Qasapet (bir müddət işlənilən adı: Çıraqlı[2])— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[4]
Qasapet | |
---|---|
40°10′40″ şm. e. 46°44′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 776 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur[5].
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.[6]
1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qəssablar olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qıssaabad olaraq keçir.
Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.
Kənd 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində kənd Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[7]