Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[2]
Mincivan | |
---|---|
39°01′48″ şm. e. 46°43′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 315 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.[3]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.[5]
1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı.[6].
1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.[7]
1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.[8]
1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.[9]
Siyahıyaalma ili | 1970[10] | 1979[11] |
---|---|---|
azərbaycan türkləri | 4 157 (91,8 %) | 3 844 (98,8 %) |
ermənilər | 219 (4,8 %) | 6 (0,2 %) |
ruslar və ukraynalılar | 83 (1,8 %) | 36 (0,9 %) |
digərləri | 71 (1,5 %) | 3 (0,1 %) |
Ümumi | 4 530 | 3 889 |
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |