Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
İlvanəq
İlvanəq (fars. ايلوانق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (61 ailə).
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. == Tarixi == İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
Emirhan İlkhan
Emirhan İlkhan (1 iyun 2004, Bakırköy, İstanbul ili) — yarımmüdafiə xəttində çıxış edən türk futbolçudur . O, A Seriyasının komandalarından biri olan Turində oynayır.
Qəsrik (Silvanə)
Qəsrik (fars. ‎‎‎قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
İlbank QVK
İlbank Qadın Voleybol Komandası — Türkiyənin paytaxtı Ankara şəhərini təmsil edir. Komanda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.
İlbank VK
İlbank Qadın Voleybol Komandası — Türkiyənin paytaxtı Ankara şəhərini təmsil edir. Komanda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.
İlhamə Qasımova
İlhamə Qasımova — Azərbaycan pop müğənnisi. == Həyatı == İlhamə Qasımova 1976-cı ilin 24 mayında Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. Orada kənd məktəbini bitirmişdir. Lənkəran Dövlət Universitetində filologiya fakültəsini bitirdikdən sonra iki il orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1990-cı illərin sonundan bir müddət Daxili İşlər Nazirliyinin pasport xidmətində müfəttiş işləmişdir. == Müğənnilik fəaliyyəti == 2000-ci ildə keçirilmiş "Bakı Payızı" müsabiqəsinə qatılır və bu yarışda birinci mükafatı əldə edir . 5 il sonra İlhamə "Yeni Ulduz-4" (2005-2006) müsabiqəsinə qatılır. O, bu yarışmada Avroviziyanın 2009-cu il Azərbaycan təmsilçisi olacaq Aysel Teymurzadə ilə birgə yarışırdı . Müsabiqədəki qələbəsi İlhamə Qasımovanın peşəkar musiqi karyerasının başlanğıcına səbəb oldu. İlhamə Qasımova 2011-ci ildə Avroviziyanın Azərbaycan milli seçimində uğurla çıxış etmişdir.
İlhamə Quliyeva
İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstan Respublikasının xalq artisti (2008). == Həyatı == İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir. === Ailəsi === İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur.
İlhamə Zərbəliyeva
İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru. == Həyatı == Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur. === Ailəsi === Ailəlidir, 2 oğlu var. == Fəaliyyəti == 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış; 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant). İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir.
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. == Həyatı == İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
Likani sarayı
Romanovlar sarayı (rus. Дворец Романовых ; gürc. რომანოვების სასახლე) həmçinin Likani sarayı kimi bilinən tikili Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində yerləşən kiçik şəhərdir. Tbilisi şəhərindən 160 km qərbdə yerləşir. Qış ayları burada mülayim keçir və yay aylarında orta temperatur 20-25 selsidir. Sarayın layihəsi Leon Benua tərəfindən verilmiş və Leopold Bilfeldt tərəfindən Kür çayının sahilində inşa edilmişdir. Bura Rusiya Böyük Şəhzadəsi olmuş Nikolay Mixayloçiv üçün yay sarayı kimi tikilmişdir. Sovet dönəmində bu saray dövlətin əmlakına keçmiş və İosif Stalində daxil olmaqla bir çox sovet rəsmiləri tərəfindən istifadə edilmişdir. Gürcüstan müstəqilliyini əldə etdikdən sonra bu saray Gürcüstan prezidenti tərəfindən yay mənzili kimi istifadə edilmişdir.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədi ilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. İlanları öyrənən elm serpantologiya adlanır.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Attila İlhan
Attilâ İlhan (15 iyun 1925, Menəmən, İzmir ili – 10 oktyabr 2005, İstanbul) — Türk şair, yazıçı, jurnalist və tənqidçi. Attila İlhan Türkiyə Cümhuriyyətinin ən görkəmli şairlərindən biridir. == Həyatı == Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır. İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinfində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur. Litseyin son sinfində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür.
Aya (ilahə)
Aya və ya A-a (šè-ri5-da, dšè-NIR-da) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Akkadlıların Mesopotamiyaya köçü zamanı Aya Şumer günəş ilahəsi Şerida ilə eyniləşmişdir. Aya sami xalqları arasında tanınmış bir personaj idi. Onun adı Uqarit ilahları siyahısındadır, həmçinin Bibliyada şəxsi adlar və şəhər adları kimi istifadə olunurdu. Ayanın əsas ibadət şəhərləri Sippar və Larsa idi.
Bat (ilahə)
Bat — Bat Misir mifologiyasında inək qulağı və buynuzlu insan üzü və ya qadın kimi təsvir edilən inək ilahəsi. Batya sitayişin sübutu qədim Misirdə dini ayinlərin ilk qeydlərindən mövcuddur. Orta Padşahlıq dövründə, Aşağı Misir və Yuxarı Misir birləşdirildikdən sonra onun şəxsiyyəti və atributları ilahə Hathorun tərkibinə daxil edildi, oxşar ilahə başqa bir adda sitayiş edildi. Batın təsviri qədim Misirin bütün tarixi boyu dini ayinlərlə əlaqəli olmağa davam edən müqəddəs alət olan sistrumda qorunub saxlanılmışdır. == İbadət etmək == Batlara sitayiş qədim Misirdə ən qədim dövrlərə gedib çıxır və onun mənşəyi Son Paleolit ​​dövrü pastoral mədəniyyətlərində ola bilər. Bat, Yuxarı Misirin 7-ci adı olan Xu və ya Diospolis Parva kimi tanınan Seşeşin baş ilahəsi idi. === Adı === "Bat" epiteti "t" qadın şəkilçisi ilə "ba" sözü ilə bağlı ola bilər. == Qədim Misir mədəniyyətində təsvirlər == Bat nadir hallarda rəsm və ya heykəltəraşlıqda aydın şəkildə təsvir olunur. Digər hallarda, o, ulduzlarla əhatə olunmuş səmavi boğa məxluqu və ya qadın kimi təsvir edilmişdir. Bat insan üzü olan, lakin misirlilər tərəfindən ilk dəfə sürülən inək qulaqları və mal-qaranın əyilmiş buynuzları kimi boğa xüsusiyyətləri olan amuletlərdə təsvir edilmişdir.
Dali (ilahə)
Dali (gürc. დალი) — Cənubi Qafqaz xalqlarının mifalogiyasında ilahə. Əsasən Svan əfsanələrində görünsə də, Meqrellər kimi digər Cənubi Qafqaz xalqlarında Daliyə bərabər qəbul edilən fiqurlar da vardır. Dali dağ keçisi və maral kimi vəhşi heyvanları müdafiə edən ov ilahəsidir. Dalinin qanunlarına riayət edən ovçuların ovu uğurlu, riayət etməyənlərinki isə uğursuz keçir və onlar cəzalandırılır. Dali əfsanələrdə əsasən, qızıl saçlı və parıldayan dərili gözəl və çılpaq qadın olaraq təsvir edilir. Əfsanələrdə bəzən sevdiyi heyvanların formasında olduğuna görə çox vaxt sürüdən fərqlənmək üçün bəzi işarələr gəzdirir. Şayiələrə görə o, dağların yuxarı hissəsindəki çuxurda yaşayır və qayalarda gəzən dırnaqlı ov heyvanlarını qoruyur. Dali bəzən əfsanəvi ov iti Qurşa ilə birlikdə olur. Müxtəlif yazıçılar Dali və digər mifaloji varlıqlar arasındakı oxşarlıqlar haqqında yazmışdırlar.
Emirhan İlxan
Emirhan İlkhan (1 iyun 2004, Bakırköy, İstanbul ili) — yarımmüdafiə xəttində çıxış edən türk futbolçudur . O, A Seriyasının komandalarından biri olan Turində oynayır.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Ayna Ulmane
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993—1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993-1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.