Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Müşviq Qabil oğlu Abbasov (16 aprel 1970; Abdal Gülablı, Ağdam, Azərbaycan — 6 oktyabr 2020; Qərvənd, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Müşviq Abbasov | |
---|---|
Müşviq Qabil oğlu Abbasov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Abdal Müşviq |
Doğum tarixi | |
Doğum yeri | Abdal Gülablı, Ağdam, Azərbaycan |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Qərvənd, Ağdam, Azərbaycan |
Vəfat səbəbi | şəhid olub |
Dəfn yeri | Ağdam Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | İntiqam, Şamil, Əli |
Atası | Qabil Abbasov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1991-1994; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Əsgər Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur.
Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi.
Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və burada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlmişdir.
Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq İkinci Qarabağ müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]