Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
Mustafa Nadareviç
Mustafa Nadareviç (serb. Мустафа Надаревић; 2 may 1943, Banya Luka – 22 noyabr 2020, Zaqreb) — Xorvatiyalı aktyor. == Tərcümeyi-hal == Banja Lukada (hazırkı adı Bosniya və Herseqovina) anadan olub. Aktyorluq karyerası boyunca Balkanlarda ən diqqət çəkən xarakter aktyorlarından biri kimiməşhurluq əldə etmişdir. Keçmiş Yuqoslaviya kinosunda əsasən partizanlar rolları ifa etmişdir. Ən məşhur rollarına "Ata ezamiyyətdə " (1985), "Deja vu" (1987), "Qlembey ailəsi" (1988), " İdeal Dairə " (1997) filmlərini göstərmək olar. 1991-ci ildə Nadareviç "Səssiz barıt" (1990) filminə görə XVII Moskva Beynəlxalq Film Festivalında Ən yaxşı aktyor mükafatına layiq görülmüşdür . Televiziyada Nadareviç, İzet Fazlinoviçin "Lud, Zbujen, Normalan" sitcomundakı komediya rolu ilə tanınır. == Seçilmiş filmoqrafiya == 1985 — Alt mətnlə eşq məktubları — Dr. Bosniak "Papageno"; 1985 — Ata ezamiyyətdə — Zijah; 1987 — Dejə-vü — Mixail; 1993 — Qrafinya Dora ; 2001 — Yiyəsiz torpaq — Bosniya əsgəri 2004 — Balkanlı oğlan — ədəbiyyat müəllimi.
Nadarbazevi
Nadarbazevi (Xaşuri) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd.
Nadarbazevi (Xaşuri)
Nadarbazevi (Xaşuri) (gürc. ნადარბაზევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 7 nəfər idi. 2014-cü ildə 8 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Padar
Yaşayış məntəqələri Padar (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Padar (Dərbənd) — Dağıstanın Dərbənd rayonunda kənd. Padar (Əsgəran) — Azərbaycanın Əsgəran rayonunda qəsəbə. Padar (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Padar (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Padar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Padar (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Padar (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. == Oxşar == Padarqışlaq — Azərbaycanın Ağsu rayonunda kənd. Armudapadar — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 -1938 - ci illərdə Böyük Britaniyada, ABŞ - da və keçmiş SSRİ - də istifadə olunmuşdur. == Radarlamanın əsasları == Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. == Müşahidə növləri == Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Andar xan
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər.
El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Göydələndə nahar
Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto. == Qısa xülasə == Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut) hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi. Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur. Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı. == Müəllif == Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.
Nahar (Əhər)
Nahar (fars. نهار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (57 ailə).
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. === Təhsili === Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. == Fəaliyyəti == Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. == Təltifləri == Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Nodar Dumbadze
Nodar Dumbadze (gürc. ნოდარ დუმბაძე; 14 iyul 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 4 sentyabr 1984, Tbilisi) — gürcü yazıçı. == Həyatı == Nodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisidə doğuldu. Atası Vladimir Dumbadze Gürcüstan Kominist Partiyasının Maiakovski rayon komitəsinin birinci katibi, anası Anna Baxtadze isə evdar qadın idi. 1937-ci il Repressiyaları zamanı atasını güllələdilər, anası isə həbs olunub sürgün edilidi. Nodar 8 yaşında olanda xalaları onu Apxaziyaya apardı, bu zaman o, Tbilisi 15 saylı orta məktəbində oxuyurdu. Əmiləri həbs edilib güllələndikdən sonra onu nənəsi və babasının yanına, Çoxaturi rayonu Zenoba kəndinə göndərdilər. 1945-ci il Nodar Çoxaturi rayonu Xidistavi kənd orta məktəbini bitirdi və təhsilini dəvam elətdirmək üçün Tbilisiyə qayıtdı. 1950-ci ildə Tbilisi Dövlət Üniversitetinin ekonomika fakültetini bitirdikdən sonra Üniversitetin labaratoriyasında assestant olaraq işləyirdi bununla birlikdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. 1956–1957 illərdə onun yumoristik heykayələrinin üç kolleksiyası yayınlandı.
Nodar Kumaritaşvili
Nodar Kumaritaşvili (25 noyabr 1988 - 12 fevral 2010) — Gürcüstan idmançısı Kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili 2010-cu ilin fevralında məşq zamanı dünyasını dəyişib. Faciə Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirib ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib. Mütəxəssislər faciəni yolun sürətli olması ilə izah edirlər. Böyük təcrübəsi olmayan idmançıların kirşənin həddən artıq sürət yığması ilə bacara bilmədiyindən ciddi çətinliklərlə üzləşəcəyi isə əvvəlcədən ehtimal olunurdu. Nodar Kumaritaşvili ölümündən sonra Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ali ordeni ilə mükafatlandırılıb.
Nodar Şaşıqoğlu
Nodar Şaşıqoğlu (13 mart 1927, Batum – 12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan SSR xalq artisti. == Həyatı == Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.
Padar (Ağsu)
Padar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Toponimin mənşəyinin qədim Azərbaycan ərazisində yaşayan türkdilli tayfanın adından gəldiyi güman edilir. Qədim adı "Baydar" dərs. Osmanlı dövlətinin özəyini təşkil edən Qayı tayfasına daxil olan qəbilələr sırasına aiddir. Səfəvilər dövründə şimaldan gələn təhlükələri dəf etmək üçün İrandakı Cənubi Azərbaycandan köçürülmüşdür. Tarixi şəxsiyyətləri içərisində Şeyx Dursun xüsusilə seçilir. Ağsu rayonunda Şeyx Dursun türbəsi, Şuşa yaxınlığında Xocavənd rayonu ərazisində Şıx Dursun kəndi mövcüddur.
Padar (Dərbənd)
Padar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kəndin əski adı Atabəydir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 633 nəfər əhali yaşayırdı. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,120 nəfər azərbaycanlı yaşamaqda idi. Kəndin dəqiq salınma tarixi məlum olmasa da buradakı qəbristanlıqda yerləşən ən qədim məzar daşı 1400-cü ilə aiddir. == Mənbə == Оруджев Фахретдин. "Падар и падарцы". Республиканская газета "ВАТАН". Выпуск № 42 (1508) (rus). etnosmi.ru.
Padar (Hacıqabul)
Padar — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirvan düzündədir. == Tarixi == 1886-cı ildə köçəri Padar-Hacı-Alim, Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə, Cevat rayonunun Padar kənd icmasına aid idi. 1903-cü ildə, dəmir yolu tikintisi ilə kəndin yaxınlığında eyni adlı kənd quruldu, daha sonra kəndə birləşdirildi. 1913-cü ildə Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Padar kəndi Şamaxı rayonunun Padar kənd icmasına aid idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun Əli-Bayramlı kəndinə aid idi. Azərbaycan SSR-nin Karasuinsky rayonuna girdi. Sonradan rayon ləğv edildi, kənd Əli-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Kazi-Magomedskiy rayonuna verildi. 4 dekabr 1959-cu ildə Kazi-Magomed rayonu ləğv edildi və kənd Əli-Bayramlı mahalına verildi. 1961-ci il inzibati bölgüsünə görə Padar dəmiryol stansiyasındakı kənd Azərbaycan SSR Əli-Bayramlı rayonunun Qarasu kənd sovetinin tərkibinə daxil olmuş və 1963-cü il yanvarın 4-dən kənd Sabirabad rayonunun tərkibində olmuşdur.
Padar (Oğuz)
Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur. Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir.
Padar (Qubadlı)
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Toponimikası == Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s.
Rafael Nadal
Rafael Nadal Parera (isp. Rafael Nadal Parera) (3 iyun 1986, Manakor, Mallorka, İspaniya) — ispan tennisçi, hal-hazırda dünyanın 2 nömrəli tennisçisidir. Tutqun bir Real Madrid tərəfdarıdır. == Karyerası == Dörd yaşında hələ də məşqçiliyini edən əmisi Toninin səyləriylə tennisə başladı. Əslində solaxay olmayıb. Əmisi tərəfindən sonra solaxay edilmiş, iki əlini də istifadə edə bilmə qabiliyyətinə malikdir. Rafael Nadal, peşəkar tennis dünyasında ilk dəfə 17 yaşında oynadığı 2003 Monte Karlo Master Series turniriylə diqqət çəkdi. Karol Kusera və Albert Kostanı məğlub etdikdən sonra Guillermo Koriaya məğlub oldu. ATP səviyyəsində oynadığı üçüncü turnirdə Karlos Moyanı məğlub edib hər kəsi çaşdırdı. Oynadığı ilk Böyük Dəbilqə serialı tennis turniri olan 2003-ci il Uimbldonda 3-cü tura yüksəldi.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.