İraq çərkəzləri


İraq çərkəzləriçərkəz, çeçen, qumuqdağıstanlılar da daxil olmaqla, İraqda yaşayan Şimali Qafqaz kökənli insanlar nəzərdə tutulur. Çərkəzlər ifadəsi ümumilikdə çərkəzcə danışan xalqı bildirmək üçün istifadə edilir, lakin diasporada abxazlar, osetinlər, çeçenlər, dağıstanlılar da daxil olmaqla ümumilikdə bütün Şimali Qafqaz xalqlarını ifadə etmək üçün istifadə edilir.[1]

İraq çərkəzləri
Ümumi sayı
30.000-50.000
Yaşadığı ərazilər
Bütün İraq boyunca
Dili

Ərəb dili
Çərkəz dili
Çeçen dili
Qumuq dili və s.

Dini

Sünni müsəlman

İraqlı şimali qafqazlılar başda Çərkəz bölgəsi olmaqla, ÇeçenistanDağıstan kökənlidir. İraqda olan Qafqaz xalqları bunlardır: abxazlar, çərkəzlər, inquşlar, çeçenlər, avarlar, ləzgilərqumuqlar. Onların köçləri illər əvvələ - Qafqaz müharibəsi dövrünə və 1860-cı illərdəki Çərkəz sürgünü ilə Rus-Çərkəz müharibəsinə qədər gedib çıxır.[1]

Adıgeylər İraqa iki köç dalğası halında gəlmişdir: birbaşa İraqa köç edənlər və Balkanlara köç edib İraqa gələnlər. Çeçenlər və dağıstanlılar da Osmanlı dövründə İraqa yerləşmişdirlər. Eyni zamanda çərkəzlər Türkiyə, Suriya, İordaniyaFələstin kimi digər qonşu ölkələrdə də yerləşmişdirlər.[1]

Çərkəzlər və ya İraqdakı Şimali Qafqaz kökənli insanların ümumi sayı 30.000-50.000 arasında olduğu təxmin edilməkdədir, ancaq dəqiq sayları bilinmir.[1][2][3] Təkcə Bağdadda 30.000 Adıgey ailəsi olduğu bildirilmişdir. Bir çox şimali qafqazlının ərəblər və kürdlər tərəfindən assimiliyasiya olduğu düşünülür.[1] Dağıstan əsilli İraqdakı kürd və ərəb tayfaları vardır. Çeçenlər Şimali Qafqaz kökənli iraqlıların 3/4-ü təşkil etməkdədir.

El-Dağıstanlı, El-Şişani ("Çeçen"), El-Şarkas ("Çerkes") kimi soyadlar Şimali Qafqaz kökənli iraqlılar arasında geniş yayılmışdır.[1]

Qafqazlılar cənubda Bəsrə olmaqla şimaldakı Dohuk şəhərinə qədər İraqın hər bir yerinə yerləşmişdirlər. Böyük icmalar halında çərkəzlər Nəcəf, Hilla, Mosul, Kut, Bəsrə, Tikrit, Ərbil, Nəsəriyyə, Divaniyyə, Dohuk, Ramadi, Amarah, Tuzhurmatu, kiçik icmalar halında isə Bağdad, Sülaymaniyyə, Diyala, KərkükFəlluca kimi şəhərlərdə məskunlaşmışdırlar.

Bağdadda Çeçen məhəlləsi olmaqla İraqda bir çox çeçen kəndi də vardır.[1]

Şimali qafqazlılar habze kimi adət və ənənələrini qoruyub saxlayarkən, İraqdakı qafqazlılar cəmiyyətə inteqrasiya olmaqdadırlar. Cəmiyyət toy və ad günü mərasimlərini, digər xüsusi günlərini, Şimali Qafqaz mədəniyyətlərini və yeməklərini hələ də davam etdirməkdədirlər.

2004-cü ildə iraqlı çeçen, dağıstanlı və çərkəzlər Al-Tadamun adlı Qafqaz icması dərnəyini Kərkükdə qurdular. Bu mədəniyyət dərnəyi Şimali Qafqaz mədəniyyətini bir araya gətirməyi məqsədləyir. Al-Tadamun həmrəylik kimi tərcümə edilir. İraqda şimali qafqazlılar digər ölkələrdəki soydaşları kimi əsasən sünni müsəlmandırlar.

İraq çərkəzləri digər ölkələrdə yaşayan qafqazlılar kimi həm öz dillərini, həm də olduqları ölkənin rəsmi dilindən istifadə etməkdədirlər. Ana dili əsasən yaşlı nəsillər tərəfindən danışılarkən, gənclər ana dillərindən çox ərəbcədən istifadə edirlər.

Cənubi qafqazlılar

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz köknəli bir çox xalq da İraqda yaşamaqdaqdırlar. Bunlara misal olaraq erməniləri və azərbaycanlıları göstərmək olar. Gürcülər də burada yaşamış və XVIII-XIX əsrlərdə ölkənin idarə olunmasında mühüm mövqeyə sahib olmuşdurlar. İraqı 1932 ilə 1933-cü illər arasında idarə edən baş nazir Naci Şövkət gürcü əsilli idi.

Mühüm şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 Ahmet Katav və Bilgay Duman. "Iraqi Circassians (Chechens, Dagestanis, Adyghes)" (PDF). ORSAM Reports. 2013. 27 iyul 2020 tarixində arxivləşdirilib (PDF).
  2. "The Adyghe people group is reported in 13 countries". www.joshuaproject.net. 15 oktyabr 2020 tarixində arxivləşdirilib.
  3. "Estimated population of Circassians". CircassianNation.org. 27 iyun 2013 tarixində arxivləşdirilib.