İlhamə Zərbəliyeva

İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru.[1]

İlhamə Zərbəliyeva
İlhamə Ağalar qızı Zərbəliyeva
Doğum tarixi
Doğum yeri Pokrovka, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi neft-kimyası
Elmi adları kimya elmləri doktoru, dosent
İş yeri
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti

Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir.

1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur.

Ailəlidir, 2 oğlu var.

  • 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış;
  • 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant)[2]. İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir[1].
  • 2010-cu ildən 2012-ci ilin mart ayınadək "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasında böyük elmi işçi vəzifəsində;
  • 2012-ci ildən 2019-cu ilə kimi aparıcı elmi işçi vəzifəsində;
  • 2019-cu ildən kimi isə baş elmi işçi vəzifəsində çalışmış;
  • 2017-ci ilin dekabrında elmlər doktoru dissertasiyam NKPİ-nin Elmi Şurasında müdafiədən uğurla keçmiş;
  • 2019-cu il 2 iyul tarixli (protokol № 07 –R) qərarı ilə kimya elmləri doktoru elmi dərəcəsi verilmişdir[3];
  • 2013–2016-cı illərdə Bakı Ali Neft Məktəbində "Emal sənayeləri" və "Kimyanın əsasları" fənlərini tədris etmiş;
  • 2016-cı ildən- AMEA Neft-Kimya Prosesləri İnstitutunda doktorant və dissertantlara Kimyadann Texniki İngilis dilini tədris edir;
  • 2017-ci ilin əvvəlindən ATU-nun biofiziki və bioüzvi kimya kafedrasında hazırlıq şöbəsində ümumi kimyanı ingilis dilində tədris etmişdir. Sentyabrın 15-dən rəsmi olaraq həmin kafedranın dosenti vəzifəsində çalışmış, eyni zamanda bioüzvi və biofiziki kimya fənlərindən həm azərbaycan, həm ingilis tələbələrinə mühazirələr demişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İ.A.Zərbəliyeva tərəfindən Təbii triqliseridlər, ali karbon turşuları, ortofosfat turşusu, propilen oksidi, aminlər və aminospirtlər əsasında yeni neftyığıcı və disperdləyici reagentlər alınmış və ətraflı tədqiq edilmişdir. Hal-hazırda onun elmi istiqaməti biomənşəli və alternativ xammal mənbələri əsasında yeni yüksək səmərəli səthi-aktiv maddələrin alınması tədqiqi və tətbiqidir. O, alifatik birəsaslı karbon turşularının propilen oksidi ilə oksipropilləşməsinə, təbii triqliseridlər əsasında aminospirtlər, poliaminlər, ortofosfat turşusu, alkilhalogenidlər, epoksidlər və politurşular iştirakı ilə ekoloji zərərsiz səthi-aktiv maddələrin alınmasına, tədqiqinə və tətbiqinə dair geniş tədqiqatlar aparmışdır. Müəyyən edilmişdir ki, sintez edilmiş reagentlər yüksək neftyığma və neftdispersləmə qabiliyyətinə malik olmaqla, böyük ekoloji təhlükə mənbəyi olan nazik neft təbəqələrinin su səthindən kənar edilməsinə imkan verir. Təbii yağ turşu qarışıqlarının etanolaminlərlə komplekslərinin poladın xlorid turşusu mühitində korroziyasını xeyli ləngitmək xassələri aşkar edilmişdir. Bu komplekslərin bəziləri aromatik birləşmələri ekstraksiya etmək xüsusiyyətlərinə də malikdir

  • AsadovZ.H., Zarbaliyeva I.A., Amirov F.A. Polymers and their synthesis Bakı; Elm, 2017, 197p.
  • Əsədov Z.H.,İbrahimova M.C.,Məmmədov B.Ə.,Əliyeva R.V.,Əhmədova G.A.,Xanmətov Ə.Ə.,Zərbəliyeva İ.A.,Əmirov F.Ə. Makromolekullar kimyası Bakı; Elm, 2017, 394 s.
  • Asadov Z.H., Zarbaliyeva İ.A.Structure and properties of polymers Baku; "Elm və Təhsil" Publishing House, 2018, 204 p.
  • З.Г.Асадов, Г.А.Ахмедова,И.А.Зарбалиева и.т.д. Новые ионогенные нефтесобирающие и нефтедиспергирующие реагенты Bakı; Elm, 2019, 244p.

İlhamə Zərbəliyevanın çap olunmuş 134 elmi əsəri vardır. Onlardan 3-ü dərs vəsaiti, 1 monoqrafiya, 52-si məqalə, 20-si elmi konfrans materialları və 57-sı məruzələrin tezisləri, 1-i isə patentdir. Məqalələrim Yaponiya, Böyük Britaniya, Rusiya, Malayziya, Misir və digər ölkələrin impact factorlu və Tomson Reuter sırasına daxil olan elmi jurnallarında dərc edilmişdir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Asadov Z. H., Tantawy A. H., Zarbaliyeva I.A., Rahimov R.A. Synthesis of surface-active agents based on tridecanoic acid and nitrogenous bases and their petroleum-collecting and dispersing properties/Al-Azhar Engineering Twelfth International Conference, December, 25–27, 2012, AEİC 2012. Abstracts book. Cairo, Egypt, Vol.1. Faculty of Engineering, Al-Azhar University, Nasr City, Cairo. PT02, p. 2
  • Asadov Z.H., Tantawy A.H., Zarbaliyeva I.A., Rahimov R. A. Synthesis of New Surface-Active Ammonium-Type Complexes Based on Palmitic Acid For Removing Thin Petroleum Films From Water Surface/The 1st İntern.Conference on Science Diplomacy and Developments in Chemistry, November 24–26, 2012, Alexandria, Egypt. Book of Abstracts, p.199–200
  • Asadov Z.H., Tantawy A.H., Zarbaliyeva I.A., Rahimov R.A. Petroleum-Collecting and Dispersing Complexes Based on Oleic Acid and Nitrogenous Compounds as Surface-Active Agents for Removing Thin Petroleum Films from Water //Journal of Oleo Science by Japan Oil Chemists Society // 2012, 27, 61(11), p. 621–630
  • Asadov Z.H., Tantawy A.H., Zarbaliyeva I.A., Rahimov R.A. Ahmadova G. A. Surfactants Based on Palmitic Acid and Nitrogenous Bases for Removing Thin Oil Slicks from Water Surface // Chemistry Journal, 2012, Vol. 02, Issue 04, p. 136–145
  • Asadov Z.G., Akhmedova G.A., Aga-Zadeh A.D., Nasibova Sh. M., Zarbalieva I.A., Bagirova A.M., Ragimov R.A. Ionic Liquid Surfactants // Russian Journal of General Chemistry, 2012, vol. 82, №12, p. 1916–1927
  • Asadov Z.H., Tantawy A.H., Zarbaliyeva I.A., Rahimov R.A. Synthesis of new surface-active ammonium-type complexes based on palmitic acid for removing thin petroleum films from water surface //Egyptian Journal of Petroleum, 2013, 22, p.261–267
  • Asadov Z.H.,Tantawy A.H., Azizov A.H., Zarbaliyeva I.A., Rahimov R.A. Synthesis Of New Complexes-Surfactants Based on Fatty Acids and Study of The Effect of Length of Fatty Acid Chain on The Petroleum-Collecting and Surface-Active Properties // Caspian Journal of Applied Sciences Research (Malaysia), 2013, V.2, №.3, p. 13–23.
  • Асадов З.Г., Рагимов Р.А., Зарбалиева И.А., Саламова Н.В., Ахмедова Г.А. Cинтез и свойства ПАВ на основе метиламиноэтанолa и триглицеридов растительных масел / Materialy IX Mezinarodni Vedecko-Praktika konference. Moderni Vymozenosti vedy. 27.01.2013–05.02.2013.Dil 65. Chemie a chemcka technologie. Praha: Publishing House, "Education and Science" s.r.o. 2013, c.91–94
  • Асадов З.Г., Рагимов Р.А., Зарбалиева И.А, Саламова Н.В. Новые нефтесобирающие и нефтедиспергирующие реагенты на основе растительных масел. Интеграция мировых научных процессов как основа общественного прогресса // Периодический сборник научных трудов. Казань 2013, Вып.8. Часть 1. С.9–10
  • Асадов З.Г., Рагимов Р.А., Саламова Н.В., Зарбалиева И.А, Ahmadova G.A. Green synthesis of surfactants for removing crude oil films off water surface / International Oil Spill Conference Proceedings: Washington, May 2014, Vol. 2014, N.1, p. 299689.
  • Asadov Z.H., Zarbaliyeva I.A., Rahimov R.A., Salamova N.V., Eyyubova S.K., Ahmadova G.A., Asadova A.Z. Petroleum-collecting and dispersing chemicals for cleaning sea surface from thin petroleum slicks // Bull. Chem. Soc. Ethiop. 2014, 28(2), p.205–214.
  • Tantawy A.H., Asadov Z.H., Azizov A.H., Rahimov R.A., Zarbaliyeva I.A. Synthesis of New, Ecologically Safe and Efficient Oil Slick-Collecting and Dispersing Agents Based on Oleic Acid and Its Propoxylation Products //Arabian Journal for Science and Engineering, 2014, 39, p.5437–5444
  • Əsədov Z.H., Rüstəmov M.İ., Əzizov A.H., Salamova N.V., Rəhimov R.A., Əhmədova G.A., Zərbəliyeva İ.A. Su səthindəki neft təbəqələrinin lokallaşdırılması üçün reagent. Patent i 20150080 (01.12.2015)
  • Asadov Z. H. , Tantawy A. H., Zarbaliyeva I.A. Synthesis of novel petroleum-collecting and dispersing agents based on oleic acid for cleaning water surface from thin petroleum films / 13th Ibn Sina International Conference on Pure and Applied Heterocyclic Chemistry. Heterocyclic Chemistry for Sustainable Future, Hurgada, Egypt, 14–17 February, 2015, p. 271
  • Asadov Z.H., Zarbaliyeva I.A., Zargarova S.H. Propoxylation of aliphatic amines by propylene oxide // Chemical Problems, 2017, №1, p.44–51
  • Əsədov Z.H., Rəhimov R.A., Allahverdiyeva L.A., Əhmədova G.A., Zərbəliyeva İ.A. Emulsiyalaşmış neftlə çirklənmiş sənaye tullantı sularınının təmizlənməsi üçün yeni flokulyantların alınması və tədqiqi // Kimya problemləri, 2017, №4 (15), s.412–417
  • Zarbaliyeva I.A. Synthesis and study of surfactants based on enanthic acid, propylene oxide, ortophosphoric acid and ethanolamines // Processes of petrochemistry and oil refining, 2018, Vol.19, №.1, p.27–40
  • Zarbaliyeva I.A. Synthesis and properties of new surfactants based on cotton-seed oil triglyserides, ethanolamines and ortophosphoric acid // Azerbaijan chemical journal, 2018, №.1, p. 31–36
  • Zarbaliyeva I.A. Synthesis and properties of non-ionic surface-active substances based on heptadecanoic acid and propylene oxide // Chemical Problems, 2018, №3, p. 351–360
  • Zarbaliyeva İ.A. Synthesis and properties of non-ionic surface-active substances based on heptadecanoic acid and propylene oxide "Chemical Problems" Journal 2018 year-Edition 3, p. 350–361
  • Asadov Z.H., Zarbaliyeva İ.A.Structure and properties of polymers Baku; "Elm və Təhsil" Publishing House, 2018, 204 p.
  • Əsədov Z.H., Zərgərova S.H., Zərbəliyeva İ.A., Rəhimov R.A. , Hüseynova S.M. Dodesilamin, propilen oksidi və alifatik birəsaslı karban turşuları əsasında yeni səthi-aktiv üzvi duzların sintezi və tədqiqi. AMEA Gəncə Bölməsi, Xəbərlər Məcmusu, 2019, cild 75, №1, 68–74.
  • Əsədov Z.H., Zərbəliyeva İ.A. Synthesis and study of surface-active substances based on cotton-seed oil triglycerides, methyldiethanolamine and orthophosphoric acid. Polish Journal of Science №15 (2019) VOL. 1, p. 11–15
  • Əsədov Z.H., Zərgərova S.H., Zərbəliyeva İ.A., Rəhimov R.A. Synthesis and study of surface-active salts based on propoxy derivatives of hexadecylamine and monocarboxylic aliphatic acids. Norwegian J. of Development of the International Science, 2019, vol.1, №27, p.3–7
  • Əsədov Z.H., Zərbəliyeva İ.A. Günəbaxan yağı, dietilentriamin və sirkə turşusu əsasında yeni səthi-aktiv maddənin sintezi və xassələri. The International Scientific Conference "Actual Problems of Modern Chemistry" Dedicated to the 90th Anniversary of the Academician Y.H. Mammadaliyev Institute of Petrochemical Processes, October 2–4, 2019, Baku-2019. p.422
  • Əsədov Z.H., Zərgərova S.H., Zərbəliyeva İ.A., Hüseynova S.M. Synthesis and study of surface-active salt based on propoxy derivative of nonylamine and acetic acid/ The International Scientific Conference "Actual Problems of Modern Chemistry" Dedicated to the 90th Anniversary of the Academician Y.H. Mammadaliyev Institute of Petrochemical Processes, October 2–4, 2019, Baku-2019. p.421
  • Əsədov Z.H. ,Zərbəliyeva İ.A. Pambıq yağı triqliseridləri (PYT) və etilendiamin (EDA) əsasında yeni səthi-aktiv maddə The International Scientific Conference "Actual Problems of Modern Chemistry" Dedicated to the 90th Anniversary of the Academician Y.H. Mammadaliyev Institute of Petrochemical Processes, October 2–4, 2019, Baku-2019. p.424
  • Əsədov Z.H., Zərbəliyeva İ.A. Propoxylatıon of dıethylolamıde based on cotton-seed oil and diethanolamine/ The International Scientific Conference "Actual Problems of Modern Chemistry" Dedicated to the 90thnniversary of the Academician Y.H. Mammadaliyev Institute of Petrochemical Processes, October 2–4, 2019, Baku-2019. p.420
  1. 1 2 "Neft-Kimya Prosesləri İnstitutunun fəlsəfə doktorları". 2018-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
  2. "Neft-Kimya Prosesləri İnstitutu". 2021-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
  3. "Azərbaycan Milli Elmlər Akademiyası". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.

Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.235–236.