Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Mirafət Cavadov
Mirafət Salman oğlu Cavadov (1964 Ağsu - 1992 Gədəbəy) == Həyatı == Mirafət Cavadov 1964-cü ildə Ağsu rayonunun Nuran kəndində anadan olub. == Təhsili == Mirafət təhsilini Nuran kənd orta məktəbində almışdır. == Hərbi xidməti == 1992-ci ildə könüllü olaraq Qarabağ bölgəsinə müharibəyə gedib. Mirafət Başkənd, Mutudərə və Saraylı kəndlərinin alınmasında xüsusi ilə fərqlənmişdir. O, 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamanı şəhid olmuşdur.
Nadir Arastə
Nadir Arastə-Siyasətçi Nadir Arastə Rusiyada təhsil almışdır.O, Sankt-Peterburq hüquq fakültəsi məzunu idi.İrana qayıdandan sonra Xarici İşlər Nazirliyində məşğul oldu. Nadir Arastə, İranın Argentina, Almaniya və Polşada ki səfiri olubdur, o həmçinin Xuzistan, Gilan və İsfahan ostanlarının qubernatorları və Yol naziri və Post,Teleqraf və Telefon naziri kimidə vəzifə edib.
Miranti du Vali
Miranti du Vali (port. Mirante do Vale) — San-Pauluda göydələn. 1960-cı ildə inşa edilmişdir. Hazırda Braziliyada ən yüksək göydələndir. Hündürlüyü 170 metr, mərtəbələrinin sayı 51-dir. 75.000 kvadrat metrdir.
Miras (dəqiqləşdirmə)
Miras — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. "Miras: Bakının sirri" — Çingiz Mehbalıyev tərəfindən yazılmış Azərbaycanda ilk milli intellektual detektiv janrında roman. Miras (film, 1993) — Bakı Toxuculuq Birliyinin keçmişindən və bugünkü işlərindən bəhs edən kinolent. Təbii miras, keçmişdən ötürülmüş fauna və flora, geologiya, landşaft və relyef formaları, eləcə də təbii sərvətlər; Mədəni miras, insanlar tərəfindən yaradılmış fiziki baxımdan toxunula bilən (heykəl, qurğu və s.) və toxunula bilməyən (əsasən intellektual mülkiyyət); Ərzaq mirası; Sənaye mirası, sənaye mədəniyyətindən qalan abidələr; Ənənələr, əcdadlardan qalma adət-ənənə, inanc və qaydalar; Virtual miras, informasiya-kommunikasiya texnologiyaları əsaslı işlər; Vəsiyyət, insanların öləndən sonra digərlərinə ötürdükləri maddi və mənəvi mülkiyyət; İrsiyyət, bioloji olaraq insanların fiziki xüsusiyyətlərinin ötürülməsi; Doğum haqqı, insanın doğulduğu xüsusiyyətlərə (yer, vaxt, ailə və s.) məxsus olduğu təbii hüquqlar; Qohumluq, müxtəlif canlıların (insan, heyvan, bitki və s.) genoloji kökləri arasında mövcud əlaqə qəsasında malik olduqları ümumilik.
Mirat (jurnal)
"Mirat" jurnalı (az-əbcəd. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. == Tarixi == "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Miras heykəli
Miras heykəli (türk. Miras Heykeli) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Türk heykəltaraş Metin Yurdanurun əsəridir. Türkiyənin paytaxtı Ankarada ilk mülki heykəl olması ilə tanınır. Heykəldə Molla Nəsrəddin het ximerası üzərində, arxaya oturmuş təsvir edilmişdir. == Tarix == 1979-cu ildə Ankara Böyükşəhər Bələdiyyəsi “şəhərin plastik elementlərlə təchiz edilməsi layihəsi”nin hazırlanması təşəbbüsü ilə çıxış edərək Ankaranın müxtəlif ərazilərini bəzəmək üçün bir sıra heykəltaraşlıq işlərini sifariş verib. Mətin Yurdanur başda olmaqla bir neçə heykəltaraşın hazırladığı bu əsərlər elə həmin il bələdiyyə orqanlarına təqdim olunub. Belə ki, bu layihə çərçivəsində Yurdanurun “Mirası” Ankara Dəmiryolu Vağzalının bağçasında, “Ellər” Abdi İpəkçi parkında, “Həmrəylik” isə Meydanda yerləşdirilib. == Təsvir == Miras heykəli Anadolu ilə əlaqəli iki fərqli, lakin əhəmiyyətli mədəniyyət rəmzlərini birləşdirir. Beləliklə, müxtəlif dövrlərdə eyni torpaqda mövcud olmuş Anadolu sivilizasiyalarının birliyini və davamlılığını simvolizə etmək nəzərdə tutulur.
Miras: Bakının sirri
Miras (film, 1993)
== Məzmun == Kinolent Bakı Toxuculuq Birliyinin keçmişindən və bugünkü işlərindən danışır. == Film haqqında == Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan Bakı Toxuculuq Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nemət Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Bakı Toxuculuq Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Miras (teleserial, 2018)
Miras (ing. Legacies) — Amerika fantastik dram televiziya serialıdır. Culi Plek tərəfindən İlk doğulmuşlar-ın spinoffu olaraq yaradılmış 25 oktyabr 2018-ci ildə The CW -də premyerası baş tutmuşdur. Vampirin gündəlikləri kainatının bir hissəsi olduğu üçün hər ikisindəki eləcədə Vampiri gündəliklərindəki personajlarını əks etdirir. Daniell Rouz Rassell İlk doğulmuşların son beşinci mövsümündə yaratdığı 17 yaşlı Houp Mayklson rolunu davam etdirir. Matt Davisdə Vampirin gündəlikləri-n dəki Alarik Saltzman rolunu yenidən canlandıraraq serialda yer alır. 2022-ci ilin may ayında dördüncü mövsümün son mövsümü olacağı açıqlandı. == Mövzu == Miras Klaus Mayklson və Heyli Marşalın qızı olan və ən güclü vampir, canavar və cadugar nəslindən olan Houp Mayklsonun ətrafında cərəyan edir. İlk doğulmuşlar-dakı hadisələrdən iki il sonra 17 yaşlı Houp Salvatore Gənc və İstedadlılar Məktəbində oxuyur. Məktəb fövqəltəbii varlıqların öz qabiliyyətlərini və impulslarını idarə etməyi öyrənə biləcəyi bir cənnət təmin edir.
Bornun mirası (film, 2012)
Bornun mirası (ing. The Bourne Legacy) — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.
Miras: Bakının sirri (kitab)
Miracle
Miracle — ingilis dilində möcüzə mənasına gələn söz.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Miracle Aligner
"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib. Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib. == Haqqında == Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi.
Tomoyuki Hirase
Tomoyuki Hirase (d. 23 may 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İnori Minase
İnori Minase (水瀬 いのり, Minase Inori, d. 2.12.1995) — Yaponiya səs aktrisası və müğənnisi. Sony Music Entertainment Japan şirkətinin budaq şirkəti olan Sony Music Artists üçün fəaliyyət göstərir. 2015-ci ilin dekabrında King Records leyblı altında müğənni kimi debüt etmişdir. 2016-cı ilin martında "The Anthem of the Heart" anime filmindəki Cun Naruse roluna və "School-Live!" anime serialındakı Yuki Takeya rolunda görə 10-cu Seyyu mükafatı tədbirində "Ən yaxşı baş rol" kateqoriyasında mükafat sahibi olmuşdur.
Miraş (Mahnişan)
Miraş (fars. مراش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (57 ailə).
Dassault Mirage F1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Dassault Mirage III
Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir. Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), Peru və Venesuela daxildir. İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu. Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.
Dassault Mirage IV
Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur. Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir. Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.
Dassault Mirage V
Dassault Mirage 5, Dassault Aviation tərəfindən buraxılmış Fransa istehsalı bir hücum təyyarəsidir. Təyyarə Dassaultun ən populyar təyyarəsi olan Mirage III təyyarəsinin baza modeli əsasında hazırlanıb. Mirage 5 nüvə silahı daşıya bilir. Mirage V Mirage III-ün yaxşı hava şəraitində işləyə bilən ixracat yönümlü qırıcı-hücum modelidir. Radonun çıxarılması və digər elektron avadanlıqların azaldılması təyyarənin qiymətini endirsə də, yanacaq sərfiyyatını artırmışdır. Əbu Dabi, Belçika, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan, Peru, Venesuela və Zairə ixrac olunmuşdur. İsrail də bu təyyarədən sifariş vermiş, lakin Fransa bu sifarişi qəbul etmədikdən sonra İsrail, Pratt & Whitney J-79 motoru ilə təchiz edilmiş və "Kfir" adını verdiyi öz modelini hazırlamışdır.
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Miracle (Səmra Rəhimli mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Azərbaycanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Səmra Rəhimli "Miracle" mahnısı ilə Azərbaycanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Amir Ali, Yakob "Jakke" Eriksson və Henrik Vikström tərəfindən bəstələnmişdir.