Dali (ilahə)

Dali (gürc. დალი) — Cənubi Qafqaz xalqlarının mifalogiyasında ilahə. Əsasən Svan əfsanələrində görünsə də, Meqrellər kimi digər Cənubi Qafqaz xalqlarında Daliyə bərabər qəbul edilən fiqurlar da vardır. Dali dağ keçisimaral kimi vəhşi heyvanları müdafiə edən ov ilahəsidir. Dalinin qanunlarına riayət edən ovçuların ovu uğurlu, riayət etməyənlərinki isə uğursuz keçir və onlar cəzalandırılır.

Dali əfsanələrdə əsasən, qızıl saçlı və parıldayan dərili gözəl və çılpaq qadın olaraq təsvir edilir. Əfsanələrdə bəzən sevdiyi heyvanların formasında olduğuna görə çox vaxt sürüdən fərqlənmək üçün bəzi işarələr gəzdirir. Şayiələrə görə o, dağların yuxarı hissəsindəki çuxurda yaşayır və qayalarda gəzən dırnaqlı ov heyvanlarını qoruyur. Dali bəzən əfsanəvi ov iti Qurşa ilə birlikdə olur.

Müxtəlif yazıçılar Dali və digər mifaloji varlıqlar arasındakı oxşarlıqlar haqqında yazmışdırlar. Dali Qədim yunan mifalogiyasındakı ArtemidaKelt mifalogiyasındakı Qlaistiq adlı tək buynuzlu atı əhliləşdirən bakirə qız ilə müqayisə edilmişdir. Gürcüstan mədəniyyətinin bir hissəsi olan Dali bəzi yaşlı ovçular tərəfindən meşənin dərinliklərində rastalaşa biləcəkləri həqiqi varlıq olaraq qəbul edilir.

Trialeti sinisinin üzərində çəkilmiş mərasim təsviri

Dali haqqındakı məlumatların əsas mənbəyi Svan folklorundakı mitlər, dairəvi rəqs musiqiləri və baladlardır.[1] Dilçi antropoloq Kevin Tuitə görə Dali haqqındakı yazılı mənbələr bir neçə əsr əvvəl Svanetidəki yazıların çox kiçik hissəsi və fraqmentidir. Dali bu yazılı mənbələrin kişilər tərəfindən yazıldığını ehtimal edir.

1915-ci ildə Nikolay Marr, 1960-cı ildə isə İvane Cavaxişvili iddia edirdilər ki, Dali və gürcü mifologiyasında bir çox tanrıların mənşəyi Cənubi Qafqaz xalqlarının bu gün məlum olmayan ortaq dininə əsaslanır. Bizə çatan yazılı mənbələrin az olmasına görə, bu dinin və Dalinin mənşəyi haqqında dəqiq tarix demək mümkün deyildir. Dəqiq bilinən bu inancların Gürcüstanda xristianlığın yayıldığı III əsrdən əvvəl yaranmasıdır.

Folklorşünas Mixail Çixovani e.ə. II minilliyə aid Trialeti sinisinin üzərinə çəkilmiş dairəvi rəqsin Dalinin şərəfində edildiyini düşünür.. 1979-cu ildə yazdığı məqalədə Boltunova əvvəlki araşdırmalara əsaslanaraq iddia edirdi ki, IV və ya V əsrlərə aid Pasinlər sikkələrindəki rəqəm Dalinin sələfini təmsil edə bilər. 2005-ci ildə numizmat Con Hind bu iddianın mümkünsüz göründüyünü bildirdi.

Etimologiya və ləqəblər

[redaktə | mənbəni redaktə et]

Dali sözünün etimologiyası dəqiq məlum deyil. Gürcüstan mifologiyasındakı bir çox varlıqların mənşəyi erkən Gürcü Pravoslav Kilsəsindən gəlsə də, Dali onlardan biri deyil. Dali sözünün gürcü dilində "sabah" mənasında dilaosetin dilində "şeytan" mənasında delimon sözlərindən yarandığı deyilsə də, bu mövzu mübahisəli olaraq qalır. Kevin Tuit Dali sözünü çeçen dilindəki deela, inquş dilindəki deelebats dilindəki dale sözləri ilə əlaqələndirmişdir.

Dali müxtəlif ləqəblərlə də adlanır. Müəyyən vaxtlarda Dalinin möcüzəvi gözəlliyinə görə, ona "Parlaq" deyilirdi. Daliyə "Kraliça Dali" kimi müraciət edən svanlar, bəzən dağların yuxarı hissəsində yaşadığına görə "Qayaların Dalisi" olaraq da adlandırırdılar.

Kaxeti ərazisində "Heyvanların məşuqəsi" və "Qayalıqların mələyi" olaraq adlandırılırdı. Meqrellər isə Daliyə "Meşələrin kraliçası" və yaxud "Meşələrin hökmdarı" deyirdilər.

Bəzi mənbələrə görə Dalinin yaşadığı Uşba dağı

Dali əsasən yaşayış məskənlərindən uzaqda — dağların yuxarı hissələrindəki çuxurda yaşayırdı. Bəzi mənbələrdə isə Dalinin Uşba dağında yaşadığı deyilir. Nisbətən nadir hallarda Dali sürüsü ilə birlikdə "nəhəng" küknar çuxurunda yaşayırdı. Dali, aşiq olduğu insanların dəfn mərasimləri kimi müstəsna hallar istisna olmaqla, kəndlərə və oxşar yaşayış məntəqələrinə heç vaxt girməməyi bir qayda olaraq qəbul etmişdi.

Dali əsasən uzun və hörüklü saçları olan gözəl gənc qadın olaraq təsvir edilir. O, daha çox çıplaq və bəzən də qızıl zinət əşyaları ilə təsvir edilir. Gözəlliyi "həm qarşısıalınmaz, həm də dəhşətlidir". Bir kişinin onunla danışması kişinin "dəli olması" üçün kifayətdir.

Əsasən saçları qızıl rəngli təsvir edilən Dalinin saçları bəzi hallarda isə həqiqətən qızıldan idi və "günəş kimi parıldayırdı". Daha az yayılmış bəzi əfsanələrdə parıldayan saçlarının alovdan yaranması və onun gəzəndə ətrafə od tökdüyü təsvir edilir. Bəzi əfsasənlərdə isə qeyri-adi gücləri olan saçlarını qaydalarına uyğun hərəkət etməyən ovçuları bağlamaq üçün istifadə etdiyi deyilir. Bir əfsanədə saç telini ox yayı düzəltmək üçün oğurlayan ovçunu saçları ilə boğduğu deyilir.

Saçları "ox yayında istifadə ediləcək qədər güclü" olsa da, tamamilə toxunulmaz deyildi. Bəzi əfsanələrdə ovçuların Dalini idarə etmək və ona təcavüz etmək üçün saçlarını dartdıqları göstərilir. Meqrel əfsanəsində Dali onun saçlarını kəsmək təhdidi edən ovçunun evlilik təklifini qəbul edir. Evləndiyi ovçu Dalinin tez-tez saçlarını yuyub daramağından bezir və ilahənin darağını gizlədir. Dali buna görə ovçunun ailəsini məhv edir, uşaqlarından birini öldürür, digərini qaçırdır və ovçunun bütün nəslini lənətləyərək intiqamını alır.

Qadınlar da Dalinin saçlarını onun əleyhinə istifadə edirdilər. Ərləri ov üçün evdən gedən qadınlar öz saçlarını kəsərək bunun qarşılığında Tanrıya Dalinin saçlarını kəsməyi üçün dua edirdi. Bir əfanədə isə, ərinin Dali ilə sevişdiyini öyrənən qadın Dalinin saçlarını kəsir və onu öldürür. Digər bir əfsanədə isə oğlunu və ya ərini Dalinin təsirindən azad etmək istəyən qadın Dali yuxuda olanda onun yanına gizlicə daxil olur və keçi südü ilə Dalinin saçlarını yuyur. Dali saçları maral südü ilə yuyulandan sonra güclərini itirərək ya da qadına minətdar olaraq qadının xidmətçisi olur.

Əsas motivlər

[redaktə | mənbəni redaktə et]
Dalinin formasını aldığı heyvanlardan biri olan ağ maral

Ov heyvanları və ovçuluq

[redaktə | mənbəni redaktə et]

Dalinin əsas mifaloji vəzifəsi dağlardakı dırnaqlı ov heyvanlarını qorumaq idi. Maral, vəhşi qoyun, dağ keçisiqarapaça kimi heyvanları qoruyurdu. Bəzi əfsanələrdə isə heyvanların südünü sağarkən təsvir edilir. Dali ovçulara yaxşılıq etmək, acgözləri cəzalandırmaq və ov heyvanlarının azalmasının qarşısını almaq kimi vəzifələrə məsul idi.

  1. Tuite, 2006. səh. 3