Nodar Şaşıqoğlu (13 mart 1927, Batum – 12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan SSR xalq artisti.[1][2]
Nodar Şaşıqoğlu | |
---|---|
Nodar İzzətoviç Şaşıqoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1950–2013 |
Mükafatları |
|
IMDb | ID1138094 |
Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib.[3] Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb[4].
Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.
İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb[4].
Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkmişdir.[4]
Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A. S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc", Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb.[4]
2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A. P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.[4]
12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.[4]
Наверняка зритель запомнил не только главного героя, которого сыграл народный артист Азербайджана и России Нодар Шашик оглы.