Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
İraq azərbaycanlıları
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
İraq bayrağı
İraq bayrağı — İraqın Dövlət bayrağı İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə "Allahu Əkbər" ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub.
İraq coğrafiyası
== Sahəsi və sərhədləri == İraq, (ərəbcə «Əl-Cumhuriyyət əl-İrakiyyə») Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var. Ölkə şimalda Türkiyə, şimal-qərbdə Suriya, İordaniya, cənub-qərbdə Səudiyyə Ərəbistanı və Küveytlə, şərqdə isə İranla həmsərhəddir. Türkiyə, Küveyt və İran ilə sərhədi sabit deyil, münaqişə ocağıdır. Göstərilən sərhədlər daxilində İraqın sahəsi 437 min kv. km-dir. Bu göstəriciyə görə dünya ölkələri arasında 57-ci, Yaxın və Orta Şərq ölkələri içərisində isə 5-ci yeri tutur.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. == Nominalları == 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
İraq gerbi
İraq gerbi — İraq Respublikasının rəsmi gerbi 2008-ci ildə təsdiq olunub == Tarixi == === 1932-1959 === İraq Haşimilər Krallığının gerbləri qonşu İordaniya Haşimilər Krallığının gerbləri ilə bəzi oxşarlıqları paylaşırdı. İraq Haşimilər Krallığının monarxiyasını simvolizə edən qızıl tac, zirvəsinin altından çıxan və yaqut və zümrüdləri xatırladan bir relyef dizaynı ilə bazaya bağlanmış beş tağdan ibarətdir. Tac yuxarı hissədə Haşimit pankartını təmsil edən bir nizə ucu ilə bəzədilmişdir. Tac kral Haşimit taxtını təmsil edən çardağın üzərinə qoyulur. Ağ ipəklə örtülmüş qırmızı rəngli məxmər çubuq, fədakarlıq və saflığı bildirir. Çamaşır qızıl ipliklərin bir hissəsinə bükülmüş və ağ ipək astarlı aşkar etmək üçün hər iki tərəfə qızıl rəngli kordonlarla toplanmışdır. İki ulduz hər iki tərəfdəki mərkəzi qalxanın üstündədir. Hər bir ulduz İştar və Şamaşı təmsil edir. Qalxanın yırtıcı tərəfdarı Babil Aslanıdır, pis tərəfdarı ərəb atıdır, hər ikisi də şah gücünün ənənəvi simvollarıdır. Mərkəzdəki qalxan Mesopotamiyanın ərazisini əks etdirir.
İraq himni
"Mənim Vətənim" (ərəb. موطني‎) – İraq dövlət himni. "Mənim Vətənim" 1934-ci ildə fələstinli İbrahim Tuqan yazıb, və musiqinin üstünə qoyulandan sonra Fələstində və bütöv Ərəb dünyasında çox məşhur olub. 2004-ci ildə, bir il Səddam Hüseynin rejimi son verəndən sonra İraqın təzə himni kimi təsdiq olunmuşdur.
İraq iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu. Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika və mədən sənaye müəssisələrini yenidən işə salmaq; ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək; səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək. == İraq iqtisadiyyatı == XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı. Sənayenin aparıcı sahələri.
İraq mətbəxi
İraq mətbəxi — İraq xalqının milli mətbəxi qədim tarixə malikdir. İnqrediyentlər İraq mətbəxinin bəzi xarakterik inqrediyentləri aşağıdakılardır: Tərəvəzlər: Badımcan, pomidor, şalqam, lobya, soğan-şalot, bamya, soğan, mərcimək, vəzəri, kartof, kələm, yunan balqabağı (kabaçok), ispanaq, kahı, kəvər soğanı, artişok, sarımsaq, bibər və çili bibəri kimi tərəvəzlər. Taxıllar: Düyü, bulğur, buğda və arpa. Paxlalılar: Mərcimək, noxud, yaşıl lobya, yaşıl maş və qırmızı lobya kimi paxlalılar. Meyvələr: Zeytun, xurma, kişmiş, ərik, gavalı, əncir, üzüm, qovun, nar, alma, albalı, heyva və sitrus meyvələri (portağal, limon və laym). Pendirlər: Baladi, feta və halloumi Otlar və ədviyyat: Darçın, hil, keşniş, keşniş toxumu, samanlıq güldəfnəsi, adi cirə, adi qaraqınıq, nanə, tərxun, thyme, zəfəran, qurudulmuş laym, Çin darçını, şüyüd, sarıkök, ədviyyat, ədviyə, sumax və zaatar.
İraq prezidenti
İraq prezidenti — İraqın indiki prezidenti. Vəzifəni Əbdüllətif Camal Rəşid icra edir.
İraq tarixi
İraq tarixi — Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası), Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur. Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur və sasanilərin hökmranlığı qüvvətlənir. == Orta əsrlər == VII yüzilliyin 30-cu illərində isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə çevrilir. 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür.
İraq türkləri
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
İraq türkmanları

İraq çərkəzləri
İraq çərkəzləri — çərkəz, çeçen, qumuq və dağıstanlılar da daxil olmaqla, İraqda yaşayan Şimali Qafqaz kökənli insanlar nəzərdə tutulur. Çərkəzlər ifadəsi ümumilikdə çərkəzcə danışan xalqı bildirmək üçün istifadə edilir, lakin diasporada abxazlar, osetinlər, çeçenlər, dağıstanlılar da daxil olmaqla ümumilikdə bütün Şimali Qafqaz xalqlarını ifadə etmək üçün istifadə edilir. == Tarix == İraqlı şimali qafqazlılar başda Çərkəz bölgəsi olmaqla, Çeçenistan və Dağıstan kökənlidir. İraqda olan Qafqaz xalqları bunlardır: abxazlar, çərkəzlər, inquşlar, çeçenlər, avarlar, ləzgilər və qumuqlar. Onların köçləri illər əvvələ - Qafqaz müharibəsi dövrünə və 1860-cı illərdəki Çərkəz sürgünü ilə Rus-Çərkəz müharibəsinə qədər gedib çıxır. Adıgeylər İraqa iki köç dalğası halında gəlmişdir: birbaşa İraqa köç edənlər və Balkanlara köç edib İraqa gələnlər. Çeçenlər və dağıstanlılar da Osmanlı dövründə İraqa yerləşmişdirlər. Eyni zamanda çərkəzlər Türkiyə, Suriya, İordaniya və Fələstin kimi digər qonşu ölkələrdə də yerləşmişdirlər. == Demoqrafiya == Çərkəzlər və ya İraqdakı Şimali Qafqaz kökənli insanların ümumi sayı 30.000-50.000 arasında olduğu təxmin edilməkdədir, ancaq dəqiq sayları bilinmir. Təkcə Bağdadda 30.000 Adıgey ailəsi olduğu bildirilmişdir.
İraq əhalisi
İşğal edilmiş üç Osmanlı vilayəti (Mosul, Bağdad və Bəsrə) əsasında 10 avqust 1920-ci ildə Britaniya mandatı altında İraq Krallığı təşkil edildi. Rəsmən 1958-ci ilədək krallıq,1958-ci ildən bəri isə respublika olan İraqda 1919, 1927, 1934, 1947, 1957, 1965, 1977 və 1987-ci illərdə ölkənin bütün ərazilərini əhatə edən, 1997-ci ildə isə Kürdüstan Regional Hökumətinin nəzarətində olan üç mühafaza çıxılmaqla digər 15 mühafazanı əhatə edən siyahıyaalınmalar aparılmışdır. == Əhali sayının dinamikası == === Mühafazalar üzrə məskunlaşma === == Etnik tərkibi == İraqda 10-dan çox xalqın nümayəndəsi yaşayır. Bunlar ərəblər, kürdlər, türkmanlər, farslar, lurlar, ermənilər, asurlar, xaldeylər, çərkəzlər, qaraçılar (əsasən qürbətilər) və sairələrdir. === Rəsmi məlumatlar === ==== 1921, 1923, 1922-24 sa. yekunlarına əsasən Mosul məsələsi rəqəmlərdə ==== ==== 1932-ci il ==== 1932-ci ilə aid rəsmi məlumata əsasən İraqda danışılan dillər: ==== 1947-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1957-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ===== Ərbil şəhəri ===== ==== 1965-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1977, 1987 və 1997-ci illərdə gerçəkləşmiş siyahıyaalınmalara əsasən ==== ===== Ət-Təmim mühafazası ===== === Qeyri-rəsmi təxminlər === === Etnik qruplar === 1997-ci il istisna olmaqla 1957, 1965, 1977 və 1987-ci illərdə həyat keçirilmiş əhali sayımlarında sorğu anketlərində şəxsin etnik mənsubiyyəti haqqında sual olmamış, ona yalnız ana dili haqqında sual verilmişdir. ==== Ərəblər ==== ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 70.90%-ini etnik ərəblər təşkil edirdi. İraqda ən böyük etnik qrup ərəblərdir . Onlar İraq əhalisinin 65% – 73%-ni təşkil edirlər . ==== Kürdlər ==== Kürdlər İraq əhalisinin 1947-ci siyahıyaalınmasına əsasən 18.40%-ini, 1957-ci siyahıyaalınmasına əsasən 16.45%-ini , 1965-ci siyahıyaalınmasına əsasən 15.25%-ini, 1977-ci siyahıyaalınmasına əsasən 13.95%-ini, 1987-ci il siyahıyaalınmasına əsasən isə 18.93%-ini təşkil etmişdir.
İraq (dəqiqləşdirmə)
İraq
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. == Məlumat == İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
İraq (qəzet)
"İraq" (qəzet) — Bağdadda çap edilmiş qəzet. == Məlumat == "İraq" qəzeti 1966-cı ildə Bağdadda işıq üzü görmüşdür. Nəşrin təsisçisi və redaktoru Şakir Sabir Zabit, idarə rəhbəri və baş yazarı Haq İsmayıl Bayatlıdır. Qəzetin 42-ci sayında Həsən Huseyn Əl Yas baş yazar olub. İlk sayı 1966-cı il mayın 21-də, son sayı isə 1967-ci il oktyabrın 21-də işıq üzü görüb. Qəzet 66 saydan sonra bağlanıb. Türkcə-ərəbcə olan nəşrin bir qismi 8, bir qismi 4 səhifəlik dərc edilib.
İraq Konstitusiyası
İraq Konsititusiyası (ərəb. دستور العراق‎)—İraqın əsas qanunu.İlk konsititusiyası 1925-ci ildə nəşr edilib.2005-ci ildə yenidən qüvvəyə minib. == Tarixi == Konstitusiya monarxiyası quran İraqın ilk konstitusiyası 1925-ci ildə bir İngilis hərbi işğalı altında qüvvəyə mindi və 1958 inqilabı bir respublika qurana qədər qüvvədə qaldı. Aralıq konstitusiyalar 1958, 1964, 1968 və 1970-ci illərdə qəbul edildi, Keçid İnzibati Qanunu qəbul edilənə qədər de-yure qüvvədə qaldı. 1990-cı ildə bir konstitusiya layihəsi hazırlandı, lakin Körfəz müharibəsinin başlaması səbəbindən heç vaxt yayılmadı. Mövcud konstitusiya 15 oktyabr 2005-ci ildə keçirilmiş bir referendumla təsdiqləndi. Konstitusiya, 2005-ci ildə İraq Konstitusiya Layihə Komitəsi üzvləri tərəfindən İraq Dövlətinə keçid dövrü üçün İdarəetmə Qanunu ("TAL") əvəz etmək üçün hazırlanmışdır. ). TAL, İraq Müharibəsindən sonra və İraqın ABŞ və Koalisiya qüvvələri tərəfindən işğalından sonra Koalisiya Müvəqqəti Təşkilatı tərəfindən seçilmiş, təyin olunmuş bir qurum olan İraq İdarəetmə Şurası tərəfindən 2003-cü ilin dekabrından 2004-cü ilin martına qədər hazırlanmışdır. Referendumdan əvvəl edilən bir kompromis şərtilə, yeni konstitusiyaya uyğun olaraq seçiləcək ilk parlamentin konstitusiyaya düzəliş edilməsini və ya edilməməsini təyin etmək üçün Konstitusiya Baxış Komitəsi yaratması qəbul edildi.
İraq şəhərləri
İraq Ədəbiyyatı
Osmanlı imperiyasının geridə qalmış əyalətlərindən biri olan İraqda mədəni dirçəliş Misir və Suriyaya nisbətən daha ləng gedirdi. İqtisadi gerilik, Qərb ölkələri ilə əlaqələrin zəifliyi, ölkəni bürümüş savadsızlıq və cəhalət maarifçilik hərəkatının İraqda zəif olması elm və mədəniyyətin inkişafında bir maneə idi. == Tarixi == XIX əsrin ikinci yarısında İraq Türkiyədən göndərilən valilər tərəfindən idarə olunurdu.
İran-İraq müharibəsi
İran-İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir. Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır. == Müharibənin səbəbləri == İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir. 1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi.
İran-İraq savaşı

İraq–İran münasibətləri
İran–İraq münasibətləri — İran və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 1599 km təşkil edir. İran Bağdadda səfirlik, Bəsrə, Süleymaniyə, Ərbil və Kərbəlada konsulluq, İraq isə Tehranda səfirlik, Kirmanşah, Əhvaz və Məşhəddə konsulluğa sahibdir. == Tarixi == Bu iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı cərçivəsində bir-biri ilə müttəfiq olmuşdur, ancaq BƏƏS partiyasının hakimiyyətə gəlməsi ilə İraqda vəziyyət dəyişir. İran inqilabından sonra Səddam Hüseyn qonşu ölkənin neft sahələrini ələ keçirməkdən ötrü onu ərazisinə soxulur. Bununlada İran-İraq müharibəsi baş verir. Müharibə 8 il davam etsədə tərəflər heç bir üstünlük əldə edə bilmirlər. Müharibə İraq iqtisadiyyatını laxladır. 1991-ci ildə isə Körfəz müharibəsi zamanı İran müharibədə iştirak etmir, ancaq Səddam Hüseynə qarşı vuruşan şiə fəallarını silahlandırır. 2003-cü ildə ABŞ rəhbərliyi altında koalisiya qüvvələri İraqa daxil olur.
İran–İraq müharibəsi
İran-İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir. Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır. == Müharibənin səbəbləri == İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir. 1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi.
İran-İraq müharibəsi (1980-1988)

İran-İraq müharibəsində ermənilərin iştirakı
İran-İraq müharibəsində ermənilərin iştirakı (fars. ارمنی‌ها در جنگ ایران و عراق‎; erm. Հայերը Իրանա-իրաքյան պատերազմում) — 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi dövründə əsasən İran tərəfdən iştirak etmiş ermənilərin sözügedən müharibədəki fəaliyyətini əks etdirməkdədir. İran erməniləri İranda yaşayan ikinci ən böyük qeyri-müsəlman icmadır. Ölkədə yaşayan 400 minlik bəhai icmasından sonra sayları təxminən 70–100 min arasında dəyişən iran erməniləri əsasən ölkənin mərkəzi ostanlarında və xüsusi ilə Tehran şəhərində yaşamaqdadırlar. 1980-ci ildə Səddam Hüseyn rəhbərliyindəki İraqın İranda baş vermiş İran İslam İnqilabından sonra İrana hücum etməsi və səkkiz davam edən müharibə İranda 188 min əsgər və mülkü şəxsin ölümü ilə nəticələnmişdir. Həlak olan şəxslər arasında ölkənin əksəriyyətini təşkil edən müsəlmanlardan əlavə qeyri-müsəlman icmaların nümayəndələri də vardı. == Tarixi == 1980-ci ilin sentyabr ayında İraqın İrana hücumu ilə başlayan və səkkiz il davam edən İran-İraq müharibəsi ölkədə yüz minlərlə insanın cəbhələrə səfərbər edilməsi və bir o qədərdə şəxsin könüllü olaraq döyüşlərə qatılması ilə nəticələnmişdir. İranda sonuncu şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinə qarşı başladılan İran İslam İnqilabı zamanı ölkənin erməni, zərdüşt və assuriyalı icmaları əvvəlcə tərəfsiz mövqe tutmağa çalışsalar da, zamanla üstünlüyün inqilabçıların əlinə keçdiyini görüb onlara yaxın maraqlardan çıxış etməyə başlamışdılar. 1981-ci ildə İsfahan şəhərində yerləşən erməni məhəlləsi Yeni Culfadakı kilsənin baş rahibi, eyni zamanda iran ermənilərinin mənəvi dini rəhbəri hesab olunan Koriyon Papyan öz çıxışlarında İranın müdafiəsi məqsədilə düşmənə qarşı mübarizə aparmağın əhəmiyyətindən danışmağa başlamış və zamanla İranı sözügedən müharibədə dəstəkləyən əsas qeyri-müsəlman dini icma rəhbərlərindən birinə çevrilmişdir.