The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir.[2] 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır.
The Pirate Bay | |
---|---|
URL | thepiratebay.org |
Dilləri | ingilis dili, isveç dili, Nyunorsk, Bukmol, Danimarka dili, fin dili, İsland dili, alman dili, niderland dili, italyan dili, ispan dili, portuqal dili, fransız dili, braziliya portuqal dili, polyak dili, Macar dili, yunan dili, türk dili, rus dili, Slovak dili, katalan dili, ivrit dili, yapon dili, bolqar dili, Eston dili, ərəb dili, serbcə, Çin dili, çex dili, Sloven dili, ukrayn dili, Malay dili, Benqal dili, Alban dili, xorvat dili |
Açılma tarixi | 15 sentyabr 2003 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi.[3] Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi.[4]
2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər.[5] Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu.[6][7][8][9][10] Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.[4]