Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Vaçar
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır. Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir. Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir. Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir: Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır. Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.
Açar
Açar bu mənaları ifadə edə bilər:
Kanar Adaları
Kanar adaları — Mərakeşin qərbində İspaniyaya bağlı, Atlantik okeanında iştirak edən arxipelaq. Vulkan məşəlli arxipelaqdır. Afrika qitəsinin 100 km qərbində iştirak edər. Əhalisi 1.438.686 (1986), sahəsi 7.273 km²-dir. Kanar adaları rəhbərlik baxımından iki İspan eli arasında paylaşılar: Santa Kruz de Tenerife və Las Palmas. Tenerife, Böyük Kanar, Fuerteventura, Lanzarote, La Palma, La Gomera və El Hierro olmaq üzrə başlıca 7 ada ilə bir neçə kiçik adacıqdan meydana gələr. Köhnə çağda Hesperides, Roma dövründə Fortunatae adlarıyla xatırlanan adalar 1402 də Jean da Bethencourt tərəfindən fəth edildi. Portuqaliyalılar ilə İspanlar arasındakı çəkişmələrə mövzu olan ada 1479 da Alçaçova Andlaşmasıyla İspanlara keçdi. Buna qarşı qiyam qaldıran adanın yerli xalqı Guancheler İspanlarca qətl edildi. 1902də Afrika xalqlarının dəstəyində İspanlara qarşı başlayan qiyam da qanlı bir şəkildə basdırıldı.
Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007). Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bugünkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular. Kanar adaları Folklend cərəyanı Braziliya cərəyanı Labrador cərəyanı Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun.
Kanar finiki
Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır. Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır. Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır. Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır. Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kanar çəkçəkisi
Kanar çəkçəkisi (lat. Saxicola dacotiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Kaçlar (Xakas)
Kaçlar — Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühüm bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Vaçar kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir. Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir: Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir. Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır. Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.
Yanoş Kadar
Yanoş Kadar (mac. János Kádár, 26 may 1912[…], Riyeka – 6 iyul 1989[…], Budapeşt) — Macar dövlət xadimi, siyasətçi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956–1988-ci illərdə Macarıstan Xalq Respublikasının rəhbəri olmuş kommunist rəhbər. Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də, Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. 14 yaşlı Yanoş çox keçmədən ailəsinin maddi vəziyyəti zəif olduğundan tezliklə təhsilini yarım qoyaraq maşın təmirxanasında işləməyə başlayır. 1927-ci ildə isə çap maşınlarının təmiri ilə məşğul olmağa qərar verir. Bu zaman Macarıstanda bu peşəni bacaran sadəcə 160 nəfər insan varidi. 1928-ci ildə Yanoş şahmat yarışlarının birində qalib olur və ona Fridrix Engelsin "Anti-Dürinq" əsəri hədiyyə edilir.
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Dəyişdirici, açar
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeliz Açar
Yeliz Açar (19 dekabr, 1997) — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu. O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. == Klub karyerası == Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu.
Böyük Kanar teleskopu
Böyük Kanar teleskopu dünyada ən böyük optik teleskop-reflektor. 10,4 metr diametrlik güzgüsu 36 altıbucaqlı seqmentdən ibarətdir. Kanar adalarında olan La Palma rəsədxanasında yerləşir.
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Kaçkar Dağları Milli Parkı
Kaçkar Dağları Milli Parkı — böyük hissəsi Rizənin Çamlıhemşin ilçəsində, bir hissəsi isə Ərzurum və Artvin illərində yerləşən milli parkdır. 51.550 hektar ərazisi olan milli park Fırtına dərəsi ilə Hemşin dərəsi arasında yerləşən Kaçkar dağları üzərində qurulmuşdur. Sahədə qorunmuş təbii ekosistem, alüvvial meşələr, çayır, kol bitkiləri, yaşıl meşələr, aktual buzlaqlar və onların meydana gətirdiyi şəkillər ilə bölgədə əsrlər boyunca çöl həyat tərzi və mədəniyyəti yaranmışdır. Milli Parkda tarixi dəyərə sahib olan əsər və qalıqlar ilə mədəni dəyərlər yaranmışdır. Zir qala, Qala-i bala, Elevit qalıqları, Çat körpüsü, tarixi qəsrlər, Vartivor və Hodoçur yayla şənlikləri bunlardan bəziləridir. Alp qırışıqlığı erasında əmələ gələn dağ kütlələri ümumiyyətlə qranit və qranit qayalardan ibarətdir. Türkiyədə Pleystosen epoxası dövründə buzlaqların əmələ gəlməsi və hələ də aktiv buzlaqların yarandığı məhdud sahələrdən biridir. Milli Parkda 9 buzlaq vadisi, asılı vadilər, buzlaq gölləri, moren gölləri, buzlaq vadiləri və morenlər yerləşmişdir. Dağların yüksəklərində 0.5 hektardan böyük olan 79 ədəd buzlaq gölü yerləşir. Milli park sahəsində nəmli dərə, meşə, alp və subalp ilə bataqlıq və Akva bitki tipləri təyin olunmuşdur.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti. Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır. 1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir. 1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi. Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır. Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Qacar (Füzuli)
Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir. 1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub.
Qacar (dəqiqləşdirmə)
Qacar — Azərbaycan-türk dövləti. Qacar — Azərbaycan-türk sülaləsi. Qacar (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qacar Zeyid
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir. Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır. Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.
Qacar dövləti
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.