Nihad Əhmədov (7 sentyabr 2000, Alaşa, Astara rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nihad Əhmədov | |
---|---|
Nihad Fuad oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 2000(2000-09-07) |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2020(2020-10-10) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Zəngilanın azad edilməsi • Madagizin azad edilməsi |
Təltifləri |
Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinfini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, "Həmlə" taborunda xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Nihad Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərənin Talış kəndindən başlayaraq Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib.
Zəngilanın, Kəlbəcərin və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.
İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.[1] Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əhmədov Nihad Fuad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.