Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miniven
Mikrofurqon, Miniven, çoxməqsədli nəqliyyat vasitəsi, çoxməqsədli avtomobil, çoxməqsədli maşın və ya MPV şəxsi məqsədlərdə istifadə üçün nəzərdə tutulmuş olan furqon növüdür. Minivenlər adətən tək və ya cüt qutu formasında dizayn edilirlər və maksimum daxili həcmi təmin edirlər. Onlar adətən sedanlardan, hetçbeklərdən və sivilərdən daha hündür olurlar.
Mincivan
Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. == Tarixi == Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. === İşğal dövrü === Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.
Mincivan nahiyəsi
Mincivan nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1.Bozartuq azərb. kəndi (8 ailə) 2. Əbdülsəməd azərb. kəndi (dağıdılıb) 3. Keçlə məzrəə azərb. kəndi (dağıdılıb) 4. Kis kəndi və Qafalı məzrəəsi azərb. kəndi (dağıdılıb) 5. Xürrəmabad azərb. kəndi (dağıdılıb) 6.
Mincivan Dəmiryol Stansiyası
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Con Parker (minitmen)
Con Parker (ing. Con Parker; 13 iyul 1729, Leksinqton[d] – 17 sentyabr 1775, Leksinqton[d], On üç koloniya) — ABŞ müstəmləkə fermeri, əsgəri və daha sonra zabiti. O, 19 aprel 1775-ci ildə Leksinqton döyüşündə Amerika milislərinə komandanlıq etmişdir. == Ailəsi == Con və həyat yoldaşı Lidiya Parkerin 7 övladı var idi: Lidiya, Anna, Con, İsaak, Rut, Rebekka və Robert. Onun bağ evi Leksinqtondakı Sprinq-stritdə idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Frothingham, Richard. History of the Siege of Boston, and of the Battles of Lexington, Concord, and Bunker Hill. C. C. Little & J. Brown. 1851.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.
Tsay İnven
Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti. == Həyatı == 1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub.
Minavər İbrahimova
Minavər İbrahimova (tam adı: Minavər Cəfər qızı İbrahimova) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == İbrahimova Minavər Cəfər qızı 5 may 1946-cı ildə Quba rayonunun Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Quba şəhər 2 saylı orta məktəbi bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Elmi-tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər institutunda (Quba şəhəri) kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1974-cü ildən etibarən NKPİ-də baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 2002-ci ildən "Funksional oliqomerlər" laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal–hazırda "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiridir. == Əsas elmi nailiyyətləri == Rəhbərliyi və bilavasitə iştirakı ilə aparilmiş kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyayaqabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Belə birgə oliqomerlərin yüksək reaksiyayaqabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunduqları bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.
Minirə Ağahüseynova
Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri. == Həyatı == Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır. == Fəaliyyəti == Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir. == Mükafatları == Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. == Həyatı == Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır.Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır. M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen – 23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.