Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mafiya
Mafiya — terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər. == Tarixi və quruluşu == Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər) Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub.
Maniok
Manihot esculenta (lat. Manihot esculenta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin manihot cinsinə aid bitki növü. Tropik və subtropik Amerikada yetişən bu bitkinin yüz əllidən çox növü var. Kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır, həmçinin nişastasından tapioka keçirildiyi üçün kommersiya cəhətdən də əhəmiyyəti böyükdür. Maniok kökləri, heyvan yemi kimi də istifadə edilir. Xüsusilə halqa və ya un halında satılan maniok, kiçik malları və donuz balalarını bəsləməkdə istifadə edilən, həzmi çox asan bir qidadır. Maniok Braziliyada bitən bir növündən kauçuk əldə edilir.Bitkinin əsas istehsalçıları Nigeriya, Tailand, İndoneziya, Braziliya və Konqo Respublikasıdır.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Mario
Mario (yap. マリオ, ing. Mario) - Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır. == Haqqında == Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Adam Maniok
Adam Maniok – (mac. Mányoki Ádám, 1673[…] – 6 avqust 1757, Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur. == Həyatı == Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Marion Kotiyar
Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975[…], Paris) — fransız teatr, televiziya və kino aktrisası. == Həyatı == === Uşaqlığı === Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır. Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur.
Marion Kraxt
Marion Kraxt (5 dekabr 1962, Münxen) — alman aktrisa. == Filmoqrafiyası == 1970: Schulmädchen-Report: Was Eltern nicht für möglich halten 1971: Wer zuletzt lacht, lacht am besten 1974: Du Land der Liebe 1976−1979: Buddenbrooks 1977: Passion Flower Hotel 1977: Das chinesischen Wunder 1978: Lady Dracula 1978: Leidenschaftliche Blümchen 1979: Das feuerrote Spielmobil (Tv) 1981: Nach Mitternacht 1981: Das kleine Hotel 1982: Der Jagerloisl 1982: Familienbande (Tv) 1982: Christian und Christiane (Tv) 1983: Es gibt noch Haselnusssträucher 1983: Abenteuer Bundesrepublik (Tv) 1984: Das Geschenk 1984: Tiere und Menschen (Tv) 1985: Derrick – Lange Nacht für Derrick 1985: Alte Sünden rosten nicht 1985−1994: Diese Drombuschs 1985−1989: Ein Heim für Tiere 1986: Spätes Erröten 1988: The Contract 1987: Tödlicher Auftrag 1989: Seine beste Rolle 1992: Felix und 2x Kuckuck 1992: Böses Blut Rolle 1993: Kein perfekter Mann 1993: Il Mister 1993: Das Traumschiff – Hongkong 1994–2000: Der Havelkaiser 1994: Der Nelkenkönig 1994: Coked out 1995: Flucht ins Paradies 1995: Inseln unterm Wind 1995: La Voce del cuore 1995: Coked out 1996: Die Geliebte 1996: Tödliche Wende 1997: Klassenziel Mord 1997: Dove Comenica il sole 1998: Verwirrung des Herzens 1998: Die letzte Station 1998: Gottes vergessene Kinder 2001: Das Traumschiff – Las Vegas 2001−2005: Hallo Robbie!
Marios Andreou
Marios Andreu (yun. Μάριος Ανδρέου; 26 avqust 1998-ci ildə anadan olub) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kipr futbolçusudur. == Klub karyerası == Andreou öz peşəkar karyerasında debütünü 19 fevral 2017-ci ildə Karmiotissa klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Aleks da Silvanı əvəz etmişdir. Həmin görüşdə Apollon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Maritz üsyanı
== Giriş == On iki il əvvəl İkinci Boer müharibəsinin sonunda köhnə Boer döyüşçülərindən sülh şərtlərinə əməl edəcəklərinə dair əhd imzalamaları tələb olundu.Deneyz Reyts kimi bəzi üsyançılar bu tələbdən imtina etdilər və Cənubi Afrikadan sürgün edildilər. Sonrakı onillikdə bir-çox insanlar geri qayıtdılar və onların bir-çoxu qayıtdıqdan sonra əhd imzalamadılar. İkinci Boer müharibəsinin sonunda sona qədər mübarizə aparan Boerlər "Bittereinders" (acıya adanmışlar) kimi tanındılar. Boer və ya Beş şillinq üsyanı kimi də bilinən Maritz üsyanı,1914-cü ildə(Birinci Dünya müharibəsinin əvvəllərində)Cənubi Afrika Cümhuriyyətinin yenidən qurulmasını dəstəkləyən Boerlərin rəhbərliyi altında Cənubi Afrikada baş vermiş silahlı üsyan olmuşdur. Hökumətin bir-çox üzvləri on iki il əvvəl başa çatmış İkinci Boer müharibəsində ingilislərə qarşı Maritz üsyançıları ilə birgə mübarizə aparan köhnə Boerlər idi. Üsyan uğursuzluqla nəticələndi və üsyan başçıları ağır həbs cəzasına məhkum olundular. == Üsyan == Birlik Müdafiə Qüvvələri Komandiri, general-mayor Kristian Frederik Beyers Cənubi lAfrika hökumətinin hücum əməliyyatları aparma qərarına qarşı çıxdı. O,1914-cü il sentyabrın 15-də səlahiyyətlərindən imtina edərək qeyd edirdi:-"Müharibənin almanların "barbarlığına" qarşı davam etdirilməsi çox üzücüdür. Biz Cənubi Afrikadakı müharibə dövründə baş verən qəddarlıqları bağışladıq, amma unutmadıq". Bununla o, Boer müharibəsi dövründə baş vermiş qəddarlıqları xatırlatmağa çalışmışdı.
Mafiya Dövləti
Mariya Matios
Mariya Matios (ukr. Марія Василівна Матіос; 19 dekabr 1959, Putil rayonu[d], Çernivtsı vilayəti) — Ukrayna yazıçısı (şair, nasir) və siyasətçi. Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2005). Vitali Kliçkonun İslahatlar Uğrunda Demokratik Alyansı Partiyasndan VII çağırış və Petro Poroşenko Bloku partiyasından VIII çağırış Ukraynanın xalq deputatı. == Bioqrafiyası == Mariya Matios 19 dekabr 1959-cu ildə Çernivtsi vilayətinin Putil rayonunun Rostoki kəndində anadan olub. 1982-ci ildə Çernivtsi Dövlət Universitetinin (indiki Yuri Fedkoviç adına Çernivtsi Milli Universiteti) filologiya fakültəsinin Ukrayna dili və ədəbiyyatı bölməsini bitirmişdir. Universitet kitabxanasında kitabxanaçı işləmişdir. Səkkiz il müddətində Çernivtsi Maşınqayırma Zavodunda işləyir. Yazıçılar İttifaqının Çernivtsi Vilayət təşkilatı sədrinin müavini, "Bukovinski jurnalu" mətbu orqanının məsul katibi olur. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin köməkçisi işləyib.
Əsgər (mafiya)
Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Hafiz (Bostanabad)
Hafiz (fars. حافظ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Hafiz Abdullayev
Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984; Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR — 14 aprel 2019; "N" saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid. == Həyatı == Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur. 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Hafiz Abdullayev 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. Gizirlik kursunu bitirən Abdullayev xidmətini "gizir" rütbəsində yerinə yetirmişdir. Hərbi xidməti zamanı bir neçə yubiley medalları və fəxri fərmanlarla təltif edilmişdir. 7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.
Hafiz Abdurrəhmanov
Hafiz Xalid oğlu Abdurrəhmanov (21 noyabr 1989; Şəmkir rayonu, Azərbaycan — 2 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008-ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır. == Hərbi xidməti == 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır. 2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
Hafiz Heydərov