Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.
Samsar dağı
Samsar dağı (gürc. სამსარი) — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. == Zirvələri == Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m == Mənbə == Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Pleiarina safsaf
Salix mucronata (lat. Salix mucronata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix safsaf
Salix safsaf Forssk. ex Trautv. — Salix mucronata bitki növünün sinonimi. Salix safsaf Forssk. — Salix mucronata bitki növünün sinonimi.
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Natiq Camal Afşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Sakslar
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Sansara
Sansara – və ya samsara (ing. round of rebirth – keçid, yenidəndoğum ardıcıllığı ) hərfi mənada "sonsuz, əbədi dərbədərlik". Bu anlayışla canlı varlığın gah yüksəklərə qalxdığı, gah da uçuruma düşdüyü ruhi dünya başa düşülür. Bu, sonsuz davam edən doğulma, qocalma, əzab və ölüm proseslərinin simvolik göstərilməsidir. Sansara Hinduizm, Buddizm, Sikxizm kimi dxarmik dinlərin əsas anlayışlarından biridir. İnsanların əhəmiyyətli hissəsi ruhların köçməsinə inanır. Onlar o ideyanı bölüşdürür ki, həyat – sadə təbiətdə maddələr mübadiləsindən, mövcudatdan daha yüksək səviyyədə təkrarlanan yenidəndoğulma zənciridir. Hindistanda bu dövranı Sansara Çarxı adlandırdılar və onu insandan başqa heç bir digər canlının qıra bilməyəcəyi tilsimli dövr kimi təsəvvür etməyə başladılar. İnsan isə yalnız öz ağlı-dərrakəsi ilə bu dövrü qıra və maddi dünyanın qoyduğu bütün məhdudiyyətlər torundan azad ola bilər. Sansara – hər saniyədə dəyişən beş məcmunun kombinasiyasının bölünməz zənciridir və bu fasiləsiz dəyişiklik zənciri sonsuz uzun müddət ərzində baş verir.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
CAESAR
CAESAR (CAmion Équipé d'un Système d'ARtillerie) Fransa istehsalı olan zirehli haubitsadır.
İbrahim şah Qırxlı-Afşar
Sultan İbrahim şah, İbrahim şah Əfşar və ya tam adı ilə İbrahim şah Qırxlı-Avşar (1717–1748) — Əfşarlar xanədanlığından olan 3-cü Azərbaycan, İran vә Xorasan şahı (1748). == Həyatı == İbrahim xan Zəhirəddövlənin oğlu Məhəmmədəli xan 1717-ci ildə Xorasan əyalətinin Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu. 1748-ci ilin sonunda qardaşı Adil şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah еlan etdi. Urmiya vilayətinin hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər.
Sıflar
Xansar
Xansar və ya Xunsar — İranın İsfahan ostanının şəhərlərindən və Xansar şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,490 nəfər və 6,019 ailədən ibarət idi. Əhlisinin əksəriyyəti Xansarlardan və yəhudilərdən ibarətdir, xansar dilində və Yəhudi-Xansar dilində danışırlar və şiə müsəlman və yəhudidirlər.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Aysar
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Esteban Yaffar
Esteban Yaffar (28 oktyabr 1993) — Boliviyalı peşəkar kişi BMX velosipedçisi. Esteban Yaffar Boliviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Esteban Yaffar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 35.078 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Şahmar
Şahmar (Culfa)
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. == Qruplar == === Əsas qruplar === Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir. == Toponimikası == Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. == Tarixi == İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.