Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Vaçar
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır. == Tarixi == Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir. Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir. Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir: Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır. == Abidələri == === Mamakan xatun kilsəsi === Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.
Açar
Açar (kilit)
Göydələndə nahar
Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto. == Qısa xülasə == Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut) hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi. Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur. Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı. == Müəllif == Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.
Nahar (Əhər)
Nahar (fars. نهار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (57 ailə).
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Nazar (Baymak)
Nazar (başq. Наҙар, rus. Назарово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 71 km, kənd sovetliyindən (1-ci Türkmən): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 41 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir. Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Vaçar kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir. == Tarixi == Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir: == Memarlıq xüsusiyyətləri == Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir. Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır. Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. == Həyatı == Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Navar xalqı
Navar xalqı — İordaniya, Suriya, Livan və Fələstində istifadə edilən bir neçə köçəri icma üçün ərəb terminidir. Alçaldıcı hesab edilən bu termin ərəblər tərəfindən bir neçə müxtəlif etnik qruplar üçün istifadə olunur. Onlar tarixən "qaraçılar" adlandırılıblar, əslində isə onlar özlüyündə qaraçı deyillər. Dom xalqı xüsusilə Navar kimi tanınır. Həm onlar, həm də qaraçılar Hindistandan gəlsələr də, iki kəskin fərqli etnik və mədəniyyətdən gəlmişdilər. Bu sayca kiçik, geniş yayılmış insanlar Cənubi Asiyadan, xüsusən də Hindistandan bölgəyə köçüblər. Digər ölkələrdə olduğu kimi, onlar özlərini şərəfsiz, lakin ağıllı hesab edən əhalinin qalan hissəsindən uzaq durmağa meyillidirlər. Nəvarlar ənənəvi olaraq toy və şənliklərdə musiqili əyləncələr təqdim edirdilər. Navarlı qadınların bu cür fəaliyyətlərdə iştirakı gəlirli olsa da, eyni zamanda qrupun aşağı statusunu gücləndirir. Navar həm də festivallarda falçı, sehrbaz və heyvan təlimçisi kimi fəaliyyət göstərir.
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Dəyişdirici, açar
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. == Həyatı == Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
Nacax
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Bala Qacar
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Böyük Qacar
Böyük Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qacar Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim qacar tayfa adı ilə bağlı yaranmışdır. Böyük sözü toponimi digər eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir. 1933-cü ildə Böyük Qəcər variantında qeydə alınmışdır.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti. == Həyatı == Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır. 1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir. 1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi. == Həyatı == Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. == Yaradıcılığı == Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır. Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.
Qacar (Füzuli)
Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir. == Tarixi == 1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub.
Qacar (dəqiqləşdirmə)
Qacar — Azərbaycan-türk dövləti. Qacar — Azərbaycan-türk sülaləsi. Qacar (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qacar Zeyid
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır. == İqtisadiyyatı == Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.
Qacar dövləti
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qacar eli
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. == Məzmun == Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır. == Rollarda == Darbi Stanşfild — ailə başçısı Nina Lok rolunda Konnor Cessap — ailənin ən böyük oğlu Tayler Lok rolunda Emili Cons — ailənin ortancıl uşağı və tək qızı Kinsi Lok rolunda Cekson Skott — ailənin ən kiçik oğlu Bodi Lok rolunda Petrik Cons — akademiyadakı ingilis rejissor tələbə Skot Kavendiş rolunda Laysla de Oliveriya — "gözəl qadın" fomrasındakı şeytani varlıq Doc rolunda Qriffin Qlak — Docun formasını aldığı və Kinsinin sevgilisi Qeb rolunda Aron Aşmor — Rendellin kiçik qardaşı Dunkan Lok rolunda (2-ci mövsüm) Halle Cons — iblis tərəfindən ələ keçirilən tələbə qız Eden Hokins rolunda Brenden Hins — akademiyadakı müəllim Fredrik Qidon rolunda (2-ci mövsüm) == Epizodlar == === Ümumi baxış === === Mövsüm 1 (2020) === "Methesona xoş gəldiniz" "Tutucu / gözətçi" "Baş oyunları" "Açarların gözətçiləri" "Ailə ağacı" "Qara qapı" "Parçalanma" "Lənətə gəlmiş Günəş şüası" "Əks-səda" "Kölgələrin tacı" === Mövsüm 2 (2021) === "Premyera" "Baş və ürək" "Kiçik dünya" "Məni unutma" "Keçmiş proloq" "Labirint" "Ən yaxşı planlar" "Oddakı ütülər" "Alfa və omeqa" "Kliffhanqr" == Mükafatlar və namizədliklər == == İstinadlar == == Xarici keçidlər == Kilid və açar Netflix-də Kilid və açar — Internet Movie Database saytında.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.