Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Məhəmməd Müsəvvir
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır. Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Seyid Əzim Şirvani ilə dost olan Mirzə Məhəmməd onun yaradıcılığını Maninin yaradıcılığına bənzətmiş, Çin incəsənəti ilə müqayisə etmişdir. O,1901-ci ildə Bakıda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Müniri, Mirzə Ağadadaş, redaktor Bahar ağlayışı. Baku: Ecoprint. 2018.
Əl-Musəvvir
Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri. Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir. Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür. "ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Müşviq Abbasov
Müşviq Qabil oğlu Abbasov (16 aprel 1970; Abdal Gülablı, Ağdam, Azərbaycan — 6 oktyabr 2020; Qərvənd, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Əsgər Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi. Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və burada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlmişdir. Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq İkinci Qarabağ müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır.
Müşviq Babayev
== Siyahı ==
Müşviq Cəfərov
Müşviq Cəfərov (cüdoçu) — Beynəlxalq dərəcəli idman ustası. Müşfiq Cəfərov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Müşviq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşviq Orucov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Müşviq Şahverdiyev
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. == Həyatı == Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. == Fəaliyyəti == "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Müsəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 19 may 1882, Tehran – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Əlburz ostanı) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. == Həyatı == Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. == Siyasi fəaliyyəti == 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Müşviq Cəfərov (cüdoçu)
Müşviq Cəfərov (31 avqust 1968, Dəvəçi) — beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu, Cüdo üzrə 2 qat dünya çempionu. == Həyat və fəaliyyəti == Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur. 2013-cü ildə İspaniyada veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının qızıl medalına layiq görülüb. 2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb.
Şəhid Müşviq Rəhimov
Rəhimov Müşviq Əyyub oğlu (25 iyul 1970, Ağdam rayonu – 20 avqust 1992, Abdal, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi. ==== Həyatı ==== Rəhimov Müşviq Əyyub oğlu 1970-ci il iyulun 25-də Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. ==== Birinci Qarabağ müharibəsində iştirakı ==== Müşviq Rəhimov Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq vuruşurdu. Müsviq Rəhimov 1992-ci il avqustun 20-də Ağdam rayonu Abdal kəndində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Məzarı Ağdam rayonu Şıxbabalı kəndindədir.
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Müşviq Arif oğlu Orucov
Dr. Musəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 19 may 1882, Tehran – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Əlburz ostanı) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. == Həyatı == Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. == Siyasi fəaliyyəti == 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Məhəmməd Musəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 19 may 1882, Tehran – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Əlburz ostanı) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. == Həyatı == Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. == Siyasi fəaliyyəti == 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Məmmədəli Müsəddiq
Məmmədəli Müsəddiq Hüseyn oğlu (21 mart 1922-?) — tanınmış şərqşünas, tarixçi və filoloq. == Həyatı == Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş.M.Xiyabaninin sədaqətli silahdaşlarından idi. Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş.M.Xiyabani 1917-1920-ci illər hərəkatına qədər 1905-1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917-1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M.C.Pişəvəri yazırdı: «Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi.
Günel Musəvi
Günel Musəvi (30 iyun 1980, Bakı) — teleaparıcı, müğənni. == Həyatı == Günel Musəvi 30 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1995-ci illərdə 46 nömrəli orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib. Universitetdə KVN-Şən və Hazırcavab komandasında aparıcı aktrisalardan biri olub. 1998-ci ildə Bakıda Universitetlər arasında "Təfəkkür" Universiteti çempion adını qazanıb. 1999-cu ildə 106 FM Radiosunda DJ-aparıcı vəzifəsində çalışmağa başlayıb. Bir il orada Emin Musəvi ilə bərabər "Yuxudan oyan" verilişinin aparıcısı olub. Daha sonra — 2000-ci ildə ABA telekanalında öncə Azərbaycanda ilk yerli hit paradı — "Qızıl onluq" verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%" verilişində aparıcılıq edib.
Mirhüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Ruhəngiz Musəvi
Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti (2007). == Həyatı == Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. == Şəxsi həyatı == 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Şərəfuddin Musəvi
Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid. === Təvəllüdü və ailəsi === Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir. === Təhsili === Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir.
Emin Musəvi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Mir Müsəvvər Ərjəngi
Mir Seyid Hüseyn — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi.Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib.Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Ruhulla Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. == Həyatı == Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ruhullah Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. == Həyatı == Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Seyid Abbas Musəvi
Seyid Abbas Musəvi (1971, İran) — (fars. سید عباس موسوی‎), (d. 29.05.1971) İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-cı ildən) == Həyatı == Seyid Abbas Musəvi İran İslam Respublikasının Mazandaran ostanındandır. == Fəaliyyəti == Seyid Abbas Musəvi öncədən İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü olmuşdur.