ƏL

is.
1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sığallamaq. Əli ilə götürmək. İnsan işlərinin çoxunu əlləri ilə görür. – Tək əldən səs çıxmaz. ( Ata. sözü ).
Əfsus ki, qocaldım ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir.

2. Bəzi heyvanların qabaq ayaqlarının hər biri. Meymunun əlləri adam əlinə oxşayır. Pişik əlləri ilə üzünü yuyur.
3. Dəfə, kərə, yol (adətən saylarla). Bircə əl oynayaq.
– Bu əsnada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid.
İki əl səpdikdən sonra çuxasının ətəyini silkələyərək gəlib cütün dəstəsindən yapışdı. S.Rəhimov.

4. İştirak, əlaqə.
□ Əli ilə – vasitəsilə, köməyi ilə. Başqasının əli ilə iş görmək. – Əli olmaq – iştirakı, müdaxiləsi, əlaqəsi olmaq. Bu işdə onun da əli var.
– Bilirsənmi, yoldaş Tərlan, burada sinfi düşmənlərin əli var. M.Hüseyn.

5. Əlində, əlimdə və s. – malikiyyət, ixtiyar, iqtidar, idarə, sərəncam, asılılıq mənasında. Bu iş mənim əlimdədir.
□ Əlində olmaq1) imkanı, ixtiyarı, bacarığı, iqtidarı dairəsində olmaq. Gəncləşmək [Muradın] əlində deyildi.
Onu təbiət qocaltmışdı. S.Hüseyn;

2) ixtiyarında, hakimiyyətində, sərəncamında, asılılığında, idarəsində olmaq.
6. Əllə görülən işdə məharət, bacarıq mənasında. Cərrahın əli ağırdır. Rəssamın gözəl əli var.
7. Növbət, sıra. Əl kimdə isə oynasın. İndi mənim əlimdir.
8. Tərəf, yan. Sağ əldə oturmaq. Sol əldəki mağazaya getdim.
– Qazmaçı Kərim … yolun sağ əlində yamacdakı birmərtəbəli, uzunsov evdə yaşayırdı. M.İbrahimov.

9.
…əlindən şəklində işlənərək səbəb bildirir. İş əlindən macal tapmır. Adam əlindən gəzməyə yer yoxdur.
– Hicr əlindən pərişanam yüz ildi. Q.Zakir.
Çala-çuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən.

10. Çıx.
halında: əldən zərf1) tez, cəld, gözləmədən, qaçaraq, əlbəəl. Əldən bir papiros al! Əldən beş manat verdi;
2) mağazadan yox, əldə satandan. O, əldən bir samovar aldı.
11. Yerl.
halında: əldə1) mövcud, faktik. Əldə olan məlumata görə.
– Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq … insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi;

2) riyaz. Yadda, fikirdə, nəzərdə, xatirdə. İki yazırıq, bir əldə.
12. Bir çox mürəkkəb alət və s. adlarının birinci tərkib hissəsi olub, onların kiçik, əllə, ya əldə işləndiyini göstərir; məs.: əl arabası, əl mişarı, əl fənəri, əl tərəzisi, əl pulemyotu.
13. Əldə böyüdülmüş, ələ öyrədilmiş, əhliləşdirilmiş mənasında heyvan, quş adlarının əvvəlinə gətirilir; məs.: əl toğlusu, əl tulası, əl göyərçini.
◊ Əl açmaq1) əl qaldırmaq, əllərini işə salmaq, zor işlətmək.
…İnşaallah, bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar – hamısını xingal kimi doğrayacağam. M.F.Axundzadə;

2) müraciət etmək, istəmək.
İşdir, gedib qulluq tapmadım, kəndə qayıtmağa da pulum olmadı, onda kimə əl aça bilərəm? M.Hüseyn.

// Yalvarıb xahiş etmək, dilənmək.
Eşqin əsiri olmayın; Əl açıb, boyun burmayın. Aşıq Hüseyn.

Əl ağacı – yeriyərkən söykənmək üçün əldə tutulan nazik ağac. Əl ağacı adama əyri görünər. ( Ata. sözü ).
[Qərənfil xala] bucaqdakı əl ağacı ilə qapını örtdü. Ə.Vəliyev.

Əl altında1) hazır, amadə. Əl altında saxlamaq;
2) yanında, rəhbərliyi altında.
[Xavəri] evlərinə atasının əlinin altında işləməyə aparmışdı. M.İbrahimov.

Əl altından çıxmaq – ustanın əli altında öyrənərək təcrübə hasil etmək.
Əl aparmaq – əl uzatmaq, əl atmaq.
[Axund:] Axı, belə müsəlmançılıq olmaz, … axır qurana da əl apardın? C.Cabbarlı.

Əl atmaq1) girişmək, təşəbbüs etmək. O, hər işə əl atır. – Düz deyirsən, əmi, bu peşəyə təzə əl atmışam, … özüm aqronomam. “Kirpi”;
2) istifadə etmək, tətbiq etmək, müraciət etmək. Ciddi tədbirlərə əl atmaq.
– Mürtəcelər demokratik hərəkatı ləkələmək və pozmaq üçün hər cür iftira və fitnə-fəsada əl atırlar. M.İbrahimov;

3) əlini uzatmaq. Əl atıb götürdü. Əl atıb cibindən papiros çıxartdı.
[Yaşlı kişi:] İki saatdan bəri min müşkülatla doldurduğum səbətə [Şirinnaz] əl atıb onu qaldırmaq istədi. S.Hüseyn.

// Əlini uzadıb götürmək.
Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə;

4) sataşmaq, təcavüz etmək istəmək.
[Məşədi Qədir:] Bəli, yoldaşlar, ərz eləyirəm ki, bizim namusumuza əl atıblar. T.Ş.Simurq.
Gördüm ki, əl atır bir zabit qıza. M.Rahim;

5) birini buraxıb o birisindən yapışmaq, başlamaq.
…Bu məktəbdən çıxıb, o məktəbə girib, bu rayondan üzülüşüb, o biri rayona əl atıb. S.Rəhman.

Əl ayası – ovucun içindəki düz yer.
Əl bağlamaq – hazır durmaq.
Əl basmaq – and içmək. O, ürəyinə əl basıb söz verdi.
Əl boyda – çox kiçik, lap balaca, bir qırıq. Əl boyda kağız.
– Hər dəfə əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Cəlal.

Əl bulamağına dəyməz – dəyərsiz, lüzumsuz, faydasız, heç bir xeyir gözlənilməyən şey haqqında.
Əl cəldliyi – cəldlik, əldən itilik, əl itiliyi. Əl cəldliyi cərrah üçün vacib şərtdir.
Əl çalmaq1) alqış əlaməti olaraq əllərini biri-birinə çırpmaq, alqışlamaq. Artistə hamı əl çaldı. Oynayanlara əl çalmaq. – Həyətdə palaz döşənib samovar qoyulmuşdu.
Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. Çəmənzəminli.
…Fəhlələr müdiriyyət tərəfindən “intizamı” qorumaq üçün əvvəlcədən görülən tədbirlərə baxmayaraq, dəzgahların başındaca durub əl çalır. M.İbrahimov.
Hamı irəli boylanaraq əl çalırdı. Ə.Məmmədxanlı;

2) sevinmək.
Ağlama, dəli könlüm; Düşmən görər, əl çalar. (Bayatı).

Əl çatmaq – əldə edilməsi mümkün olmaq, ələ gəlmək.
Əl çəkmək1) buraxmaq, boşlamaq, əlaqəni kəsmək.
Hacı Sultan ticarətdən tamamilə əl çəkib iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn;

2) vərdiş etdiyi bir şeydən imtina etmək, daha etməmək, buraxmaq, tərk etmək. Papirosdan əl çəkmək. Pis adətlərdən əl çəkmək.
[Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əyər o əl çəkə, ölkə farağat olar. M.F.Axundzadə;

3) vaz keçmək, imtina etmək. Öz məqsədindən (fikrindən) əl çəkmək;
4) keçmək.
Ay dəmdəməki, sən … necə qorxmadın, o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? C.Məmmədquluzadə;

5) üz döndərmək, daha özününkü hesab etməmək, dönmək, əlaqəsini kəsmək. Öz ata-anasından əl çəkmək. Öz övladından əl çəkmək;
6) rahat buraxmaq, əl götürmək, yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl çəkdi.
– Rüstəm bəy: – Məhəmmədəli, səni and verirəm atanın goruna, məndən əl çək! C.Məmmədquluzadə.
Bu sirri öyrənməmiş onun yaxasından əl çəkməyəcəyik. M.Hüseyn;

7) bax əl qoymaq 2-ci mənada. Qoca qarı uşağın başına əl çəkdi.
Əl çirki – pula ikrah və etinasızlıqla verilən ad.
[Məşədi:] Pul deyəndə, əl çirkidir, rəhmətlik ilə duz-çörək yemişik. Ə.Haqverdiyev.

Əl çırpmaq – bax əl çalmaq.
Əl dəymək – əl vurmaq, toxunmaq.
Bu eldə bir dənəyəm; Əl dəymə, pərvanəyəm; Yarım gedib səfərə; Dərdinnən divanəyəm. (Bayatı).
[Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əl dəyməmiş qovundur. Aşıq Qərib”.
Sal dəmiri kürədə qızdırıb gavahının burnundan çiyninə kimi elə yapışdırdı ki, baxanda deyərdin, əl dəyməyib… S.Rəhimov.

Əl eləmək (etmək)1) çağırmaq əlaməti olaraq əlini yelləmək, əli ilə işarə edib çağırmaq. O, əl elədi, mən yanaşdım.
[Mirzə Səfər] dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Ə.Haqverdiyev;

2) xudahafizləşmə əlaməti olaraq əlini yelləmək.
[Tahir] …qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn.
Bizim dərya könlümüzdə Vətən eşqi var; Sür gəmini, qoy sahildən əl eləsin yar. Ə.Cəmil.

Əl əməyi (zəhməti) – əllə görülən iş. Əl əməyini yüngülləşdirmək.
Əl əsası məc. – dayaq, söykənəcək.
Gözəl bir qız sevib almaq, qocalığın əl əsasıdır, – dedi. A.Şaiq.

Əl əti məh. – evdə kəsilən heyvanın əti.
Əl gəzdirmək1) əllə bir şeyi nizama, səliqəyə salmaq, yaxud pozmaq, qarışdırmaq. Bu kitablara yenə kim əl gəzdirib, heç biri öz yerində deyil. – Xankişi stullara əl gəzdirməyə başladı.
Hamını növbə ilə bir arvad, bir kişi düzdülər. Mir Cəlal.

// Araşdırmaq, əlləşdirmək;
2) üzərində bir qədər işləmək, düzəltmək. Əlyazmasına bir əl gəzdirmək lazımdır;
3) oğurlamaq, soyub aparmaq. Evinə yaxşıca əl gəzdirdilər.
– Qalxdı hirslə ayağa; Soyğunçular adətincə əl gəzdirdi otağa. Ə.Cəmil.

Əl gəzmək – əl toxunmaq, əl dəymək. Aşıq Ələsgər məsti aldı.
Baxtı gördü ki, zalım oğlu elə tikib ki, elə bil heç üstündə əl gəzməyib; iki göz gərək tamaşa eləyə. Aşıq Ələsgər”.

Əl götürmək – bax əl çəkmək.
Mərd olanlar keçər külli varından; Əl götürməz namusundan, arından. M.V.Vidadi.
[Mirzə Turab:] …Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz. B.Talıblı.
[Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür! Ə.Haqverdiyev.
Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi. Mir Cəlal.

Əl ilişdirmək – bir işlə məşğul olmağa başlamaq.
Əl işi – maşın vasitəsilə deyil, əllə görülən iş, əl vasitəsilə hazırlanan şey.
Kurs, klub, əl işi, zəhmət nə demək, can nə demək? On beş arşın güllü çitdəndi tumanım, çadra! Ə.Vahid.

Əl kiri – bax əl çirki.
Əl kölgəliyi – vaxt, imkan.
[İbrahim bəy:] …Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. N.Vəzirov.

Əl qaldırmaq (qalxızmaq)1) kimisə vurmağa təşəbbüs etmək. Heç kəs sənə əl qaldıra bilməz.
[Kəndlilər:] Qulamhüseyn bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu bəyi də həbsə almaq olarmı? B.Talıblı.
Bu … nə qiymətli adamdır ki, onun üstündə əziz qardaş mənə əl qaldırdı? S.Rəhman;

2) səsvermə zamanı əlini qaldırmaqla lehinə səs vermək. O, yerli komitəyə seçiləndə mən ona əl qaldırmışam;
// əlini qaldırmaqla lehinə, ya əleyhinə səs vermək.
Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal.
[Səfərəli:] Kim tətil tərəfdarı isə, əlin qaldırsın. H.Nəzərli;

3) təslim, tabe əlaməti olaraq əlini və ya əllərini yuxarı qaldırmaq;
4) dua etmək;
5) əlini qaldırmaqla söz istəmək.
…Solmaz əlini qaldırıb söz istədi. S.Rəhimov.

Əl qatmaq1) qarışmaq, məşğul olmaq, işə qarışmaq.
Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ə.Haqverdiyev.
Bu adam fağır-məzlumun birisi olmasa, heç əl qatmaram. Mir Cəlal.
Hər bir işə əl qatdı, mürüvvət götürüldü! Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir;

2) yapışmaq.
Nə bilim Zalxa dua yazdıracaq at nalına; Tazə arvad da bunun əl qatacaqdır yalına… Ə.Nəzmi.

Əl qoymaq1) razı olmaq, razılığını bildirmək.
[Hacı Mehdi:] Əgər bu işə əl qoyacaqsan qoy, qoymayacaqsan onu de… Ə.Haqverdiyev;

2) mövhumata inanan şəxslərin duazikr etməklə adamın (xüsusilə bərk qorxmuş adamın) başına əl çəkmək şəklində icra etdikləri dini ayin.
Çox adam əhlü əyalın aparıb qoydurub əl; Xalq hərçənd deyir özgə təhər böhtanı. S.Ə.Şirvani.

Əl mənim, ətək sənin – yalvarış ifadəsi.
Atım, tutum alma, yar; Evdə yalqız qalma, yar; Əl mənim, ətək sənin; Nəzərindən salma, yar. (Bayatı).

Əl ovuşdurmaq – peşman olmaq, məyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan nə çıxar, indi çalış, bundan sonrasını düşün.
Əl oyunu – idmanın tennis, voleybol, basketbol və s. kimi əllə oynanılan növlərindən hər biri.
Üç gündür ki, mərkəzi əl oyunları stadionunda əltopu üzrə Bakı məktəbliləri arasında birincilik yarışları keçirilir. (Qəzetlərdən).

Əl saxlamaq – toxtamaq, dayanmaq, icra etmək istədiyi işi, hərəkəti dayandırmaq.
Qoy musiqi dilə gəlsin, çağlasın; Uzun sözə qıfıl vurub bağlasın; Kim bacarmır çalmasın, əl saxlasın. R.Rza.
Bu uğursuz niyyətinlə bir əl saxla, sən bir dayan. N.Rəfibəyli.
Qardaş oğlanları, yeməkdən əl saxlamayın. M.Rzaquluzadə.

Əl satışı xüs. – əldən satış, malı əldən satma; apteklərdə reseptsiz satış.
Əl sıxmaq – əl verərək görüşmək, salamlaşmaq.
Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra … yoldaşları ilə birlikdə … şayiələri müzakirə üçün çağırılmış iclasa getdi… M.S.Ordubadi.

Əl suyu – Şərq adətincə yeməkdən qabaq əlləri yumaq üçün qonağa təklif edilən su.
Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. M.S.Ordubadi.
[Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o, hər şeydə naşı olsa da, əl suyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal.

Əl tapmaq – üstün olmaq, qalib gəlmək.
Əl ki tutmur yazam, əl tapmaqda; Qələmə, ya davata, bilməyirəm. Şəhriyar.

Əl tərpətmək1) işi yubandırmamaq üçün tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq. Bircə əl tərpət, bu işlərə bir əncam ver. – Ancaq biz bu məsələ ilə əlaqədar olan yoldaşları inandırırıq ki, bir az əl tərpətsələr, bu iş nəinki əlli il, heç əlli saat da qalmaz. “Kirpi”;
2) vurmağa hazırlaşmaq, vurmaq istəmək, əl qaldırmaq.
Əl toxundurmaq – qarışmaq, müdaxilə etmək. Əl toxundurmağa dəyməz.
Əl tutmaq1) əllərini birbirinə verməklə görüşmək.
[Cavad] sonra da ev yiyəsi ilə əl tutaraq əlavə etdi: – Mənə göstərdiyiniz qonaqpərəstliyə dərindən təşəkkür edirəm. Ə.Vəliyev;

2) razılığa gəlmək, razılaşmaq əlaməti olaraq bir-birinə əl vermək;
3) yardım etmək, maddi kömək etmək, borc vermək. Əl tutanın əlindən tutarlar. ( Ata. sözü ).
Bəzirgan Əhməd gəlib bunlara əl tutmaq üçün pul verdi. Aşıq Qərib”.
Ancaq o, darda qalana … əl tutar, sonra isə bir verdiyinə beş alardı. S.Rəhimov.
Varlı qohumlarımdan heç biri belə dar gündə mənə əl tutmadı. C.Cəbrayılbəyli.

Əl tutuşmaq – bax əl tutmaq 1-ci mənada.
Tahir onunla əl tutuşanda qocanın elə bil barmaqlarında toplanmış qüvvətini çox yaxşı hiss elədi. M.Hüseyn.

Əl uzatmaq1) almağa, ələ keçirməyə, əldə etməyə təşəbbüs etmək. Başqasının şeyinə əl uzatmaq;
// götürmək üçün əlini uzatmaq;
// şüru etmək, başlamaq.
Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə.
Uşaq xörəyə də əl uzatmadı. Mir Cəlal;
2) sataşmaq, namusuna toxunmaq istəmək, əl atmaq.
[Vəzir:] …Günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın. M.F.Axundzadə;

3) kömək istəmək, kömək diləmək, kömək üçün birisinə müraciət etmək. Başqasına kömək üçün əl uzatmaq;
4) kömək etmək, yardım etmək, kömək əli uzatmaq. Əlacın olanda el üçün ağla; Yoxsula əl uzat, nəzarət eylə! Aşıq Şəmşir;
5) girişmək, başlamaq.
[Mozalanbəy:] Sən elə məsələlərə əl uzatma. Ə.Haqverdiyev.

Əl üstündə əl var – hər adamdan daha güclü adam var.
Əl üstündə kimin əli – Azərbaycan xalq oyunlarından birinin adı.
Əl üzmək – ümidini kəsmək, daha gözləməmək.
Əzizim gedər, qalmaz; Axar su gedər, qalmaz; Vəfalı əlin üzməz; Vəfasız gedər, qalmaz. (Bayatı).
Vidadi ortaboylu, çalsaqqal, … çox dindar və dünyadan əl üzmüş bir adam idi. Çəmənzəminli.
Üç aydır ki, ormanların arasında yataraq; Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy. S.Vurğun.
Həmin vaxtdan əl üzmüşdü hamı buruqdan. Ə.Cəmil.

Əl verir – bəsdir, yetər, kifayətdir. Əl verir, başqa söz danış.
Əl vermək1) əl-ələ tutmaqla görüşmək. Onlar birbirlərinə əl verdilər.
– Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür, əl verib öpüşürük biz. S.Vurğun;

2) işə yaramaq, xeyirli olmaq, əlverişli olmaq. Bu iş ona əl vermir. – Bahəm söhbət edə-edə gedərik.
Təklik mənə də əl verməz. Ə.Haqverdiyev;

3) üz vermək, baş vermək, olmaq. Peşmançılıq əl verdi. Yorğunluq əl verdi.
– Koroğluya yalqızlıq əl vermişdi. Koroğlu”.
Qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib, Teymur ağanı çəkdim pişləngə. M.F.Axundzadə.

Əl vurmaq1) toxunmaq, dəymək. Hər şeyə əl vurur. Kitablara heç əl vurmamışam. – Bağında bax narınca; Əl vurma saralınca. (Bayatı);
2) qarışmaq, girişmək, toxunmaq, müdaxilə etmək. Sən bu işə əl vursan, mən qarışmayacağam;
3) əl çalmaq.
Əl vurun, cərgə durun; Sonadır, yaylağa gəlir. Aşıq Nəcəf.
Döyüşçülər ayağa qalxaraq əl vurur: – Xalqımıza bizim təşəkkür və salamımızı yetirin! – deyə qışqırırlar. M.İbrahimov;

4) bax əl basmaq.
Gülzarına Quran deyə əl vurdum; İnanmadın niyə, gülmədin yəni. Ə.Cavad.

Əl yaylığı – əl, burun silmək üçün cibdə gəzdirilən kiçik yaylıq. Cibindən əl yaylığını çıxarıb tərini sildi.
Əl yeri – müraciət etmək, sonradan məsələyə qayıtmaq, yenidən danışıq aparmaq üçün vasitə, bəhanə. O, təklifi rədd üçün yenə bir əl yeri saxladı.
– Bircə düyün, yapışmağa bir əl yeri; Bir anlığa səni, səni xilas üçün; Tapılmadı. M.Araz.

Əl yetirmək – kömək etmək.
Ay qadaşlar, mənə bir əl yetirin; Yüküm ağırdı, çata bilməyirəm. Şəhriyar.

Əl yetmək – bax əl çatmaq.
Göyərçin havadadır; Əl yetməz, yuvadadır. (Bayatı).

Əl(lər)i duada din. – dua oxumaq məqsədi ilə əllərini qaldırmış halda.
Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə.

Əl(lər)ini döşünə qoymaq – ehtiram, yaxud razılıq əlaməti olaraq əllərini döşünə qoyub təzim etmək.
Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Ə.Haqverdiyev.
Əl(lər)ini qaldır! – “tabe ol! təslim ol!” mənasında düşmənə əmr.
Əldə bəhanə etmək – əsaslanmaq, bəhanə etmək.
…Şəriəti əldə bəhanə edib, biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. C.Məmmədquluzadə.

Əldə bəsləmək – ev şəraitində, əldə saxlamaq, ələ öyrətmək, əhliləşdirmək.
Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. S.S.Axundov.

Əldə böyümək – ev şəraitində, ailədə tərbiyə almaq, böyümək.
Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? N.Vəzirov.

Əldə etmək – bir şeyə nail olmaq, ələ keçirmək, tapmaq, qazanmaq. İmkan əldə etmək.
[Yaşlı kişi:] Münasib bir fürsət əldə edincə bu arzumu anama açacaqdım. S.Hüseyn.
Zabit nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız əldə edə bilməmişdi. M.S.Ordubadi.

Əldə gəzdirmək – həddindən artıq əzizləmək.
Əldə qoymaq – üzdə, əl çatan yerdə qoymaq, əl altında, hazır vəziyyətdə saxlamaq. Gedəndə açarı əldə qoy.
Əldə ölmək1) öldürülmək.
Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Ə.Haqverdiyev;

2) başqalarının əhatəsində ölmək.
Əldə saxlamaq1) bax əldə bəsləmək;
2) əldən verməmək, özü üçün saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir;
3) gələcəkdə lazım ola biləcək bir şəxsi hörmətlə, yaxud naz və arzusu yerinə yetirilməklə öz tərəfinə çəkmək.
Min dəfə sənə deyirəm, maymaq böyükləri əldə saxla, adamın olsun. Mir Cəlal.

Əldən almaq1) ələ keçirmək, sahib olmaq, yiyələnmək, ixtiyarına almaq. Bütün hakimiyyəti ələ almaq;
2) öz iradəsinə tabe etmək, öz tərəfinə çəkmək.
[Sona] bir az da yanaşır və onu ələ almaq istəyir. H.Nəzərli.

Əldən buraxmaq1) fürsəti qaçırmaq, ötürmək;
2) əl çəkmək, boşlamaq;
3) qaçırmaq, qaçmağına imkan vermək.
Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi. İ.Şıxlı.

Əldən çıxarmaq1) bax əldən qaçırmaq;
2) köhnəltmək, üzmək, dağıtmaq. Kostyumlarını geyib əldən çıxarmaq;
3) bir işi görüb qurtarmaq, tamamlamaq.
Tut ağacın darama; Əldən çıxar barama; Halal zəhmətlə gələr; Haram gedər harama. (Bayatı).

Əldən çıxmaq1) qeyb edilmək, itirilmək, yox olmaq. Var-dövlət əldən çıxdı.
– Doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə;

2) köhnəlmək, yıpranmaq, əldən düşmək. Paltarı lap əldən çıxıb;
3) aradan çıxmaq, qaçmaq, əkilmək, ortadan yox olmaq.
[Qasım kişi:] Bala, bir az qıvraq qaçın, əldən çıxın… C.Məmmədquluzadə;

4) qayrılmaq, hazırlanmaq, istehsal edilmək. Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən çıxıb.
Əldən düşmək1) zəifləmək, haldan düşmək, üzülmək, halsızlaşmaq. O qocalıb lap əldən düşübdür. Uşaq qaçmaqdan əldən düşdü.
– Anası bilər, bir də qızı, mən daha yorulub əldən düşmüşəm. S.Rəhimov;

2) yoxsullaşmaq. Var-yoxu gedib, əldən düşüb;
3) dağılmaq, köhnəlmək, yıpranmaq. Evin balkonu əldən düşüb. Ayaqqabılarım lap əldən düşüb.
Əldən getmək1) son dərəcə istəmək, sevmək, arzulamaq. Onda nə görmüsən ki, əldən gedirsən;
// nazını çəkmək, son dərəcə əzizləmək. Ana uşağı üçün əldən gedir;
2) məhv olmaq, puça çıxmaq, heç olmaq, xarab olmaq, əldən çıxmaq. Taxıl əldən gedir, tez sulamaq lazımdır.
– Yalnız, nə deyim, getdi mənim millət əlimdən; Torpaq başıma, çıxdı bütün izzət əlimdən. M.Ə.Sabir.
[Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli.

Əldən qaçırmaq – bax əldən buraxmaq.
Əldən qoymaq – əldən buraxmaq, əldən qaçırmaq.
Əldən qoymamaq1) buraxmamaq, tərgitməmək, daha yada salmamaq. Zarafatı əldən qoymur.
– Dəvədən yıxılıb höt-hötünü əldən qoymur. Ə.Haqverdiyev;

2) əl çəkmək, narahat etmək.
[Balaxan:] Xeyr ha, sən öləsən, əldən qoymaram. C.Cabbarlı.
Ancaq nə edəsən ki, aylardan bəri başında yer eyləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu. Mir Cəlal.

Əldən qurtarmaq – xilas olmaq, canını qurtarmaq.
Əldən nə gələr – nə etmək olar, çarə yoxdur.
[Rəhim:] İndi iş işdən keçəndən sonra əldən nə gələr? H.Nəzərli.

Əldən salmaq – çox yormaq, əziyyət vermək, üzmək. Qova-qova toyuğu əldən salıb tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səsküy bizi əldən saldı.
[İbad:] Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadırsınız? C.Cabbarlı.

Əldən tutmaq – kömək, yardım etmək.
[Məsmə:] Mən səni böyüdüb bir tikə çörək gətirən, əldən tutan eləmək istəyirəm. Mir Cəlal.

Əldən vermək – davam etdirə bilməmək, saxlaya bilməmək. Təşəbbüsü əldən vermək. Bayrağı əldən vermək.
Əldən yapışmaq – bax əldən tutmaq.
Əldən-dildən düşmək – bax əldən düşmək.
Əldən-dildən salmaq – bax əldən salmaq.
Əldən-ələ düşmək (keçmək)1) qapıbaqapı düşmək, müəyyən bir yeri, məskəni olmamaq. Göyərçinəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl. (Bayatı);
2) birisindən başqasına keçmək, bir-birinə ötürülmək.
Əldən-ələ gəzmək1) çox əziz olmaq, hamının istəklisi olmaq, çox qiymətli, dəyərli olmaq. Uşaq əldənələ gəzir;
2) çox rəvac olmaq.
Əldən-ələ gəzir malı Təbrizin. Aşıq Qərib”.
[Qurbani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu sana qorxu-qadağa, alma! “Qurbani”;
// çox oxunmaq, hamı tərəfindən sevilib oxunmaq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna gəlib.
Gör dünyada sənin təkin nə qədər adam var? Nağıllarımı ortalığa çıxartsam, əldən-ələ gəzər. İ.Məlikzadə.

Ələ baxmaq – möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq, ondan yardım gözləmək. İndi qocalmışdır, işləyə bilmir, ələ baxır.
// Başqasının öhdəsində olmaq. Cavankən tənbəllikdən ələ baxır.
Ələ dolamaq – aldatmaq, oynatmaq.
…Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov.

Ələ düşmək1) tapılmaq, ələ keçmək, hasil olmaq. At ələ düşər, ot ələ düşməz. ( Ata. sözü ).
Bidamaq olmaqdan nə düşər ələ; Şükr elə Allaha, gəz gülə-gülə! M.P.Vaqif.
Axtarıram, uşaqlıq düşmür ələ. A.Səhhət;

2) tutulmaq, yaxalanmaq, ələ keçmək, girə keçmək. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən.
– Bəyin adamları Cəfərqulunu bərk axtarırdı, harada ələ düşsəydi, o dəqiqə öldürəcəklərdi. Qantəmir.
Çıxdın aralıqdan, düşmədin ələ. R.Rza.
Allah eləməsin, əllərinə düşəsən.
Özünü gözlə, dost! S.Vəliyev.

Ələ gələn – hasil, hasil olan, əldə edilən.
Ələ gəlmək – əldə edilmək, hasil olmaq.
Ancaq iki il o mahalda quraqlıq keçdi, əkindən heç bir şey ələ keçmədi. B.Talıblı.

Ələ gətirmək – əldə etmək, ələ keçirmək, nail olmaq.
Demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar. C.Məmmədquluzadə.

Ələ girmək – bax ələ düşmək.
Elm pul ilə ələ girməz, ancaq çalışmaq ilə qazanılar. Məktəb”.

Ələ xına qoymaq1) əllərini xına ilə boyamaq.
Köhnə adətlərdən biri ələ xına qoymaq idi. H.Sarabski;

2) məc. şərikli işdəki xeyirdən yoldaşın əlini çıxarmaq.
Ələ keçirmək1) tapmaq, əldə etmək.
Hər şeydən əvvəl ələ silah keçirmək lazımdı. S.Vəliyev;

2) tutmaq;
3) ixtiyarına keçirmək, sahib olmaq, mənimsəmək.
Ələ keçmək – bax ələ düşmək.
O vaxt ki, azadlığın işartısı göründü; Qəlbimizi bir anda dəlib keçdi o bayraq; Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. B.Vahabzadə.

Ələ öyrənmək – əhliləşmək.
Ələ öyrətmək – əhliləşdirmək. Tülkü balasını ələ öyrətmək.
Ələ salmaq1) ələ keçirmək, əldə etmək, tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa; Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas;
2) məc. dolamaq, oynatmaq, masqara etmək, araya qoymaq.
Cəfər Quluya göz vurdu və Ocaqverdini ələ salmağa başladı. Çəmənzəminli.
Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami.
mən ölüm. Ə.Nəzmi.

Ələ tapşırmaq – əmanət vermək, saxlamaq üçün vermək, təslim etmək.
[Atabəy:] Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm. M.S.Ordubadi.

Ələ vermək – təslim etmək, xəbər vermək, satmaq. Yoldaşı ələ vermək.
[Səlma:] Sən bir qonaqsan, qatil olsan belə; Səlma həlak olur da, verməz ələ. H.Cavid.

Əl-əl gəzmək – baxmaq, ya oxumaq üçün bir-birinə verilmək (çox bəyənilən şey haqqında). Çəkdiyi rəsmlər əl-ələ gəzirdi.
– Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-əl gəzərdi. Çəmənzəminli.

Əl-əl üstə dayanmaq – hazır, amadə vəziyyətdə olmaq, hazır dayanmaq.
Qurbani … baş əyib, xidmət məqamında əl-əl üstə dayandı. (Nağıl).
Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. M.İbrahimov.

Əl-ələ vermək1) bir-birinin əlini tutmaq.
Gəl verək əl-ələ, çıxaq bir bağa; Gül-gülə sarmaşır, budaq-budağa… Aşıq Abbas.
Yox, yox, bu bayram günü gəlin verib əl-ələ; Yallı gedək bu gün biz. B.Vahabzadə;

2) birgə, bir yerdə çalışmaq, bir iş görmək.
İkimiz əl-ələ verib istədiyimizə nail olacağıq. (Qəzetlərdən).

Əl-ətək eləmək köhn. – yalvarmaq, iltimas etmək.
Əmanətim budur: bir kənara çək; Yalvarıb, yapışıb elə əl-ətək… Q.Zakir.

Əli (əlləri) sustalmaq – həvəsdən düşmək, ümidsizliyə qapılmaq, ruhdan düşmək.
Əli altında olmaq – yaxında hazır halda olmaq. Kitablar hamısı əlimin altındadır.
Əli aşağı düşmək – yoxsullaşmaq, kasıblaşmaq.
Əli aşağı olmaq – yoxsul, kasıb olmaq; maddi ehtiyac çəkmək.
Əli aşağı olmasaydı, bu il üzümlüyü bir az böyüdərdi. Ə.Əbülhəsən.
[Məşədi Məmməd:] …Ay Səməd dayı, burada mən də bir işə girərdim.
Yoxsa əlim çox aşağıdır. B.Talıblı.
Eyibdir, bala, müdirimizə bədbəxtlik üz verib, əli aşağıdır, gərək ona kömək edək. Kirpi”.

Əli beldə – lovğalovğa, əkə-əkə.
Əli bir yerə (işə) yetişmək – müəyyən bir peşə, sənət, ixtisas sahibi olmaq, bir işdə işləmək.
…Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz. C.Cabbarlı.

Əli boşa çıxmaq – istədiyinə nail olmamaq, təşəbbüsü boşa çıxmaq, nəticəsiz qalmaq, heç bir şey əldə edə bilməmək.
[Nəbi] bir neçə adamdan borc pul istəyir, amma əli boşa çıxır. Qaçaq Nəbi”.

Əli çatmamaq – vaxtı, macalı olmamaq, vaxt tapmamaq. Əlim çatmır ki, bir sizə gəlim;
// görməmək, görüşə bilməmək, görməyə, görüşməyə vaxtı olmamaq.
…Əhməd də çox zaman şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı. Mir Cəlal.

Əli çıxmaq – məhrum olmaq, əlində saxlaya bilməmək.
Kölgəyə uyma hirsü qəflətdən; Ta əlin çıxmasın həqiqətdən. A.Səhhət.
Amma sözün doğrusu budur ki, dəxi mollaların məktəbindən əlim çıxandan sonra, əməlli-başlı müsəlman dərsi görmədim. C.Məmmədquluzadə.
[Bəhram:] Maldan əlin çıxarsa, canın sağ olsun. C.Cabbarlı.

Əli dinc oturmamaq1) daim bir şeylə məşğul olmaq;
2) heç bir ehtiyac olmadan toxunmaq, əl vurmaq, toxunaraq, qurdalayaraq xarab etmək.
Əli əlinə dəymək – əl verib görüşmək.
Mən bir qurban kəsərəm; Əli əlimə dəyəndə. (Bayatı).

Əli əsmək (bir şeyin üstündə) məc. – xəsislik etmək.
Əli gəlmək – qıymaq, rəva görmək.
Əli gəlməmək – qıymamaq, rəva görməmək.
Titrəyir, gecikir, əli gəlməyir; Bilməyir nə oyun hazırlar təqdir. Şəhriyar.

Əli gətirmək – çox qazanmaq;
// oyunda bəxti gətirmək, dalbadal çoxlu udmaq. Əli gətirmir ki, gətirmir.
[Səlim bəy:] Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Ə.Haqverdiyev.

Əli gicişmək1) kimisə vurmaq istəmək, vurmağa bəhanə axtarmaq. Əlim gicişir, durub döyəcəyəm ha!
2) zar. əlinə pul gəlmək ehtimalı olmaq.
Əli iş tutan – işləyən, işləyə bilən. Əli iş tutanın hamısı buraya toplaşmışdı.
Əli işdə olmaq – işləmək, bir işlə məşğul olmaq.
Sənət məktəbini bitirən gündən əlim işdədir. Kirpi”.

Əli iti – əldən çox cəld.
[Aslan bəy:] [Aydəmir] şeytan oğlu doğrudan igiddir, həm də əli itidir. C.Cabbarlı.

Əli kəsilmək – məhrum olmaq.
Əli qalxmaq (adətən inkar formasında işlənir) – bax əli gəlmək.
[Pirverdi Camal bəyə:] Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. N.Vəzirov.

Əli qələm tutan – savadlı, yaza bilən.
Məktəbin əli qələm tutanı Hidayətin və qəzetin başına toplandı. Mir Cəlal.

Əli qələm tutmaq – yazmağı bacarmaq, savadlı olmaq.
Əli qıymaq – əli getmək, rəva görmək, əsirgəmək, qıymaq. Əlim qıymır ki, bu ağacları kəsim.
Əli qoynunda – məyus, məəttəl, çarəsiz, naçar bir halda. Əli qoynunda durub baxır.
[Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
[Qızxanım] gündüz axşama qədər və gecə sabaha qədər əli qoynunda, boynu çiynində oğlunun yanını kəsdirib oturur idi. Məktəb”.

Əli silah tutan – silah götürə bilən, silahdan istifadə edə bilən, vuruşa bilən.
Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal.

Əli soyumaq – işdən soyumaq, həvəsdən düşmək, ruhdan düşmək.
Əli təmiz olmaq – işində düz olmaq, tapşırılan şeyə xəyanət etməmək.
[Hacı Murad:] İndi de görüm, əlin-zadın təmizdirmi? S.S.Axundov.

Əli təmiz olmamaq – arabir kiçik oğurluğa meyil etmək.
Əli titrəmək – bax əli əsmək.
Əli tutmaq – bax əli gətirmək.
Əli üzülmək – ümidi kəsilmək, çarəsiz qalmaq, əli çıxmaq, məhrum olmaq.
Dağlar tutum dumanı; Yoxdu bircə umanı; Eldən əli üzülüb; Kimə getsin gümanı? (Bayatı).

Əli varmaq – bax əli gəlmək. Əlin necə vardı ki, bu işi sən gördün?
Əli yetişmək (yetmək) – çatmaq, nail olmaq. Onu görmək istəyirəm, əlim yetişmir.
– Uzaq düşüb, əlim yetməz; Həsrət qoyma yara məni. Aşıq Abdulla.

Əli yüngül – bax əliyüngül.
[Vaqif:] Lələ, əlin yüngüldür, ağanın arxasınca su at, uzaq səfərə gedir. Çəmənzəminli.

Əlim yaxanda olsun – o dünyada mənə cavab verəsən (dini təbir).
Əlimin içindən (ortasından) gəlmək – yaxşı eləmək, əcəb etmək (bir hərəkətə qarşı edilən etiraza qabacasına cavab).
[Sənəm Güllüyə:] Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram … əlindən gələni beş qaba çək! Ə.Haqverdiyev.

Əlində ölmək – bilavasitə özünə baxan, xidmət edən adamın lap yanında, qabağında ölmək.
Əlində saxlamaq – başqasına verməmək, əlindən verməmək, öz ixtiyarında saxlamaq, sahib olmaq.
Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvətini sərf etdi. M.S.Ordubadi.

// Özünə tabe vəziyyətdə saxlamaq, əldə saxlamaq.
Əlindən (əlinizdən) gələni beş qaba çək (çəkin) – hər nə bacarırsan (bacarırsınız) elə(yin), heç şeydən qorxmuram.
Əlindən almaq1) birini bir şeydən məhrum etmək. Hakimiyyəti burjuaziyanın əlindən almaq. İxtiyarı əlindən almaq.
– Sənin kimi bacıoğlunu Allah Rəşidin əlindən alsın. H.Nəzərli.
Aldı əldən əqlimi ahü nəvasi bülbülün; Huşu tarac etdi ləhni-dilrübası bülbülün. Ə.Nəzmi;

2) zəbt etmək, zorla almaq. Var-yoxunu əlindən almaq;
3) başqasının şeyinə, malına və s.-yə zorla və ya başqa yolla sahib olmaq, mənimsəmək.
Aldadıban alar əlindən varın; Elə ki keyfincə saf gördü karın. Q.Zakir;

4) məhrum etmək.
İndi [Həzi Aslanov] vəfat etmiş, ölüm əbədi olaraq onu bizim əlimizdən almışdır. M.İbrahimov.

Əlindən çıxmaq1) hazırlamaq, qayırmaq, hasil etmək. Bu iş kimin əlindən çıxıb?
// Birinin rəhbərliyi altında hazırlanmaq, yetişmək, öyrənmək. Usta əlindən çıxıb;
2) itirmək, qeyb etmək, məhrum olmaq.
Əlindən dad çəkmək – həddindən artıq narazılıq, şikayət bildirir.
[Namaz:] Camaat Həsənin əlindən dad çəkir. Ə.Haqverdiyev.

Əlindən düşməmək – həmişə əlində olmaq, yerə qoymamaq, heç vaxt ayrılmamaq (bir şeydən).
Atarsan, yıxarsan xeyli zamandı; Nə ox düşər, nə də kaman əlindən. Q.Zakir.
[Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal.
[Surxay Aydına:] Əvvəlləri [tar] əlindən düşməzdi. C.Cabbarlı.

…əlindən düşsün! – qarğış ifadəsi kimi işlənir.
Əlindən getmək1) əlindən çıxmaq, əldə saxlaya bilməmək. Kamandan ox tükəndi; Əlimdən yay da getdi. (Bayatı);
2) itirmək, qeyb etmək, yox olmaq, ölmək.
[Həsən:] İndicə bir nər kimi oğlu əlindən getdi. H.Nəzərli.

Əlindən gələni etmək (eləmək)1) mümkün olan hər bir şeyi etmək, özündən asılı olan hər tədbiri görmək. …İşin mənafeyinə xidmət etmək üçün əlimizdən gələni edəcəyik;
2) nə bacarırsa, hər nə pislik varsa etmək.
[Hafizə xanım:] Çor xanım, zəhrimar xanım, itil çölə… Bəyin sağlığında əlindən gələni eləyib, indi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Ə.Haqverdiyev.

…əlindən gələr –
…gözləmək olar (mənfi şəkildə).
Əlindən gəlmək – bacarmaq, imkanı, iqtidarı olmaq. Əlimdən gəlsəydi, edərdim.
[Məşədi Həsən:] Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Ə.Haqverdiyev.
[Qurbanəli:] İgidin əlindən hər şey gələr. H.Nəzərli.
Müavin təbiəti yumşaq adam idi, rədd eləmək əlindən gəlməzdi. Mir Cəlal.

Əlindən iş gələn – bacarıqlı, işbilən, işbacaran, zirək.
[Bədircahan bəyim:] A kişi, adam gərək özünü aldatmasın… Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. N.Vəzirov.

Əlindən iş gəlməmək – bacarmamaq, heç bir şey edə bilməmək, gücü çatmamaq, aciz olmaq.
Ögey atamın anamla rəftarını görüb, əlimdən bir iş gəlmədiyinə görə, biixtiyar ağlardım. H.Sarabski.

Əlindən iş gəlməyən – bacarıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş gəlməyən çox danışan olar. ( Ata. sözü ).
Əlindən qaçmaq – yaxasını qurtarmaq, canını qurtarmağa çalışmaq.
Əlindən qurtarmaq1) fəlakətdən, əziyyətdən, ölümdən qurtarmaq, nicat tapmaq.
Rəşidin əlindən ov qurtarmazdı. H.Nəzərli;

2) xilas etmək, azad etmək, qurtarmaq.
[Telli:] Yaxşı ki qonaq gəldi, məni ağamın əlindən qurtardı… Ü.Hacıbəyov.

Əlindən tutmaq – birinə maddi kömək etmək, yardım əlini uzatmaq. Əl tutanın əlindən tutarlar. ( Ata. sözü ).
[Məşədi Səttar:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Ə.Haqverdiyev.
[Məşədi Qədim:] Ay arvad, sənə də, mənə də övlad lazımdır ki, qocalanda əlimizdən tutan olsun. T.Ş.Simurq.

Əlindən yapışmaq – bax əlindən tutmaq.
Əlindən zara gəlmək – təngə gəlmək, cana gəlmək.
Əlində-ovcunda qalsın – ölməsin, çox yaşasın.
Əlinə almaq – bax ələ almaq.
Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi. Ə.Haqverdiyev.

Əlinə çöp vermək – aldadıb yola salmaq, başından etmək.
Bizim uşaqlar söhbət arasında deyirdilər ki, “filankəsin əlinə çöp verdilər, getdi”. Kirpi”.

Əlinə düşmək – girinə keçmək.
[Məşədi Həsən:] Xudanəkərdə, Hacı Seyid Ağabalanın əlinə düşərsən, evin yıxılar. Ə.Haqverdiyev.
[Nadir:] Sizi and verirəm Allaha, gedib vaxt var ikən bir tərəfdə gizlənəsiniz ki, məndən sonra zalımlar əlinə düşməyəsiniz. C.Cabbarlı.

Əlinə salmaq – əldə etmək, tapmaq, ələ keçirmək, ələ gətirmək.
[Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov.

Əlini (əllərini) ölçmək – əllərini oynada-oynada, həyəcanla danışmaq. Əlini ölçməyinə baxma, iş bacaran deyil.
…əlini öpür məc. – əlindən gəlir. Pis işlər həmişə onun əlini öpür.
Əlini ağdan qaraya vurmamaq – heç bir iş görməmək, bikar durmaq.
…Neçə yüz adam əlini ağdan qaraya vurmayıb, müftə dolanır. N.Vəzirov.
[Şəkinski:] Baxın, deyirəm sizə, bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağdan qaraya vurmaram. C.Cabbarlı.

Əlini başına çırpmaq (vurmaq) – təəccüblənmək, təəssüflənmək.
Əlini bənd etmək – bir işdən yapışmaq.
Əlini dizinə vurmaq (çırpmaq) – təəccüblənmək, təəssüflənmək. Əlini vurub dizinə, indi gəlib özünə. ( Ata. sözü ).
Əlini əlinə vermək – vüsala çatdırmaq, görüşdürmək, birləşdirmək, qovuşdurmaq.
[Qarı:] Qorxma, oğlan, verrəm əlin əlinə; Eşitdiyin şəhri-Tiflis buradır. Aşıq Qərib”.

Əlini əlinin üstünə qoymaq – bikar, işsiz oturmaq, heç bir iş görməmək.
Əlini gözünün üstünə qoymaq – bu hərəkətlə tapşırılan bir işi yerinə yetirəcəyinə söz verdiyini, hazır olduğunu bildirmək.
Əlini kəsmək – ümidini üzmək, əlini çəkmək.
Əlini qulağının dibinə qoymaq – oxumaq (hava ilə).
[Əhməd:][Əntiqə] əlini ki qulağının dibinə qoydu, zalım qızı lap möcüz görsədir. Mir Cəlal.

Əlinin dalını yerə qoymaq1) tabe olmaq, təslim olmaq, məğlub olduğunu etiraf etmək;
2) tabe etmək, məğlub etmək.
Əlinin içi gicişmək zar. – bax əli gicişmək 2-ci mənada. Əlimin içi gicişir deyəsən, əlimə pul gələcək.
Əlinin suyu – qüvvəti, gücü, zülmü.
Əlinin suyunu heç kəs görməsin! Əllər yuxarı! – bax əllərini qaldır! Əlləri dalında – əllərini dal tərəfdə bir-birinə çatmış halda. Əlləri dalında gəzinir.
Əlləri qızıldır – mahir usta, sənətkar haqqında.
Əlləri yanına sallanmaq – məyus olmaq, ruhdan düşmək, ümidsiz olmaq.
Əllərini daraqlamaq – əl barmaqlarını bir-birinə keçirmək.
Əllərini düyünləmək – əllərinin barmaqlarını bir-birinə keçirərək düyün halına gətirmək.
…Alagöz tir-tir titrəyib əllərini düyünlədi. S.Rəhimov.

Əllərini görmək olmamaq – çox sürətlə işləmək.
[Qızlar] pambığı elə sürətlə yığırdılar ki, əllərini görmək olmurdu. (Qəzetlərdən).

Əllərini işə salmaq1) əlləri ilə işləməyə, bir iş görməyə başlamaq;
2) əlləri ilə vurmağa, dalaşmağa başlamaq, fiziki qüvvəyə əl atmaq.
Əllərini qaldırmaq – təslim olmaq.
Əllərini ölçmək – danışarkən əl(lər)ini oynatmaq, tərpətmək. Əllərini ölçə-ölçə danışmaq.
Əllərini öpür (adətən cəm şəklində) – hazırdır.
…əlini(zi) çək(in)! – başqasının daxili işinə qarışmamağı, başqasına toxunmamağı tələb edən nida. Əllərini yana salmaq – ayaq üstə sakit, hərəkətsiz durmaq; qımıldanmamaq.
Bir əldə (olmaq) – bir adamın ixtiyarında, bir adamda, bir şəxsdə (olmaq).
Bir əldə iki qarpız tutmaq – eyni vaxtda bir neçə işdən yapışmaq, yaxud bir neçə məqsədi əldə etməyə çalışmaq.
Dörd əl mus. – iki adam tərəfindən piano çalma üsulu.
Dörd əllə – bax dördəlli.

Синонимы

  • ƏL 1. ƏL (qolun biləkdən dırnaqlara qədər olan hissəsi) Əlində körpəni oynadır qarı; Göstərir uzanan dilsiz yollan (S

Этимология

  • ƏL Əsli ilişmək kəlməsinin kökü olan il sözü ilə bağlıdır. Engelsdə belə bir fikir var: əl tədricən qabaq ayaq rolunu itirmiş və tutmaq, yapımaq funksiya
ƏQVAM
ƏL-AYAQ
OBASTAN VİKİ
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Travmatizm == İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. == == Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Əl-Əhəd
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur.
Əl-Əlameyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Əl Kafi
əl-Kafi ((ərəb. الكافي‎)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir. === Haqqında === İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir. «Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriət və əhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir.
Əl Məric
Əl Məric — ümumiyyətlə qədim Barca və ya Barce şəhərinin yerində olduğuna inanılır, Liviyanın şimal-şərqindəki bu şəhər və Məric rayonunun inzibati mərkəzi. Əl cəbəl əl əxdar dağlarının bir hissəsi olan və Aralıq dənizindən bir sıra təpələr ilə ayrılan dağlıq vadidə yerləşir. Təxmini 85.315 nəfər əhaliyə sahibdir (2004-cü ildə). Əsas prospektdə bir neçə bank var və əsas poçt şöbəsi şəhər mərkəzindədir, Əbu Bəkr Assiddiq məscidindən çox da uzaq deyil. == Tarixi == Əksər arxeoloqların fikrincə, şəhər qədim Barca şəhərinin yerini qeyd edir, lakin, Aleksandr Qraham görə, Tolmeitada (Ptolemais) idi. Məricin 1842-ci ildə təsası qoyulub və indi bərpa olunan bir Türk qalasının ətrafında böyüyür. Liviyanın müstəmləkə hakimiyyəti dövründə (1913–41) şəhər Barça adlanırdı və inzibati və bazar mərkəzi və təpə kurortu olaraq inkişaf etdirildi. İkinci Dünya Müharibəsi Şimali Afrika Kampaniyası zamanı 1-ci Sahə Alayından olan Kral Avstraliya Artilleriyası 5 fevral 1941-ci ildə Barce bölgəsi uğrunda döyüşdə qalib gəldi. Alqış bu döyüşü Enoqgeradakı bazasındakı yerlərini Barce Lines olaraq adlandıraraq xatırlayır.1942–1943-cü illərdə bu şəhər İngiltərə tərəfindən işğal edilmiş Kirenaikanın paytaxtı olmuşdur. Bunun çox hissəsi 21 fevral 1963-cü ildə 5.6 zəlzələ nəticəsində dağıdıldı, nəticədə 300 nəfər ölmüş və 500 nəfər xəsarət almışdı.
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba — Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər. Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. == Tarixi == Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
Əl Qəzəli
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Əl Xəlil
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Əl bombası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. == Növləri == Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları === Məhv etmə xüsusiyyətli qumbaralar === Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. === Kimyəvi qumbaralar === Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. === Təlim qumbarası === Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . === Müdafiə və hücum tipli qumbaralar === Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
Əl falanqaları
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. == Həmçinin bax == Caynaq əl == İstinadlar == == Mənbə == Prof.
Əl fənəri
Cib fənəri — əllə saxlanılan portativ elektrik işıq mənbəyidir. Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır. Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur.
Əl kompüteri
“Əl” kompüteri (en. handheld computer) – ölçüləri kiçik olan elə kompüterdir ki, onu bir əldə saxlamaq, o biri əllə isə işləmək olar; adətən, onlardan yükdaşıma xidmətlərində və səfərlərlə (yollarla) bağlı başqa fəaliyyət sahələrində istifadə edirlər. Əl kompüteri, adətən, ovuciçi kompüterdən (PALMTOP) daha ensiz, daha uzun və daha qalın olur; bu kontekstdə belə qurğulara bəzən “əl terminalları” da deyirlər. Bundan başqa, əl kompüterləri bəzən kiçik ölçülü displeylərlə təchiz olunurlar, çünki onların istifadə edildikləri işlərin xarakteri elədir ki, çətin ki, hər bir anda böyük həcmli informasiyaların göstərilməsi (əks etdirilməsi) tələb olunsun. Əl kompüterlərinin çoxunda onların tətbiq olunduqları sahələr üçün spesifik olan patentli proqramlar işləyir; bu proqramlar, adətən, daimi yaddaşda (ROM) saxlanılır. Əl kompüterləri bir qayda olaraq onları mərkəzi kompüterlə birləşdirən rabitə vasitələri ilə təchiz olunurlar və onların bir çoxunun özəl periferiya quğuları, məsələn, verilənləri tez daxil etmək üçün istifadə olunan zolaqlı kodları (strixli kodları) oxuyan qurğusu olur. Əl kompüterlərin demək olar ki, hamısının klaviaturası (ölçüləri çox böyük olan QWERTY tipli adi klaviatura yox) olmasına baxmayaraq, onların nadir hallarda yumşaq disklər kimi daşıyıcıları olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Handheld kompüter nədir?
Əl lupası
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Əl qumbarası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. == Növləri == Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları === Məhv etmə xüsusiyyətli qumbaralar === Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. === Kimyəvi qumbaralar === Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. === Təlim qumbarası === Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . === Müdafiə və hücum tipli qumbaralar === Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
Əl sürütməsi
Əl sürütməsi — insan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Azərbaycanın dağlıq, dağətəyi, meşəkənarı kəndlərində bu bəsit nəqliyyat növü daha çox yayılmışdı. Əl sürütməsini düzəltmək üçün nisbətən iri ağac budaqlarının kiçik şaxlarını kəsərək bir yerə yığıb şələ bağlayır, üzərinə ot, odun, kol, dərz, saman və s. qoyaraq əllə sürüyürdülər. Zaman kecdikcə daşınan yüklərin çoxluğu və ağırlığı nəzərə alınmaqla, əl sürütməsi qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəz olunmuşdur.
Əl zərbələri
Əl zərbələri — bu zərbələr açıq əlin yumruq bilək və dirsəyin müəyyən hissələri ilə icra olunur. Bəzən qolun çiyin hissəsindən köməkçi zərbə kimi istifadə edilə bilər. Əl zərbələrindən bir çox idman növlərində, o cümlədən karate, boks, muay tay, citkundo və bir çox döyüş sənətlərində istifadə edilir. == Əl zərbələri == Bir çox idman növlərində əl və ayaq zərbələrindən istifadə edilir, amma idman növlərindən biri olan Boksda yalnız əl zərbələrindən istifadə edilir. Bu səbəbdən Boksda daha çox əl zərbələrinə fikir verilir. Boksda əl zərbəsinin qüvvətliliyi bir çox idman növlərindən daha güclüdür. Ona görə də, boksçuların daha çoxu əl zərbələri ilə rəqibi nokauta uğratmağa çalışırlar.
Əl İrşad
== Haqqında == 14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336–413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır. Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının üslubuna uyğun olaraq mətləbləri sənədi ilə birlikdə zikr etmiş və bu iş əsərin dəyər və etibarını daha da artırmışdır. Qeyd oluna biləcək başqa bir zərif mətləb ondan ibarətdir ki, kitabın yarısı İmam Əlinin (ə) həyatına həsr olunmuşdur ki, bu da Şeyx Mufidin o Həzrətə (ə) verdiyi əhəmiyətdən söz açır.
Əl Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əl əməyi
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal. == Təsviri == Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
"Heydər Əliyev" mükafatı
Heydər Əliyev Mükafatı — Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifi. Mükafatın 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanla təsis edilməsi ilə əlaqədar qərar alınmasına baxmayaraq, əsasnaməsi 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanla ilə təsdiq edilmişdir. == Haqqında == Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir. Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər.
"Heydər Əliyev" ordeni
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. == Təsisi == Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir. == Statusu == 1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. 2.
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.
"Səhiyyə əlaçısı" döş nişanı (SSRİ)
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı (rus. Медаль «За службу в собственном конвое государя императора») — 1850-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən təsis olunmuşdur.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir. 1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi.
ABŞ–Azərbaycan iqtisadi əlaqələri
AMEA Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında "Əlyazmalar şöbəsi" yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21–24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi.
ASEAN–Yaponiya əlaqələri
AXC-Gürcüstan əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Abbas Əli Çətin
Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan – 26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim. == Həyatının erkən dövrü == 1914-cü ildə İrəvan şəhərind dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır. Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür. == Fəaliyyəti == Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir. CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir.
Abbas Əliyev
Abbas Salam oğlu Əliyev (9 yanvar 1988, Ramana – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Əliyev 1988-ci il yanvarın 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. 1992–2003-cü illərdə R. Zorge adına 90 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Abbas Əliyev də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Əliyev noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbas Ələsgərov
Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı – 18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı" (2007), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (4 aprel 2007–18 fevral 2018) == Həyatı == Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır. Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir. 5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur. 4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır. 7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 18 fevral 2018-ci ildə axşam saatlarında vəfat etmişdir. == Təltifləri == "Şərəf nişanı" ordeni — 1971. Xalqlar Dostluğu ordeni — 1986.
Abbasabad-Əlvir (Savə)
Abbasabad-Əlvir — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsində, Savə şəhərindən 6 km şərqdədir.
Abdallah Əlbatayne
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Abdulla ibn əl-Müqəffa
Abdulla ibn əl-Müqəffa (fars. ابومحمد عبدالله روزبه بن دادویه‎), Ibn al-Muqaffaʿ (ərəb. ابن المقفع‎), Ibn Muqaffa/Ebn-e Moghaffa (fars. ابن مقفع‎), ilkin adı Rūzbeh pūr-e Dādūya (fars. روزبه پور دادُویی‎; təq. 724 – təq. 757[…], Bəsrə[…])) — İran ədibi, tərcüməçi. == Həyatı == Abdulla ibn əl-Müqəffa (724–759) İranda zərdüştilər ailəsində doğulmuş və İslamı qəbul edənə qədər adı Ruzbix olmuşdur. O, ənənəvi zərdüştilik tərbiyəsi almış və fars mədəniyyəti haqqında biliklərə yiyələnmişdir. Sonradan Bəsra şəhərinə gələrək təhsilini başa vurmuş və istilaçıların mədəniyyətinə qaynayıb qarışmışdır.
Abdulrahman Əlcuhaydili

Значение слова в других словарях