Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Adilxan Bayramov
Bayramov Adilxan Hüseynəli oğlu (19 fevral 1949, Sadaxlı, Marneuli rayonu −14 aprel 2021, Bakı) — azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru. == Həyatı == Adilxan Bayramov 1949-cu il 19 fevralda Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır. 1971–1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979–1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980–2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Oralxan Bukeyev
Oralxan Bökey (28 sentyabr 1943 – 17 may 1993, Dehli) — qazax yazıçısı. == Həyatı == Oralxan Bökey 1943-cü ildə Qazaxıstanın Qaton-Qarağay rayonunun Çinqistau kəndində doğulubdur. 1961-ci ildə Sultanmahmud Torayğırov adına orta məktəbi bitirdikdən sonra bir müddət pioner dəstə rəhbəri, daha sonra Altay sovet təsərrüfatının traktorçusu olubdur. 1968-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirən Bukeyev bir müddət "Əmək bayrağı" adlı rayon qəzetində korrektor, tərcüməçi, redaktor əvəzi, əyalət qəzeti olan "Kommunizm bayrağı"nda ədəbi əməkdaş olaraq çalışmışdır. sonra Alma-Ataya köçmüş, əvvəlcə respublika gəncləri qəzeti "Leninçi gənclər"də, daha sonralar isə uzun illər (1974-1983) "Ulduz" dərgisində şöbə müdiri, 1991-ci ildən isə "Qazax ədəbiyyatı" dərgisinin baş redaktoru vəzifəsində işləmişdir. Bökey 1991-ci ildə qazax ədəbi birliyi "Ağ quş"u yaratmış və ona rəhbərlik etmişdir. Oralxan Bökey 1993-cü ilin may ayında Hindistanda ezamiyyət zamanı qəfildən dünyasını dəyişmişdir. == Kitabları == "Dəstələr", 1971 "Hardasan, qaçqalı dayçam", 1973 "Buz dağı", 1975 "Yuxusuzluq", 1987 "İldırım izi" (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012. == Ədəbiyyat == Nərmin Azadgil, "Sadəcə sözün sahibi" (ön söz), Oralxan Bukeyev, "İldırım izi" kitabı (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.
Dalxan Xojayev
Dalxan Xojayev (18 aprel 1961, Qroznı – 26 iyul 2000, Valerik[d], Çeçenistan) — Çeçen tarixçisi, siyasətçi, tanınmamış İçkeriya komandiri, İçkeriya ordusunun briqada generalı. İkinci Çeçenistan müharibəsi zamanı Əhməd Zakayevin qərargah rəisi və ən yaxın adamı, "Rus-Qafqaz müharibəsində çeçenlər" kitabının müəllifi. == Bioqrafiyası == 1961-ci ildə Qroznıda anadan olmuşdur. 1983-cü ildə Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsini bitirir. Tarixçi 1985-1991-ci illərdə gənc turistlər stansiyasında metodist, Respublika Birləşmiş Muzeyində elmi işçi olur. Çeçenlərin tarixi ilə bağlı respublika qəzetlərində ("Komsomolskoe plemya/Respublika" və "İçkeriya") tez-tez nəşr olunur, XIX əsrdə Çeçenistanın milli azadlıq hərəkatı tarixinə dair əsərlərin müəllifidir. Üstəlik Arxiv Departamentinin müdiri olur. 1990-cı ildə Birinci Çeçen Milli Konqresinin çağırılması üzrə təşkilat komitəsinin üzvü olmuşdur. 1994-cü ildən Çeçen İçkeriya Respublikası Nazirlər Kabinetinin və Dövlət Müdafiə Şurasının üzvü kimi fəaliyyət göstərir. Ruslan Gelayevin xüsusi briqadasına komandanlıq edir.
Delfan şəhristanı
Dilfan şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,385 nəfər və 29,257 ailədən ibarət idi.
Elxan (ad)
Elxan — Kişi adı. Elxan — Elxanilər dövlətinin banisi Hülaku xana Arıq Buğaya qalib gəldikdən sonra verdiyi titul. Elxan Əliquluzadə — Azərbaycanlı ağır atlet. Elxan Süleymanov — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri. Elxan Cəfərov — Azərbaycan aktyoru və rejissoru Elxan Cəfərov (alim) — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Elxan Abbasov
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Elxan Abdullayev
Elxan Abdullayev (19 may 1970, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi. 1987-ci ildə S. M. Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1999–2000-ci illərdə Leypsiq İdman Universitetinin futbol fakültəsini bitirmişdir. 2010-cu ildə, Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşdırma mərkəzində təhsilini başa vurduqdan sonra bütün Avropa ölkələrində peşəkar liqalarda işləmək hüququ verən Pro lisenziyası almışdır. Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir. 6 dili bilir: azərbaycan, rus, türk, ingilis, çex və slovak. Sovet dövründə Azərbaycan futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılan, SSRİ idman ustası, Azərbaycan SSR-nin əməkdar məşqçisi Ruslan Abdullayevin oğludur. == Karyerası == === Oyunçu karyerası === Peşəkar futbol karyerasına 1989-cu ildə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında Azərbaycan SSR-ini təmsil edən "Termist" Bakı komandasında müdafiəçi kimi başlamışdır. Eyni zamanda "Dinamo" Bakı,"Azəri" Bakı,"Turan" Tovuz," Xəzri" Buzovna klublarında çıxış etmişdir (1991-ci il mövsümündə də" Neftçi"yə keçid etsədə, amma oynamadı). 1994/95 mövsümündə o dövrdə atası Ruslan Abdullayevin rəhbərlik etdiyi Slovakiyanın Pyeştyani futbol klubunda oynamışdır.
Elxan Allahverdiyev
Elxan Allahverdiyev (15 iyun 1960, Bakı) — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. === Ailəsi === Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elxan Ağahüseynov
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Elxan Ağahüseynoğlu
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Elxan Ağüzüm
Elxan Lətif oğlu Ağüzüm (Qars 1947 –) - Millətvəkili, Turizim naziri (30 Mart 1989 - 23 İyun 1991) == Həyatı == Lətif Ağüzüm ün oğludur, Əsədulla Ağüzümün nəvəsi Əslən Şuşalıdır.Anası isə Sarı Ələkbərin qızı Brilyant xaımdır. Elxan Aküzüm 1947-ci ildə Qarsda doğulmuşdur.
Elxan Babayev
| Elxan Əlisəttar oğlu Babayev (28 avqust 1948, Bakı – 2 fevral 2003) — musiqişünas, sənətşünaslıq doktoru (1999), professor (1994). ABİ və Musiqi Xadimləri İttifaqının üzvü. == Həyatı == Elxan Babayev Üzeyir Hacıbəyov adına ADK-nın ifaçılıq və musiqişünaslıq fakültələrini (1971, 1973) bitirmişdir. 1978-ci ildən ADK-da çalışmışdır (1993–2003 illərdə BMA-nın tədris işləri üzrə prorektoru). Elxan Babayev 1981–1984-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığı genişdir: bir neçə elmi monoqrafiyaların, 80-dan artıq elmi, elmi-metodik, elmi-publisistik məqalələrin, teleradio verilişlərinin müəllifidir. Tbilisi, Düşənbə, Almatı, Moskva, Bağdad, Ankara, Köln, Çikaqo, Tehran şəhərlərində keçirilən beynəlxalq elmi simpozium və konqreslərdə məruzələr etmiş, mühazirələr oxumuşdur. Elmi əsərlərinə görə musiqişünasların B. Asafyev adına beynəlxalq müsabiqəsinin və "Humay" mükafatının laureatı olmuşdur. Əsas elmi maraq dairəsi Azərbaycan muğamlarının intonasiya və ritm xüsusiyyətlərinin tədqiqi ilə bağlıdır.
Elxan Cəfərov
Elxan Pərviz oğlu Cəfərov (29 aprel 1967, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016). == Həyatı == Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ssenarist Mailə Muradxanlının oğlu, aktrisa Gülzar Qurbanova həyat yoldaşıdır. == Fəaliyyəti == Elxan Cəfərov hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” (1977) filmində şahzadə rolu da var. Hazırda rejissordur, klip və filmlər çəkir. == Ad və mükafat == "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il) == Filmoqrafiya == Aktyor kimi Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) (rol: Atamoğlan) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: Rüstəm) Bağçada rahat yer (film, 1978) (qısametrajlı bədii film) (rol: Fazil) Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: Nadir) Qəribə adam (film, 1979) (tammetrajlı bədii film) (rol: uşaq) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Adil) Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Zaur) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Ayaz) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) (rol: Zaur) Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film) (rol: qadının əri) Rejissor kimi Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi) Əlvida (film, 2007) (tammetrajlı bədii film) Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) Dolu (film, 2012) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Cümhuriyyətin 9 şəkli (film, 2018) Ssenari müəllifi kimi Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) Filmi səsləndirən kimi Kitabi Dədə Qorqud.
Elxan Elatlı
Elxan Əbdürrəhman oğlu Osmanov (19 dekabr 1962, Sis, Şamaxı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıda yerləşən Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub. 1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir.
Elxan Hüseynli
Elxan İsrayıl oğlu Hüseynli (4 oktyabr 1999, Yuxarı Kəbirli, Beyləqan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Hüseynli 4 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Əli Əsgərov adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elxan Hüseynli 2017-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Həmlə" Taborunda müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün doğulduğu Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elxan Hüseynov
Elxan Hüseynov (rektor)
Elxan Həsənli
Elxan Həsənli (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow‎; 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert. == Həyatı == Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır. == Fəaliyyəti == Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir. O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.
Elxan Həsənov
Həsənov Elxan Eldar oğlu — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının qapıçısı, SSRİ idman ustası, ikiqat Azərbaycan çempionu. == Həyatı == Elxan Həsənov 4 mart 1967-ci ildə Bakıda anadan olub.Əslən Xocavənd rayonu Muğanlı kəndindəndir.1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1984-cü ildə Bakının "Neftçi" klubundan dəvət alıb. "Kəpəz" (Gəncə), Xəzər Sumqayıt, "Turku" (Finlandiya) və Karvan komandalarında oynayıb. 1988-ci ildə SSRİ Federasiya Kubokunun finalına oynayıb. Dəfələrlə Azərbaycan Kuboku mükafatçısı olub. 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.
Elxan Kərimov
Elxan Kərimov — Azərbaycan fotoqrafı Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olmuşdur. 1957–1967–ci illərdə 208 saylı orta məktəbi bitirmişdir. 1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən "Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri" idarəsində işləmişdir. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan "Gənc müəllim" qəzetində foto müxbir işləmişdir. 1973–1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan "Azərbaycan müəllimi", "Bakı", "Baku" və s qəzetlərdə çap olunmuşdur. 1997-ci ildə Türk beynəlxalq iş adamları "Dialoq" aylıq jurnalında foto müxbir vəzifəsində çalışmışdır. Daha sonra öz fəaliyyətini "Tüsiab" jurnalında davam etdirmişdir.
Elxan Mansurov
Elxan Bəhram oğlu Mansurov (21 fevral 1955, Bakı) — tarzən, muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2005). == Həyatı == Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır. Bunlardan Nəzakət Teymurova — Leyli, Şahsənəm və Əsli; Gülüstan Əliyeva — Leyli, Şahsənəm, Əsli və Ərəbzəngi; Lalə Məmmədova — Leyli; Alim Qasımov — Məcnun və Qərib; Səbuhi İbayev — Məcnun, Qərib və Şah İsmayıl; Simarə İmanova — Leyli və Şahsənəm; Mələkxanım Eyyubova — Leyli; Zahid Quliye — Məcnun; Təyyar Bayramov — Şah İsmayıl və İbn-Salam; Gülyaz Məmmədova — Şahsənəm və Əsli; Aygün Bayramova — Şahsənəm və Əsli; Mütəllim Dəmirov — Qərib və İbn-Salam; Vüsalə Musayeva — Leyli; İlkin Əhmədov — Məcnun; Rafiq Əliyev — Məcnun və Şah İsmayıl; Elnur Zeynalov — Qərib, İbn-Salam və Məcnunun atası; Nəzər Bəylərov — İbn-Salam və Zeyd — adlarını çəkmək olar. Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.
Elxan Muradov
Muradov Elxan Murad oğlu (15 may 2001, Əhmədabad, Sabirabad rayonu – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi == Hərbi xidməti == Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Əhmədov
Elxan Qardaşxan oğlu Əhmədov (2 iyul 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubunda qapıçı kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Elxan Əhmədov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir. 2012-ci ildə Elxan Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. Əvvəlcə klubun əvəzedicilər dəstəsində çıxış etsə də, 2013-cü ildə klubun əsas komandasına dəvət almışdır. Elxan Əhmədov 2013-14 mövsümündə əsas komanda 7 oyunda iştirak etmiş və rəqib qapılarına 8 qol vurmuşdur.
Elxan Əhədzadə
Elxan Yahya oğlu Əhədzadə (31 yanvar 1948, Bakı – 8 oktyabr 2010, Bakı) — Azərbaycan müğənnisi, aktyoru, bir çox dramatik rolların məharətli ifaçısı, Azərbaycan Respublikasının əməkdar (1998) və xalq artisti (2006). == Həyatı == Azərbaycanın Xalq Artisti Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C. Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. Ali təhsilini isə bir qədər gec, 24 yaşında başlayır. 1972–1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. Bu dövrdə Rəşid Behbudovun tələbəsi olmuşdur. 1972-ci ildə universitetdə tanış olduğu bir xanımla ailə həyatı qurur və bu evlilikdən bir övladı dünyaya gəlir.
Elxan Əliquluzadə
Ötərxan Eltac
Ötərxan Eltac (tam adı:Məmmədov Ötərxan Əyyub oğlu d. 15 fevral, 1970. Laçın, Quşçu) — jurnalist, ssenari müəllifi, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Məmmədov Ötərxan Əyyub oğlu 15 fevral 1970-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Hələ 9-10-cu siniflərdə oxuyarkan "Laçın", "Şuşa", "Qarabağ" qəzetlərində ara-sıra şeir və məqalələri çap olunurdu. O, 1994-cü ildə ABU-nun jurnalistika fakultəsinə əyani, 1995-ci ildə isə ADMİU-nun rejissorluq fakültəsinə qiyabi qəbul olunub. Hər iki ixtisa üzrə eyni vaxtda təhsil alıb. Tələbəlik illərində yazdığı şeirləri toplayaraq, 1995-ci ildə "Həsrətindəyəm" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Tələbəlik illərindən "Sözə-söz" ədəbi birliyinin üzvü olub.
Dəlqan şəhristanı
Dalgan şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Galmurti şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 52,419 nəfər və 9,894 ailədən ibarət idi.