Mincivan azərb. Mincivan Dəmiryol Stansiyası | |
Culfa — Horadiz xətti | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan |
Şəhər | Mincivan |
İstismar ili | 1936[1] |
Bağlanma ili | 1993 |
Sahibi | ADY QSC |
Operatoru | ADY QSC |
Ekspress 3: | 57 00 83 6 |
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır.[2] 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.