Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Cəsarət
Cəsarət — sakit cəsurluq, çətinlikdə və təhlükədə ağlın olması; ruhən möhkəmlik və mətinlik; ümumiyyətlə kişidən gözlənilən keyfiyyətlər məcmusudur. Qorxuya qalib gəlməkdə mənəvi gücü əks etdirən fəzilətlərdən biri də cəsarətdir. Cəsarət tez-tez əzablara, o cümlədən fiziki ağrılara dözmək qabiliyyətinə də aiddir. Ən yüksək mənəvi şücaət rəşadətdir, qəhrəmana xas şücaət, qeyri-adi igidlik isə qəhrəmanlıq adlanır . Antik dövrdə cəsarət dörd əsas məziyyətdən biri hesab olunurdu (mötədillik, müdriklik və ədalətlə birlikdə). Aristotelin fikrincə, cəsarət ölüm qorxusuna qalib gəlmək və fəzilətli davranışın əvəzini öz həyatını riskə ataraq ödəməyə hazır olmaqdır: “Kim mənalı olaraq yaxşılıq naminə təhlükəyə can atır və ondan qorxmursa, cəsarətlidir və bu, ərənlikdir”. Aristotelə görə, cəsarət döyüşdə özünü aparmağın yeganə layiqli yoludur; Məhz buna görə də bunun xüsusi bir kişi fəziləti kimi olması fikri ortaya çıxmışdır. Cəsarətdən hərbi fəaliyyətlə aristokratik təbəqələrin mövcudluğu üçün etik əsaslandırma kimi istifadə olunurdu; Platon üçün cəsarət qulluqçular sinfinin fəzilətidir. Romalıların cəsarəti var (lat. virtus) təkcə hərbi şücaətlə deyil, həm də bütövlükdə fəzilətlə sinonimdir; başqa bir mənbədə deyilir ki, qədim Roma “virtus” həm cəsarət, həm də fəzilət deməkdir .
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Əyalət — ölkə (dövlət) daxilində, bir neçə şəhər və kənddən ibarət olan inzibati-ərazi vahidi.
Cəsarət Abbasov
== Siyahı ==
Cəsarət Səfərov
Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001, Suraxanı rayonu – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəsarət Valehov
Cəsarət Valehov (31 mart 1974, Qutqaşen) — fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Təhsil İnstitutu direktor müavini == Təhsili == Bakı Dövlət Universiteti –“Hüquqşünaslıq” fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti (ABŞ)- Fulbrayt proqramı məzunu == Fəaliyyəti == Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun “Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət ( baş müəllim, dosent) Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə “Açıq Dərs” təhsil layihəsinin müəllifi və moderatoru Azərbaycan RespublikasıTəhsil İnstitutunun aparıcı elmi işçisi/dosent Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqlələr sektorunun müdiri 1 monoqrafiya, 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi == Mükafatlar == Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Evlidir. İki övladı var. Azərbaycan, rus, ingilis, türk dilini bilir == Filmoqrafiya == "Şuşa maarifi" (sənədli-bədii filmi- 2022) "Şəki maarifi" (sənədli film- 2023) "Açıq Dərs" təhsil tok-şousu (2005-2013) "Böyük türk" ( sənədli film- 2007) Əşrəf Hüseynov.
Cəsarət Əhmədov
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti == Həyat == Əhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub. İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur. 2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. 2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
Cəsarət Əliyev
== Əsas elmi nailiyyətləri == Tezliklərə görə qismən səpilmə nəzərə alınmaqla şüaköçürmə tənliyinə operator əmsallı diftənlik kimi baxılmış və tam analitik həlli verilmişdir [1-3]. Öz-özünü qravitasiya cazibəsində olan qazın halını təsvir edən xətti olmayan tənliklər sisteminin həlli üçün proqram-paket yaradılmış, üç ölçülü halda aşkar soliton həllər alınmış, xətti həyacanlaşma tənliyinin analitik həlləri verilmişdir [6, 7]. Günəş aktivliyinin planet təsiri və spin-orbital qarşılıqlı təsirin nəticəsi olması haqda ileya irəli sürülmüşdür [4]. Günəş aktivliyi probleminin həlli üçün SolAct proqram-paketi yaradılmış, günəş fırlanma momentinin spin – orbital qarşılıqlı təsir nəticəsində dəyişdiyi və günəş aktivliyinin bu dəyişmə ilə korrelyasiya etdiyi aşkar edilmişdir [9, 12]. Sosial kataklizmlərin, siyasi çevrilişlərin günəş aktivliyi korrelyasiya etməsi aşkar edilmişdir [5]. Astronomiya arxivlərindən internet vasitəsilə ədədlər bazasının çəkilib gətirilməsi və işlənməsi üçün DaImAn proqram-paketi yaradılmış, RW Aur ulduzuna tətbiq edilərək aylarla ölçülən dövrülüyün varlığı aşkar edilmişdir [8, 10, 11]. Elmi araşdırmalar, ədədlərin işlənməsi və cihazların avtomatik idarə olunması üçün aşağıdakı modullar yaradılmışdır: Modul RETSLEA – şüaköçürmə tənliyinin ədədi həll edir; Modul SolNoLinPerEq3d – xətti olmayan tənliklər systemini və həyacanlaşma tənliyini analitik həll edir; Modul SolAct - planetlərin günəş sistemində, Günəşin barimərkəz ətrafında hərə-kətini vizuallaşdırır, fiziki parametrlərin hesblanmasına imkan verir. Bundan əlavə modul Günəşin fırlanma momenti ilə orbital momenti arasındakı qarşılıqlı-təsiri cızan tənliklər sistemini həll edir. Modul SpAn – göy cisimlərinin ədədlər şəklində verilmiş spektrlərininin işlənməsi üçün yaradılmışdır. Modul DaImAn – internet vasitəsilə arxiv materiallarınin çəkilib gətirilməsi və işlənməsini həyata keçirir; Modul CeBoSaM - göy cisimləri və onların peyklərinin hərəkətini öyrənmək üçün yaradılmışdır; Modul TelescopeControl - teleskopun idarə edilməsinin avtomatlaşdırılması üçün yaradılmışdır.
Kəlaləq (Kəleybər)
Kəlaləq (fars. كلالق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 512 nəfər yaşayır (107 ailə).
Kəqaləq (Əhər)
Kəqaləq (fars. كقالق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (204 ailə).
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. == Karyerası == Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Kəsanəq (Əhər)
Kəsanəq (fars. كسانق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (121 ailə).
Vəkalət müharibəsi
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq. == Həyatı == Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir. V. Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir. 1983-cü ildə V. Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. V. Əzizov 1994–1998-ci illərdə akademik C. Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir. V. Əzizov 650-ə yaxın çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Kəlalə (Miyanə)
Kəlalə (fars. كلاله‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Kəlalə şəhristanı
Kəlalə şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlalə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,983 nəfər və 22,536 ailədən ibarət idi.
Kəmalə Ağayeva
Kəmalə Ağayeva Ağa qızı (10 iyul 1936, Naxçıvan – 18 iyul 2019, Bakı) ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü (2003). == Həyatı == Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Belə ki, o, 1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, daha sonra Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə və 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi işləmişdir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə "Ümid çırağı" jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir. === Əmək fəaliyyəti === Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.
Kasapet
Qasapet — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qəssablar olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qıssaabad olaraq keçir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olub. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qasapet kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Kaşalot
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
"Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. == Böyük coğrafi kəşflərə hazırlıq dövrü == Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Kessler çömçəxulu
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Rəşadət Axundov
Axundov Rəşadət Fikrət oğlu (7 aprel 1984, Jdanov rayonu) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi, keçmiş siyasi məhbus. == Həyatı == Rəşadət Axundov 1984-cü ilin avqustun 7-də Beyləqan rayonunda anadan olub. Orta təhsilini Əli Bayramlı Özəl Türk Liseyində alıb (2001). == Təhsili == Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Nəaliyyətlərinə görə Xüsusi İstedadlar Qrupuna keçirilib (2001-2005). Təhsilini davam etdirən Rəşadət 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə (CEU) qəbul olunub. 2007-ci ildə oranın İşgüzar İdarəçilik üzrə Magistr Təhsilini (MBA) başa vurub. == İctimai Fəaliyyəti == 2005-ci ildə Yox Hərəkatına qoşulmuş və hərəkatın aktiv üzvlərindən biri olmuşdur. Daha sonra 2006-cı ildən fəaliyyətini OL! Azərbaycan Gənclər Hərəkatında davam etmiş və bir dönəm OL!-un İdarə Heyəti üzvü olmuşdur.
Rəşadət Musayev
Rəşadət Musayev (tam adı:Rəşadət Vüqar oğlu Musayev; 20 iyun 2002; Şəki, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşadət Musayev Vüqar oğlu 2002-ci il 20 iyun tarixində Şəki rayon Baş Göynük kəndində anadan olub. 2008-2019-cı illərdə Şəki rayon Baş Göynük kəndi tam orta məktəbində orta təhsil alıb. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşadət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə olub. Rəşadət Musayev oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşadət Piriyev
Rəşadət Piriyev (1 oktyabr 1973, Yeni Daşkənd, Bərdə rayonu – 11 fevral 1994, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, rabitəçi, şəhid. == Həyatı == Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuş, Ağdam, Ağdərə, Laçın və Kəlbəcər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 21 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşdə qolundan və kürəyindən yaralanmışdır. Bacarıqlı rabitəçi operator və hərbi texnikaların zərərsizləşdirilməsi üzrə əməliyyatçı olmuşdur. Sıravi əsgər Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində şəhid olmuşdur. Məzarının yeri dəqiq məlum deyil. Subay idi.