Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Leyla
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Leylan (Mahnişan)
Leylan (fars. ليلان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (31 ailə).
Leylan (dəqiqləşdirmə)
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində şəhər. ‎Leylan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Leyla (Kavelius)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (ad)
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Leyla (roman)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur.
Leyla Abaşidze
Leyla Mixaylovna Abaşidze (gürc. ლეილა აბაშიძე; 1 avqust 1929, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2018, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1965).
Leyla Abdullayeva
Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h). == Həyatı və karyerası == Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib. Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi.
Leyla Acametova
Leyla İlyas qızı Acametova (ukr. Лейля Ільясівна Аджаметова; krımtat. Leylâ İlyas qızı Acametova, Лейля Ильяс къызы Аджаметова; 9 mart 1994, Özbəkistan) — Ukrayna yüngül atletika idmançısı. Yay Paralimpiya Oyunlarının çempionu və medalçısı. Ukrayna çempionu. Ukrayna idman ustası namizədi. Özbəkistanda anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə birlikdə Krıma köçdü. 11 yaşından bəri atletika ilə məşğul olur. Hazırda "İnvasport" adlı Xarkov regional əlillər bədən tərbiyəsi və idman mərkəzində məşq edir.
Leyla Allahverdiyeva
Leyla Allahverdiyeva - iqtisadiyyat elmlər doktoru, professor. Allahverdiyeva Leyla Mədəd qızı Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı inistitunun “ Əməyin iqtisadiyyati ” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsinin Planlaşdırma və Normativləşdirmə Elmi-Tədqiqat institutunun aspiranturasını əyani bitirmişdir. O, 1985-ci ildə Xalq təsərrüfatının iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsi ixtisası (şifr-08. 00. 05i) üzrə “ Əməkehtiyatlerı bol olan regiyonlarda sərbəst əmək resurslarının planlaşdırılması, idarə edilməsi ” mövzusunda namizədlik dissertasiyasıni müdafiə etmişdir. 2003-cü ildə Leyla Allahverdiyeva Daşkənd şəhərində Özbəkistan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat institutunda Əhalinin sakinliyi və əmək iqtisadiyyatı ixtisasi (şifr-08. 00. 10) üzrə “Özbəkistanın demoqrafik xüsusiyyətini nəzərə almaqla sakinlərin sosial müdafiə sisteminin inkişafı və formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, və iqtisadiyyat elmlər doktoru elmi dərəcəsi almişdır. Bir müddət Özbəkistan elm ocaqlarında çalışmış, sonra isə elmi fəaliyyətini Qazaxıstanda davam etdirməyə başlamışdır.
Leyla Axundzadə
Leyla Axundzadə — «Əməkdar incəsənət xadimi» ,pedaqoq və sənətşünas. == Həyatı == Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdır. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyada və Rusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır. 2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur.
Leyla Babazadə
Leyla Abbasəli qızı Babazadə (1905, Yelizavetpol) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq ictimai təminat komissarı (1938–1942), SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı. == Həyatı == Leyla Abbasəli qızı Babazadə 1905-ci ildə hazırkı Gəncədə yoxsul kustar ailəsində anadan olmuşdur. 1923-cü ildə, 18 yaşı olarkən ərini itirdikdən sonra o, Bakıya gəlmiş, qardaşı Ələkbərin təsiri ilə 1925-ci ildə Əli Bayramov adına Qadın Klubunun savad kursuna daxil olmuşdur. Bir qədər sonra klubun nəzdindəki fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq iki il sonra buranı bitirmiş, tikiş fabrikinin işçisi olmuşdur. 1930-cu ildə Leyla Babazadə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bundan sonra o, altı aylıq həmkarlar kursunu bitərərək Azərbaycan tikiş sənayesi trestinin fabrik-zavod şagirdliyi məktəbində təlimatçı işləmiş, Xızı rayonunda qadınlar arasında kütləvi təlim-tərbiyə işlərinə rəhbərlik etməyə göndərilmişdir. O, burada Azərbaycan Kommunist Partiyası Xızı Rayon Komitəsinin qadınlar sektorunun müdiri vəzifəsində çalışmışdır. Xızı rayonundan Bakıya qayıdaraq Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində oxumuş, Volodarski adına tikiş fabrikində həmkarlar işinə rəhbərlik etmiş, istehsalatda təlimatçı köməkçisi işləmişdir. 1937-ci ilin oktyabr ayında tikiş sənayesi işçiləri ittifaqının Azərbaycan konfederasiyası Leyla Babazadəni Azərbaycan Tikişçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçmişdir. SSRİ-nin cənub rayonları tikişçiləri ittifaqlarının Xarkovdakı qurultayında Leyla Babazadə ittifaqın mərkəzi komitəsinin heyətinə seçilmişdir.
Leyla Bağırova
Leyla Bexti
Leyla Bexti(fr. Leïla Bekhti); doğ. 6 mart 1984, İssi-le-Mulino, Fransa) — Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Leyla Bexti 6 mart 1984-cü ildə Əlcəzairin İssi-le-Mulino şəhərində anadan olub. Monruj şəhərciyində teatr təmayüllü Jenevye Moris litseyini (fr. Lycée Maurice Genevoix) bitirəndən sonra altı ayda Stefan Jildanın (fr. Stéphane Gildas) teatr kurslarında iştirak edir. Daha sonra Berenjer Bastinin (fr. Bérengère Basty) art-studiyasında məşğul olur. 2005-ci ildə Şeytan filminin sınaq çəkilişlərindən uğurla çıxır.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Leyla Cavadova
Leyla Cavadova (19 fevral 1993; İrkutsk, Rusiya) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Leyla Cavadova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavadova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə İsveç nümayəndəsi Anna Laurell ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (RSC). Daha sonra Leyla Cavadova 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Cavadova 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Ana Patrascuya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Almaniya təmsilçisi Sarah Şeuriça məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu. Leyla Cavadova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Cavadova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Avstriya nümayəndəsi Kaye Scotta məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Leyla Cavadova, turnirin 1/8 final mərhələsindəcə Rusiya nümayəndəsi Yaroslava Yahuşinaya məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. Leyla Cavadova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Cavadova 1/4 final mərhələsində Xorvatiya nümayəndəsi Lucia Brhjacaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Türkiyə təmsilçisi Elif Güneriyə məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Leyla Cavanşirova
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Leyla Ceyd
Leyla Ceyd (ing. Layla Jade, 1 oktyabr 1980, Torki, Devon qraflığı) – Böyük Britaniya modeli və pornoaktrisasıdır. 1998–2005-ci illər ərzində Leyla Ceyd "IAFD" saytında məlumata görə 318 pornoqrafik xarakterl film və videoda iştirak etmişdir. == Həyatı == Leyla Ceyd 1 oktyabr 1980-ci il tarixində Böyük Britaniyanın Torki şəhərində doğulmuşdur. Pornoqrafik karyerasına başlamamışdan əvvəl hospitalda sanitar vəzifəsində işləmişdi. 18 yaşı tamam olanda "Ben Dover's Butt Bangers Bonanza" adlı pornoqrafik məzmunlu filmə çəkilir. 2000-ci ildə "Add N to X" qrupunun ifa etdiyi "Plug Me In" adlı erotik xarakterli klipdə iştirak edir. 2002-ci ildə "First Choice Models Inc" adlı model agentliyini yaradır. 2004-cü ildə "KSEX Radio"da "People’s Choice Awards" mükafatında iştirak edən hakimlərdən biri idi. 2005-ci ildən etibarən onun "www.laylajade.com" adlı rəsmi veb-saytı açılır.
Leyla Fazilova
Leyla Foruhər
Leyla Füruhər, İranlı bir müğənni və aktrisa ki, 1959-cü ilin 23 fevralda İsfahanda anadan olubdur. O,İran inqilabından sonra Los-Ancelesə köçmüşdür. 2009-cu ildə Bakı da konserti olubdur və bu ilkinci İranlı müğənilərinin konserti idi ki Azərbaycan Respublikasında keçirilib.
Leyla Vəkilova
Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycan SSR Xalq Artisti, SSRİ xalq artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir. == Həyatı == Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü. == Həyatı == Leyla Yunus 21 dekabr 1956-cı ildə Bakıda doğulub. === Təhsili === Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb. === İctimai-siyasi fəaliyyəti === 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur. == Ailəsi == Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir. Dinara Yunusova adında bir qızları var. == Mükafatları və fəxri adları == İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Leylək
Leylək (lat. Ciconia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinin leyləklər fəsiləsinə aid heyvan cinsi.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seylan