Müşviq Hətəmov

Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).[1]

Müşfiq Hətəmov
Digər adı Müşviq Hətəmov
Doğum tarixi 6 may 1969(1969-05-06) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti Prodüser
Fəaliyyət illəri 1992-ci ildən
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.

1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.

Ad və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • "Humay" mükafatı ("Uğurlu prodüser" nominasiyası) (2014)
  • 13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) "Nabat" bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatı (2015)
  • "Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[2]
  • Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il)[3]

Reklam kampaniyasının rəhbəri kimi

  1. Məhəllə (film, 2003) (tammetrajlı bədii film)
  2. Məhəllə 2 Moskvada (film, 2004) (tammetrajlı bədii film)
  3. Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film)

Aktyor kimi

  1. Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film) (rol: kuryer)

Prodüser kimi

  1. Bomba (film, 2005) (tammetrajlı bədii film)
  2. Toy (film, 2005) (tammetrajlı bədii film)
  3. Ailəm (film, 2006) (üçseriyalı film)
  4. İnterpapa (film, 2006) (tammetrajlı bədii film)
  5. Qonşular (film, 2006) (bədii serial)
  6. Halal pullar (film, 2008) (tammetrajlı bədii film)
  7. Dolu (film, 2012) (tammetrajlı bədii film)
  8. Çölçü (film, 2012) (tammetrajlı bədii film)
  9. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
  10. Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film)
  11. Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film)
  12. Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (tammetrajlı bədii film)
  13. Nabat (film, 2014) (tammetrajlı bədii film)
  14. Axınla aşağı (film, 2014) (tammetrajlı bədii film)
  15. Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film)
  16. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) (tammetrajlı bədii film)
  17. Sonuncu (film, 2014) (qsıametrajlı bədii film)
  18. İnikas (film, 2014) (qsıametrajlı bədii film)[4]
  19. Çempion (film, 2014) (sənədli film)
  20. Ağır illər... Xoş xatirələr (film, 2014) (sənədli film)
  21. Dərs (film, 2015) (tammetrajlı bədii film)
  22. Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
  23. Xeyir ilə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
  24. 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
  25. Qatil (film, 2015) (tammetrajlı bədii film)
  26. 40-cı paraleldə (film, 2016) (kinoalmanax)
  27. Qırmızı bağ (film, 2016) (tammetrajlı bədii film)
  28. İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film)
  29. Üçüncü günün adamı (film, 2016) (tammetrajlı bədii film)
  30. Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film)
  31. Yoxdu belə söhbət (film, 2017) (tammetrajlı bədii film)
  32. Eviniz abad (film, 2017) (tammetrajlı bədii film)
  33. Nar bağı (film, 2017) (tammetrajlı bədii film)
  34. Daxildəki ada (film, 2019) (tammetrajlı bədii film)

Bədii rəhbər kimi

  1. Sirat körpüsü (film, 2007) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014) (qısametrajlı sənədli televiziya filmi)
  1. Asimqızı, A. "Geniş baxış" ssenari müsabiqəsi başa çatdı: Müşfiq Hətəmov: "Layihə çərçivəsindən əlavə olaraq daha iki qısametrajlı film nəzərdə tutulur": [Bu münasibətlə Nizami Kino Mərkəzində keçirilən tədbirdə çıxış edən "Azərbaycanfilm" Kinostudiyasının direktoru və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun söylədikləri] //Üç nöqtə.- 2013.- 30 may.- S. 13.
  2. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  3. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  4. Kəpəz TV. ""İnikas" filmi beynəlxalq festivalda (Kepez Tv)" (az.). Youtube.com. 11.06.2016. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-11.