Vaçar

VaçarQafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır.

Vaçar
Ölkə  Azərbaycan
Şəhər Kəlbəcər
Yerləşir Bazarkənd
Aidiyyatı Qafqaz Albaniyası
Xaçın knyazlığı
Vəziyyəti xarabalıqları qalır

Tarixi[redaktə | mənbəni redaktə et]

Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür.[1] Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir.[1]

Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir.[1] Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir.[1]

Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir:

" Mən, Vaxtanq və Xorişənin oğlu Həsən, Xaçın hakimi, 678-ci ildə (1229) bu müqəddəs kilsəni inşa etdim.[2] "

Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır.[1]

Abidələri[redaktə | mənbəni redaktə et]

Mamakan xatun kilsəsi[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Mamakan xatun kilsəsi

Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.[1] Yaxşı yonulmuş bazalt daşlarından inşa edilmiş kilsənin cənub divarına bitişik kiçik ölçülü, iki mərtəbəli sovməə də bazalt daşlardan inşa edilmişdir.[1]

Planda düzbucaqlı formaya malik olan bu kilsə tağtavanlı damla örtülmüşdür. Vaçar kilsəsi iki inşaat kitabəsinə malikdir: onlardan biri portalın timpanında, digəri isə qərb fasadında yerləşir.[1]

Xaçın knyaginyası Mamakanın sifarişi ilə inşa edilmiş birnefli kilsə planda düzbucaqlı formaya malik olmaqla tağtavanla örtülmüşdür.[1] Bazilika formasına malik olan kilsənin ibadət zalı və altarı eyni hündürlükdədir. Kilsənin yeganə girişi qərb divarında yerləşir.[3]

Müqəddəs Stepanos kilsəsi[redaktə | mənbəni redaktə et]

Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.[3]

Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Мкртчян, 1989. səh. 23
  2. Бархударянц, 1895. səh. 132
  3. 1 2 3 Мкртчян, 1989. səh. 24

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Бархударянц, Макар, Арцах, Баку, 1895

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]