Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nişadır
Nişadır — mineral, - NH4Cl. == Haqqında == Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1987, Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nicad Bədəlov 1987-ci il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir. == Təltifləri == (9. dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (25.
Nihad Abbasov
Nihad Mövlüd oğlu Abbasov (25 iyul 2000; İlisu, Qax, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nihad Abdullayev
Nihad Adil oğlu Abdullayev (13 aprel 2002; Ağstafa rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. == Döyüş Yolu == Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Nihad Bəhram
Nihad Bəhram (d. 18 Noyabr 1946, Qars), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Nihad Qasımov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nihad Əhmədov
Nihad Əhmədov (7 sentyabr 2000, Alaşa, Astara rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinfini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, "Həmlə" taborunda xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nihad Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərənin Talış kəndindən başlayaraq Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib. Zəngilanın, Kəlbəcərin və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir. İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.
Nihad Əliyev
Nihad Heydər oğlu Əliyev (22 noyabr 2000, Taxtakörpü qəsəbəsi, Ağcabədi rayonu – 29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Əliyev 22 noyabr 2000-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonunun Alxaslı kəndindəndir. 2007-ci ildə Alxaslı kənd orta məktəbinə getmiş, 2016-cı ildə bu məktəbin 9-cu sinfini bitirərək Zərdab rayon peşə məktəbinə daxil olub. == Hərbi xidməti == 3 iyun 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb və Gəncə şəhərində hərbi xidmət keçib. Üç ay sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə Göytəpə şəhərində davam etdirib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. == Tarixi == Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. == Əlamətlər və adətlər == Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Nişaq (Miyanə)
Nişaq (fars. نشق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 460 nəfər yaşayır (110 ailə).
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. == Həyatı == Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nişat Şirvani
== Həyatı == Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Noşad Alamiyan
Noşad Alamiyan (21 noyabr 1991) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Noşad Alamiyan İranı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Noşad Alamiyan İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. == Bayraqların identifikasiya simvolları == Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
Nihad Erim
İsmayıl Nihad Erim (1912[…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb. == Həyatı və təhsili == Nihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub.
Nihad Quliyev
Nihad Rzayev
Nihad Tağızadə
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Qiymə Nisar
Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür. Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil. == Lazım olan ərzaqlar == 3 stəkan isladılmış düyü 350 qram qıyılmış ət 2 ədəd incə doğranmış soğan 1 yemək qaşığı portağal qabığı dilimləri Yarım stəkan yağ 2 yemək qaşığı tomat pastası 1 çay qaşığı qara ədviyyəsi 1 çay qaşığı plov ədviyyəsi Yarım fincan gülab 1 yemək qaşığı dəmlənmiş zəfəran Yarım stəkan qurudulmuş zirinc Lazım olan miqdarda limon tozu Lazım olan miqdarda duz 4 yemək qaşığı püstə və badam dilimləri == Hazırlanma qaydası == İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın.