Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.