Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pisuar
Pisuar - əsas xüsusiyyəti ayaq üstə istifadə edilməsi olan kişilər üçün xüsusi hazırlanmış tualetdir . Qadın pisuarı və Interaktiv pisuar növləri də mövcuddur. Qədim Roma Dövrünə aid tapılmış pisuarın o dönəm müxtəlif məqsədləri var idi. Məlumdur ki, müasir pisuar üçün ilk patent 1866-cı il martın 27-də amerikalı Endryu Renkin tərəfindən alınıb. Dəyişən həyat tərzinin yaratdığı ehtiyaclar səbəb olaraq qadınlar üçün də məxsusi hazırlanmış pisuarlar da ortaya çıxmışdır, amma ümumi götürəndə istifadəsi kişilər üçün daha faydalıdır.
İssuar (rayon)
İssuar (fr. Issoire) — Fransanın Overn regionun rayonlarından biri. Departamenti — Püi-de-Dom. Suprefektura — İssuar. Rayon əhalisi 2006-cı ildə 60 267 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 33 nəf / km². Rayon ərazisi — 1820 km².
Əssar Təbrizi
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı. == Haqqında == Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir. == Yaradıcılığı == Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül - qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır. “Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”.
İsmayıl ibn Yəssar
İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Azərbaycan əsilli ərəb ədəbiyyatı şairi. == Həyatı == VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir. İbn Quteybə İsmayıl ibn Yəsarı köklü azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov mütəfəkkirin milli mənsubiyyəti haqqında qeyd edirdi ki, İbn Qüteybə (828-889) İsmayıl ibn Yəsarın əslən Azərbaycandan olduğunu yazmışdır. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsasları olmadan İsmayıl ibn Yəsarı fars şairlərinin siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir. Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Cessur
Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər. == Əhalisi == Əhalisi 260,8 min (2010). == Coğrafiyası == Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport. == Memarlığı == Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir. == Sənayesi == Cessur mühüm sənaye mərkəzidir.
Pessoa
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi. == Həyatı == Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür. Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir: Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893).
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006–2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.
Fernando Pessoa
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi. == Həyatı == Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür. Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir: Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893).
Tomaş Pesyar
Peşəkar (film, 2011)
Peşəkar (ing. Killer Elite) — Jason Statham, Clive Owen, Robert De Niro, Yvonne Strahovski və Dominic Purcellin rol aldığı 2011-ci ildə çəkilən bir döyüş filmidir. Film 1991-ci ildə Sir Ranulph Fiennes tərəfindən yazılmış The Feather Men kitabına əsaslanaraq çəkilmiş və filmin rejissoru Gary McKendry olmuşdur. == Süjet xətti == Ekran əsəri real hadisələrə əsaslanır. Muzdlu qatil Denni Brays Meksikada baş vermiş dəhşətli hadisələrdən sonra oyundan çıxmağa və sakit həyata qayıtmağa qərar verir. Ancaq həmkarı və dostu Hanterin zəngin ərəb şeyxinin adamları tərəfindən girov götürüldüyünü öyrənir. Hanterin sərbəst buraxılması üçün Braysın qarşısına çətin şərt qoyurlar. O dostunun yarımçıq qalmış işini sona çatdırıb üç xüsusitəyinatlı agenti qətlə yetirməlidir. Əlacsız qalan Brays son missiyanı yerinə yetirmək üçün peşəkar qatillərdən ibarət dəstə yığır....
Peşəkar Futbol Liqası
Azərbaycan Peşəkar Futbol Liqası və ya qısaldılmış adı ilə AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Bəşşar əl-Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Azərbaycan Peşəkar Futbol Liqası
Azərbaycan Peşəkar Futbol Liqası və ya qısaldılmış adı ilə AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. == Tərkibi == Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. == Tədbirləri == 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. == Mənbə == Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Peşəkar futbol liqası birinciliyi
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan)
Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir. Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyət istiqamətləri: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması; müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi; keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması; ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması; müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması. == Tarixi == Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur. == Strukturu == İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir: İnsan resursları mərkəzi; Əlavə təhsilin məzmun standartları söbəsi; Tədris resursları şöbəsi; Qiymətləndirmə şöbəsi; Monitorinq şöbəsi; Beynəlxalq layihələr şöbəsi; Layihələrin idarə edilməsi şöbəsi; Kadrlar şöbəsi; İnformasiya şöbəsi; Mühasibatlıq şöbəsi; Təsərrüfat şöbəsi.