir müddət sonra 1983-cü ildə məktəbini Los-Ancelesə köçürür və burada müəllimlik etməyə başlayır. 1988-ci ildən başlayaraq filmlərə çəkilməyə başlayır və ilk filmdən məşhurlaşır. Siqal ardınca 5-ci dan, 6-cı dan dərəcələrinə layiq görülür və nəhayət, 7-ci dan dərəcəni qazandıqdan sonra məktəbində "Şixan" vəzifəsində müəllimlik edir.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Stiven Siqal bir neçə dəfə evli olub. İlk həyat yoldaşı Miyako Fucitani ilə 1975-ci evlənmiş, bir müddət keçdikdən sonra Kentaro Siqal və Ayako Fucitani adlı övladları dünyaya gəlmişdir.[6][7] Stiven boşandıqdan sonra 1984-cü ildə televiziya seriallarında iştirak edən italyan əsilli Edrienn La Russa adlı aktrisa ilə ailə həyatı qurur və 1987-ci ildə Edrienndən boşanır.[8] Stiven ABŞ aktrisası Kerri LeBrok ilə 1987–1996-cı illər ərzində ailə həyatı qurmuş və ondan Annaliza, Dominik və Arissa adlı övladı doğulmuşdur.[9][10] 1996-cı ildə üçüncü evlilikdən olan uşaqların dayəsi Arissa Vulf ilə evlənir və ondan Savanna adlı qız övladı övladı olur. Siqal təkrar boşandıqdan sonra monqol rəqsçisi Erdenetuy Batsux ilə ailə həyatı qurur və ondan Kunzanq adlı oğlu dünyaya gəlir.

  • Stiven Siqal "Ən pis aktyor" kateqoriyasına görə "Ölümcül təhlükə" (1994), "Məhv etmə qərarı" (1996), "Cinayət dünyasından yanğın" (1997), "Nə sağ, nə də ölü" (2003) filmlərində Qızıl Moruq Mükafatına layiq görülmüşdür.
  • 1999-cu ildə Stiven Siqal "PETA Humanitar Mükafatına" layiq görülüb.
Stiven Siqal
Film Adı Orijinal adı Rol
1988 Qanundan yüksəkdə Above The Law Niko
1990 Öldürmək çətindir Hard to Kill Meyson Storm
1990 Ölmək üçün təyinat Marked For Death Con Hetmer
1991 Ədalət mühakiməsi üçün Out for Justice Detektiv Cino Felino
1992 Mühasirədə Under Siege Keysi Raybek
1994 Ölümcül təhlükə On Deadly Ground
1994 Mühasirədə 2: Qaranlıq territoriya Under Siege 2: Dark Territory
1996 Məhv etmə qərarı Executive Decision
1996 Parıltı adamı The Glimmer Man
1997 Cinayət dünyasından yanğın Fire Down Below
1998 Mənim nəhəngim My Giant öz rolunu ifa edir
1998 Patriot The Patriot
2001 Çıxış yaraları Exit Wounds
2002 Nə sağ, nə də ölü Half Past Dead
2003 Qisas naminə Out for a Kill
2003 Əcnəbi The Foreigner
2003 Vəhşi ovu Belly of the Beast
2004 Günəşin altında Into The Sun
2005 Sən bu gün öləcəksən Today You Die
2006 Keçmişin kölgəsi Shadow Man
2008 Sonuncu gecə Against the Dark
2009 Ruslan Driven to Kill Ruslan
2010 Maçete Machete
İl Albom
2005 Songs from the Crystal Cave
2006 Mojo Priest

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Stiven Siqal vegetariandır.
  • Siqal şerif köməkçisidir və şəxsi barlara sahibdir.
  • Buddizm dininə bağlıdır.[11]
  • Siqalın boyu 193-sm-dir.
  1. "Biography » Steven Seagal Official Website". 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2014.
  2. "Стивен Сигал: я люблю русских, да я и сам - Браток!". 24.04.2009. 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-31.
  3. "Stern… Seigelman… Seagal". 2013-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-18.
  4. Nathan and Dora Siegelman (Seagal) on Ancestry.com Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine: Бабушка и дедушка по отцовской линии жили в Провиденсе на Род-Айленде.
  5. Goldstein, Patrick. "Steven Seagal Gets a Shot at Stardom". The Los Angeles Times. 1988-02-14. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-25.
  6. Paul Smith. "E! TV- "E! True Hollywood Story" – Steven Seagal". E!. 2006-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-06-25.
  7. "Mini Facts". 2007-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-01-27.
  8. Thomas, Karen. "Seagal: Marked for divorce". USA Today (Pay-per-View). 2 November 1994. 3 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2010.
  9. Kelly LeBrock Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine New York Times
  10. "Kelly Lebrock - About This Person - Movies & TV - NYTimes.com". Movies.nytimes.com. 2013-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-31.
  11. "The People's Princess Yabshi-Pan-Rinzinwangmo". DorjeShugden.com. 30 January 2010. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.

Xarici keçidllər

[redaktə | mənbəni redaktə et]