Cessur

CessurBanqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər.[1]

şəhər
Cessur
ing. Jessore District
23°10′12″ şm. e. 89°12′00″ ş. u.HGYO
Ölkə  Banqladeş
Tabesində Khulna vilayəti
Başçı Cahirul İslam Çaklader Rentu
Tarixi və coğrafiyası
Sahəsi 2,606.94 km²
Mərkəzin hündürlüyü 7 m
Saat qurşağı
Əhalisi
Əhalisi 2,764,547 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 7400
Digər
jessore.gov.bd
Xəritəni göstər/gizlə
Cessur xəritədə
Cessur
Cessur

Əhalisi 260,8 min (2010).[1]

Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport.[1]

Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir.[1]

Cessur mühüm sənaye mərkəzidir. 6 kimya zavodu (plastik kütlə istehsalı), 4 poladəritmə zavodu; toxuculuq və diyircəkli qələm istehsal edən fabriklər; yeyinti sənayesi (yağ, çəltiktəmizləyən) müəssisələri; ədva istehsalı, buz hazırlayan 2 zavod və s. fəaliyyət göstərir. Kustar istehsal – toxuculuq, bambukdan məmulatlar, tikiş, zərgərlik, dəmirçilik, dulusçuluq sənəti inkişaf etmişdir. Cessur kənd təsərrüfatı rayonunun (düyü, şəkər qamışı, xurma və s. ticarəti) ticarət-paylaşdırıcı mərkəzidir. Banqladeş Hərbi-Hava Akademiyası Cessur yaxınlığındadır.[1]

  1. 1 2 3 4 5 Cessur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 226. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]