Aydın Qasımlı

Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent.

Aydın Qasımlı
bayraq
Klassik Xalq Cəbhəsi Partiyası sədrinin strateji məsələlər üzrə müavini
bayraq2
SədrMirmahmud Mirəlioğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1946
Doğum yeri
Partiya
Fəaliyyəti alim

1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir.[1]

1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır.[1]

Elmi və publisistik yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 14 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.

  1. Güney Azərbaycan: dünən, bu gün, sabah. Bakı-2005.
  2. Dünyanın tacı türklər. Tarixi, siysi-ideoloji əsər. Bakı, "Zərdabi LTD", 2006. 352 s.
  3. O və biz. Bakı, "Elm", 2009. 464 s.
  4. Güney Azərbaycan türkləri son 100 ildə. Bakı, "Adiloğlu", 2012. 204 s.
  5. Türklər. Tarixi oçerklər. Bakı, "E. L.", 2012. 532 s.
  6. Türkçülər. Tarixi-siysi-ideoloji oçerklər. Bakı, "Orxan" NPM, 2015. 528 s.
  7. Türk mədəniyyət tarixinə giriş, Bakı, "Orxan" NPM, "2019, 750 s.
  8. Türklərin dini dünyagörüşü və inancları. Bakı, "XAN", 2021. 160 s.[2]
  9. Türklərdə fəlsəfi dünyagörüş və Türk filosofları, Bakı " Alatoran " ,2021.204 s.
  10. Türklər Yaxın və Başıbəlalı Orta Doğuda, Bakı,"XAN" nəşriyyatı,2022. 208 s.
  11. Mayya Türkləri-Tarixdə və bugün ( Tarixi oçerklər ), Bakı " Alatoran" 2022, 62 s.
  12. Haylar, Bakı " Alatoran " 2022, 146 s.
  13. Xəzər Türkləri ( Tarixi oçerklər ) , Bakı " Alatoran " 2023, 80 s.
  14. Kırım və Kırım Türkləri - Tarixdə və bugün ( Qısa tarixi oçerklər ), Bakı " Alatoran " 2024, 160 s.
  1. 1 2 "Aydın Qasımlı, Dünyanın tacı türklər. Bakı, "Zərdabi LTD", 2006. Arxa üz, müəllif haqqında məlumat". (#cite_web_url)
  2. "Qasıml A., Türklərin dini dünyagörüşü və inancları. - anl.az". 2023-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]