Elçin Babayev

Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019)[1], AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini[2][3], Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri[4], 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru.[5]

Elçin Babayev
Doğum tarixi 4 aprel 1965(1965-04-04) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Səfərəli Babayev
Elm sahələri astrofizika, radioastronomiya
Elmi dərəcəsi
Elmi adı dosent
İş yeri
Mükafatları "Tərəqqi" medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib.[6]

Əsas nailiyyətləri[redaktə | mənbəni redaktə et]

2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[5]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2005-ci il sentyabr ayında "Tərəqqi" medalı təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  2. "Elçin Səfəralı oğlu Babayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru". 31 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  3. "Arxivlənmiş surət". 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  4. "Arxivlənmiş surət". 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  5. 1 2 "E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  6. "Babayev Elçin Səfəralı oğlu". 9 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]