Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü.
Leyla Yunus | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 dekabr 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | insan hüquqları fəalı, siyasətçi, tarixçi |
Həyat yoldaşı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Leyla Yunus 21 dekabr[1] 1956-cı ildə Bakıda doğulub.[2]
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb[2].
1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır[2].
1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib[2].
Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur[2].
Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir.[2]
Dinara Yunusova adında bir qızları var.
İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib[2].