Nihad Babayev

Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Nihad Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Günəşli, Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2008—2020
Rütbəsi Kapitan
Döyüşlər Günnüt əməliyyatı
İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Murovdağ döyüşləri
 • Qubadlının azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilisrus dillərini bilib.

Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum".

Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.

Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, QubadlıZəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan "RPG 7" ilə təchiz olunub.

Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə şəhid olub.

Həmin döyüşdə yaralanan hərbçi Kərim Əliyev bildirib ki, qızğın döyüş zamanı ilk o yaralanıb. Daha sonra isə komandiri Nihad Babayevə yaralandığını deyərək ondan özünü qorumasını istəyib. Bundan sonra N. Babayev nərilti çəkərək irəli hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına döyüşüb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra snayper tərəfindən vurulub.

Akif Babayev deyir ki, oğlu vurulandan sonra da bir neçə dəqiqə döyüşə bilib: "Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat, yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu…"

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin adı verilmişdir.[4]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.