İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri.
Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir.
Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür.
"ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!"
Allah-Təala insanı yalnız gözəl yaratmaqla kifayətlənməmiş, həm də ondan gözəl, xeyir əməllər etməsini, çirkinliklərdən uzaq olmasını istəmişdir.
"əl-Müsəvvir" adı Qurani-Kərimdə yalnız bir ayədə - "əl-Həşr" surəsinin 24-cü ayəsində keçmişdir.