Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Kümlə
Kümlə — İranın Gilan ostanında yerləşən şəhər. Kümlə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kütlə
Kütlə bu mənaları ifadə edə bilər: Kütlə (fiziki kəmiyyət) — hər-hansı cismin fiziki çəkisi. Kütlə (sosiologiya) — insan çoxluğu.
Har Ray
Har Ray-ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ Siqhlərin yeddinci qurusudur. 1630-1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Kütlə spektri
Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür. == Kütlə spektri cihazının iş prinsipi == Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan "qəlpələrin" təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur. == Üstünlüyü == Kütlə spektində ən böyük "qəlpə" həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur.
Kütlə təşkilatı
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad. == Haqqında == Kütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir. Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır. Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Kütlə vahidləri
Kütlə vahidləri — kütləni ifadə etmək üçün istifadə olunan ölçü vahidi etalondur. Əraziyə və dövrlərdən asılı olaraq, bu fiziki kəmiyyəti ifadə etməyə imkan verən fərqli sistemlər mövcuddur. Kütlənin Beynəlxalq vahidlər sistemi çərçivəsində, beynəlxalq səviyyədə tanınan vahidi kiloqramdır. Metrik sistemdən ilhamlanan Beynəlxalq vahidlər sistemi, dünyada ən çox istifadə edilən vahidlər sistemidir. Bu sistem zaman vahidləri istisna olmaqla, onluq sistemdir. Yəni bir vahid digərindən 10 dəfə böyük, ya da 10 dəfə kiçikdir. Bu sistem daxilində, beynəlxalq səviyyədə tanınan əsas kütlə vahidi kiloqram olaraq müəyyən edilmiş və digər vahidlər də onluq sistemə əsaslanaraq ondan törəmişdir. Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir.
Molyar kütlə
Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir. Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur. Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir. Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA. Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur. Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır. == İstinadlar == M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.
Külə Seyran
Külə Seyran (az-əbcəd. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Kütlə (fiziki kəmiyyət)
Kütlə - fiziki kəmiyyət olub, cismin ağırlıq qüvvəsi qazandıran, həmçinin onun ətalətliyini pozmağa çalışan qüvvəyə qarşı göstərdiyi müqavimət üçün ölçü kəmiyyətdir. Fizikaya Nyuton tərəfindən daxil edilmişdir[istinad bildirilməli]. Kiloqram etalonu Fransanın Sevr şəhərində saxlanılır. Müasir fizikada kütlə anlayışı altında obyektin iki xassəsi başa düşülür: Nyutonun ikinci qanununda təsvir olunan, cismin ətalətliyini xarakterizə edən ətalət kütləsi. Eyni qüvvənin təsiri altında olan iki cisimdən kütləsi kiçik olanı daha çox təcil qazanır. Kütlənin qiyməti ona təsir edən qüvvə və zamandan, eyni zamanda cismin yerləşdiyi fəzadan asılı deyil. Qravitasiya kütləsi cismin yaratdığı qravitasiya sahəsini və ya digər cisimlər tərəfindən yaranan qravitasiya sahəsində qazandığı ağırlıq qüvvəsini xarakterizə edən kəmiyyətdir. Ümumi Nisbilik Nəzəriyyəsinin əsasını təşkil edən Eynşteynin ekvivalentlik prinsipi cismin ətalət kütləsi ilə qravitasiya kütləsinin bir-birinə ekvivalent olmasını ortaya qoyur. Belə ki, hər zaman m q = m ə {\displaystyle m_{q}=m_{\text{ə}}} şərti ödənilir.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
2014 İquala kütlə oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
Kütlə və enerjinin ekvivalentliyi
Kütlə və enerjinin ekvivalentliyi — cismin kütləsi ilə enerjisi arasındakı əlaqəni yaradır. Düsturu: E = m c 2 , {\displaystyle \ E=mc^{2},} Bu düstur hansı formada olursa olsun, enerji ilə kütlə arasında əlaqəni yaradır. Bu düsturda boşluqdakı (vakumlanmış mühit) işıq sürətinin kvadratı, kütlə vahidlərindən enerji vahidlərinə çevrilmə əmsalı üçün istifadə edilir. Düsturun geniş izahı ilk dəfə 1905-ci ildə Albert Eynşteyn tərəfindən açıqlanmışdır. Formulun hərflərlə simvolizə olunan elementləri araşdırılırsa: E- Cismin enerjisi (coule) m- Cisimin kütləsi (kiloqram) c2- İşıq sürətinin kvadratının ədədi dəyəri (kiloqramla vurulduqda, metr / saniyə dəyərindən istifadə olunmalıdır). Oxu: Bir maddə 1 kqsa, enerjisi 89 875 517 873 681 764 C-dir. Bərabərliklə bərabərliyin iki tərəfindəki vahidlər bir-birini təmin etməlidir. c2 kütlənin sahib olduğu nüvə enerjisidir. Beynəlxalq vahid sisteminə görə; enerji vahidi coule (J), kütlə vahidi kiloqram (kq) və sürət vahidi saniyədə metrdir (ms 1). Vahidlər tənlikdə yazılıbsa: Coule = kiloqram [89 875 517 873 681 764 (metr saniyə - 1)] == Həmçinin bax == Elementar hissəcik == Xarici keçidlər == The Equivalence of Mass and Energy – Entry in the Stanford Encyclopedia of Philosophy Living Reviews in Relativity Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine – An open access, peer-referred, solely online physics journal publishing invited reviews covering all areas of relativity research.
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik.
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. == İstinadlar == == Ədəbiyyat == Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Han
Han — kişi adı.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Hayk
Ermənilər Nuhun nəvəsi olan Haykdan gəldiklərinə inanırlar. Nuhun gəmisinin Ağrı Dağına oturması Ermənilərin öz ana yurdlarının Şərqi Anadolu olmasını hesab etməklərinə gətirib çıxarmışdır. Üstəlik Hayk 400 il yaşamış və yurdunu Babilə qədər genişləndirmişdir. Bu bir əfsanə olan və elmlə heç bir əlaqəsi tapılmayan fikiridir. Tarixçi Auguste Carriére də bunu xüsusu vurğulamaqla "köhnə Erməni tarixçilərin verdikləri məlumatlara güvənmənin böyük bir qəflət olacağını, çünki verdikləri məlumatların çoxunun uydurma olduğunu" qeyd edir.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
Kayli Ray Harris
Kylie Ray Harris (15 may 1989 – 4 sentyabr 2019) — ABŞ müğənnisi.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Keyli
Keyli (rəqs)
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Küftə
Küftə — Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Külcə
Külcə (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа) və yaxud İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Etimologiyası == Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Külmə
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kuleş
Kuleş — əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.