Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Çay qaşığı
Çay qaşığı- Süfrə aksesuarlarından olan kiçik bir qaşıq, bir fincan çay və ya qəhvə məzmunu qarışdırmaq və ya udum-udum içmək üçün uyğundur.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Kasıblıq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Qadınlıq
Femininlik və ya qadınlıq ənənəvi davranış modeli və adətən incəlik, sədaqət, qayğıkeşliyə aid edilən qadın psixi keyfiyyətlərinin məcmusudur. Qadınlıq anlayışını sosial, mədəni, etnik və yaş mühitləri müəyyən edir . Qadınlığın əksi kişilik (maskulanlıq) - cəsarət, müstəqillik, emosional nəzarət və rasionallıq kimi xüsusiyyətləri özündə cəmləşdirən kişi cinsi stereotipidir . Qadın ifadəsinə əsaslanan ayrı-seçkilik və təzyiq növü də var - buna femfobiya deyilir. == Femfobiya == Qadın ifadəsini nümayiş etdirən insanlar, bəzən cəmiyyətdə qadınlığın alçaldılması ilə əlaqəli olan ayrı-seçkilik və təzyiq forması - femfobiya ilə qarşılaşırlar .
Qasımlı
== Kəndlər == === Azərbaycanda === Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. === Gürcüstanda === Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Aşiqlik
Aşiq olmaq və ya limerensiya — başqa bir insana yönəlmiş güclü, müsbət çalarlı hiss və ya hisslər kompleksi. Psixoloqların fikrincə, aşiq olmaq şüurun daralması ilə müşayiət olunur ki, bu da hisslərin yönəldiyi obyektin təhrif olunmuş qiymətləndirilməsi ilə nəticələnə bilər. Aşiq sevdiyi insanın çatışmazlıqlarına və onunla münasibətlərdə yaranan ziddiyyətlərə göz yumur, onun müsbət keyfiyyətləri və müsbət qarşılıqlı əlaqə təcrübəsi xüsusi dəyər qazanır. Aşiq olmaq hissinin müsbət çalarlı baxmayaraq, bəzən (məsələn, sevgi obyekti sevgilinin hərəkətlərinə mənfi reaksiya verdikdə) güclü mənfi çalarlı təcrübələrə səbəb ola bilər. Aşiq olmaq qeyri-sabit şüur vəziyyətidir: o, bu və ya digər insanda həmişə sonlu bir müddət ərzində baş verən bir mərhələ kimi mövcuddur. O, azala, bitə və yenidən yarana bilər. Sonda aşiq olmaq başqa bir hissə çevrilə bilər, məsələn sevgiyə. İngilisdilli psixoloji ədəbiyyatda limerensiya (ing. limerence) neologizmi tez-tez istifadə olunur ki, bu da amerikalı biheviorist professor Doroti Tennou tərəfindən təqdim edilmişdir. Maraqlıdır ki, bu söz müəllifin sırf aprior ixtirasıdır, eufoniya üçün tərtib edilib və heç bir başqa sözə qayıtmır.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Aydın Qasımlı
Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent. == Həyatı == 1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir. 1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır. == Elmi və publisistik yaradıcılığı == Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 7 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur.
Azər Qasımlı
Azər Qasımlı (siyasətçi)
Camal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Qabıqlı çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. == Təbii yayılması == Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. == Botaniki təsviri == Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Qapılıq (Mərənd)
Qapılıq (fars. قاپولوخ‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 548 nəfər yaşayır (120 ailə).
Qasımlı (Ağdam)
Qasımlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qasımlı (Gədəbəy)
Qasımlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qasımlı oyk., sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayından 2 km. aralı* dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi 1820-ci ildə Cənubi Azərbaycandan köçüb gəlmiş qasımlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Hacıqasımlıdır. Yaşayış məntəqəsini təqribən XIX əsrdə Çobankərə (indiki Ermənistan ərazisində) kəndindən gəlmiş Hacı Qasım adlı şəxs saldığma görə belə adlanmışdır; Masallı r-nunun Yeddioymaq i.ə.v.-də kənd. Kəndin Qasımlı adlanması, Qasımın bu kəndə gəlişi ilə bağlıdır.
Qasımlı (Marneuli)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qasımlı (Masallı)
Qasımlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin Qasımlı adlanması, Səfəvi soyundan olan – Qasım Mirzə Toğrul oğlunun bu kəndə gəlişi ilə əlaqədardır. Əldə etdiyimiz Şəcərnamədən və arxiv sənədlərdən məlum olur ki, Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə Ərdəbildə anadan olmuşdur. Qasım Mirzə Toğrul oğlunun qardaşının adı – Tağı Mirzə Toğrul oğlu (1709-1766), əmisinin adı isə Hüseyn Hacı İsmayıl Mirzə oğlu (1681-1765) olmuşdur. Yazılı Mənbələrə və şifahi dildən-dilə keçən məlumatlara görə Qasımlı kəndinin ərazi vahidi kimi tanınması Qasımın bu əraziyə gəldikdən sonra, elmi-dini mədrəsə yaratması olmuşdur. == Tarixi == Xorasan mənbələrinə əsasən demək olar ki, Səfəvilər dövləti süquta yetdikdən sonra yaranmış Əfşarlar dövlətinin banisi – Nadir şah Cavad kəndinin yaxınlığında tacqoyma mərasimindən sonra Səfəvilər nəslindən olanların yenidən hakimiyyətə gəlmələrindən narahat olaraq onlara divan tutmaq qərarına gəlir. Nadir şah – Aslan Mirzənin nəslindən olanların yaşamasından xəbər tutaraq, 1742-ci ilin sonlarında onları öldürmək üçün sui-qəsd hazırlatdırır. Sui-qəsdin olacağını anlayan Hüseyn, böyük qardaşının övladlarını nökərləri ilə birgə Talış xanının yanına yola salıb özü bir gün sonra üç oğlu ilə onların arxasınca Talış mahalına getmək üçün yola düşür. Yolda sui-qəsdçilərlə rastlaşır. Sui-qəsd nəticəsində Hüseyn sol qolundan yaralansa da qaça bilir.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.