Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir[1].
Qəcər-Zeyid | |
---|---|
41°22′29″ şm. e. 48°38′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Quba-Xaçmaz |
Rayon | Quba |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5.71 km² / 570.62 ha |
Mərkəzin hündürlüyü | 364 m / 1194 feet |
İqlimi | Mülayim |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 873 nəfər (2009) |
Sıxlığı | 152.9 nəfər/km² |
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 23 |
Poçt indeksi | 4035 |
Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır.[2]
Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.[3]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |