Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İçin sopkası
İçin sopkası — Xoaşen, Kamçatkada Aralıq silsilədə ən yüksək və vahid aktiv vulkan. Hündürlüyü 3621 metrdir. Andezit və dasit lavalarından təşkil olunmuşdur. Üç gümbəzli zirvəsi daimi qar və buzlaqlarla örtülüdür. Təqribən 3000 metr yüksəklikdə aktiv qaz çıxışları var.
İmcin müharibəsi
İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi. Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı.
İmcın müharibəsi
İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi. Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
İnçiü
İnçiü (çin. 扬州市 Yángzhōu shì), Çinin Szyansu vilayətindəndə yerləşən bir rayon səviyyəsində şəhərdir. Yanszı çayının şimal sahilində vilayət mərkəzi Nankinin 72 kilometr uzaqlığında yerləşir. Sahəsi 6,638 km² olan şəhərin əhalisi 2010-cu ildə 4,460,066 nəfər təşkil edirdi İnçiü, cənub-qərbdə Nankin, şimalda Huai'an, şimal-şərq Yançen və şərqdə Tayçcou rayon səviyyəsində şəhərlər ilə qərbdə Anhoy vilayəti ilə qonşudur.
İrçan
İrçan — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir. Kənd dağlıq ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Elçin (ad)
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçin (meyxanaçı)
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Elçin Abbasov
Elçin Alıyev
Elçin Alıyev (16 iyul 1975, Qubadlı – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. Azərbaycan Ordusunun mayoru olan Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Alıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Arazov
Xibin
Xibin — Kola yarımadasında yerləşən böyük dağ massivi. Geoloji yaşı 350 mln il civarındadır. Ən yüksək nöqtəsi - Yudıçvumçor dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Mərkəzində Kukisvumçor və Çasnaçor platoları yerləşir.
İBAN
IBAN (ing. International Bank Account Number) — Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınmışdır. Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır. Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar 1. IBAN nədir? Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir. 2. Azərbaycanda IBAN-ın strukturu necədir? Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır: IBAN-ın strukturu: 3.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) Müqəddəs ibis Kiçik ağnaz Böyük ağnaz Sarı pırtlaşıqlələk Adi qarıldaq Threskiornis 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Elçin Aslanov
Elçin Muxtar oğlu Aslanov — Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam. Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. Cırtdan (film, 1969) Üçüncü zəng (film, 2006) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Ağayev
Elçin Zakir oğlu Ağayev (7 iyul 1993, Cəlilabad rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi. bir oglu iki qizi yadigar qaldı. Üçüncü qızı 2021-ci il yanvarın 24-də dünyaya gəldi, qızına Şuşa adı verildi. Azərbaycan Ordusunun baş leytenantı olan Elçin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Ağayev oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Elçin Ağazadə
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüser. Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib. 1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib. 2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüser kimi də fəaliyyət göstərmişdir. Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur. Quruluşçu rejissoru olduğu qısametrajlı "28" bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdirlüyü, TRT, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27–29 avqust tarixlərində İstanbulun "Atlas" kinoteatrında nümayişi təşkil edilib. 2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur. 2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub.
Elçin Babayev
Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müaviniŞamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri, 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru. Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. AMEA-nın müxbir üzvü Səfəralı Babayevin oğludur. 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib. 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub. 2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilmişdir.
Elçin Baxşaliyev
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər. Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb. Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
İncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
Cəcin (Ərdəbil)
Cəcin — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 10 km qərbdə, Ərdəbil-Təbriz avtomobil yolunun üstündədir.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir. Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.